Rəngarəng kərtənkələcik () — Kərtənkələcik cinsinə aid kərtənkələ növü.
Xariçi görünüş
Orta ölçülü kərtənkələdir. Bədəninin uzunluğu 10 sm təşkil edir. Ayaqları üzərində açıq rəngli ləkələrlər olur. Bu ləkələrin kənarı isə tünd həlqə vardır. Qarın nahiyəsi ağdır.
Həyat tərzi
Əsasən yarımsəhra, səhra, çöl və dağ çöllərində yayılmışlar. Bəzi hallarda isə meşə-çöl sahəsində rast gəlinir. 2000 metr yüksəkliklərə qədər yayıla bilir. Onlar qurbağaların, gəmiriçilərin və tısbağaların yuvalarında yaşayırlar. Yayda səhər və axşam radələrində aktiv olurlar. Qarışqalar, böçəklər, hörümçəklərlə qidalanırlar. 3–12 yumurta qoyurlar. Balalar may-iyun ayları yumurtadan çıxır. Uzuluqları 2,8–3,5 sm olur.
Yarımnövləri
Növ öz növbəsində alt yarımnövlərə bölünür: — Qərbi Qazaxıstan — İssukkul gölü Qırğızıstan — arealın qərb hissəsindən Ural çayının şərq axarlarına qədər. — Qazaxıstan — Cənubi Qafqaz — Özbəkistan və yaxılığında yerləşən ölkələr.
Yayılması
Rəngarəng kərtənkələcik geniş arealda yayılmışdır: Azərbaycan, Ukrayna, Rumınya, Moldova, Rusiya]], Ermənistan, İran, Tacikistan, Türkmənistan, Qırğızıstan, Çin, Monqolustan və Qazaxıstan. Bəzən bir ha ərazidə 250 baş kərtənkələyə rast gəlmək olur.
İstinadlar
Ədəbiyyat Mongolian Red List of Reptiles and Amphibians, ADMON Printing, Ulaanbaatar, 2006. — ISSN: 1751–0031. — с. 43–44 PDF Ganea I. Eremias arguta (Pallas, 1773) Şopârlă multicoloră // Cartea Roșie a Republicii Moldova = The Red Book of the Republic of Moldova. — ed. a 2-a. — Ch.: Știința, 2002. — P. 205. — 288 p. — ISBN 9975-67-311-2
Xarici keçidlər
Rəngarəng kərtənkələcik
Kateqoriya:Əsl kərtənkələlər Kateqoriya:İran sürünənləri Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Avrasiya faunası Kateqoriya:Peter Simon Pallas tərəfindən adlandırılmış heyvan taksonları Kateqoriya:Peter Simon Pallas tərəfindən adlandırılmış taksonlar Kateqoriya:1773-cü ildə təsvir edilən heyvanlar