Yevgeni Dmitriyeviç Polivanov (; ) — rus dilçi, şərqşünas və poliqlot.
Əsərlərini yapon, çin, özbək və dunqan dillərində yazmışdır. Əsərlərində nəzəri dilçilik və poetika kimi mövzulara yer vermişdir. Polivanov SSRİ torpaqlarında yaşayan xalqların dillərinin yazı sistemlərinin inkişaf etdirilməsində iştirak etmişdir. Yapon dilinin kirilləşdirilməsi üçün tərtib etdiyi Polivanov sistemi SSRİ-də rəsmi olaraq qəbul edilmişdi. Polivanov sistemindən hələ də müasir Rusiyada rəsmən istifadə olunur. Polivanov həmçinin Manas dastanını qırğız dilindən rus dilinə tərcümə etmişdir. Polivanov yapon dilini və onun dialektlərini öyrənmişdir.
1917-ci ildə Rusiya vətəndaş müharibəsində əvvəlcə menşeviklərin tərəfində olmuş, daha sonra bolşeviklərin tərəfinə keçmişdir. O, 1917-1918-ci illərdə Xarici İşlər Komissarlığında, 1921-ci ildə Kominterndə işləmişdir. Uwano, Zendo. 2009. On the Reconstruction of Japanese Accents. Talk given at the Research Centre for Japanese Language and Linguistics, University of Oxford
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Rusiya dilçiləri Kateqoriya:Rusiya yaponşünasları Kateqoriya:Rusşünaslar Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:Rusiya inqilabçıları Kateqoriya:SSRİ türkoloqları Kateqoriya:Rusiyada vətəndaş müharibəsi iştirakçıları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvlüyündən xaric edilənlər Kateqoriya:Bolşeviklər Kateqoriya:SSRİ dilçiləri Kateqoriya:Sankt-Peterburq Dövlət Universitetinin müəllimləri Kateqoriya:Menşeviklər Kateqoriya:SSRİ-də ölümündən sonra bəraət alanlar Kateqoriya:Poliqlotlar