Şamaxı yeparxiyası () — 1815-ci ildə Qafqaz Albaniyası katolikosluğunun ləğvindən sonra onun ərazisində yaradılmış iki yeparxiyadan biri. Digəri isə Qarabağ yeparxiyası idi. 1911-ci il məlumatlarına görə kilsə üzvlərinin sayı 60.000 nəfər idi.Arxiyepiskop Maqakia Ormanyan. “Erməni kilsəsi” = “Հայոց եկեղեցին” (1911) / Red. S.S. Arevşatyan. - Yerevan: “Ankyunakar”, 2006. - səh. 232- ISBN 99941-949-4-1. 1918-ci ildən sonra Bakı yeparxiyası kimi tanınmağa başlamışdır.
Tarixi Yeparxiyanın ilk mərkəzi əvvəl indiki Şamaxı rayonun o dövrdə xristian tatlarMəhəmməd Əliyev, "Azərbaycan tatları", MBM, 2006, ISBN 9952-29-24-1, səh. 20 yaşayan Saqiyan kəndindəki Müqəddəs Şəhid Stepannos monastırı idi. Yurisdiksiya ərazisi Dağıstan vilayəti və Şamaxı quberniyasından (Göyçay, Şamaxı, Bakı və Saqiyan) ibarət idi. 1838-ci ildə yepiskop Hovhannes Şahxatunyants () tərəfindən mərkəzi Saqiyandan Şamaxı şəhərinə köçürülmüşdü. Baş kafedral məbədi Şamaxı Surp Astvatsatsin kilsəsi (1701-ci ildə tikilib) təyin edilmişdi. 1844-cü ildə yurisdiksiyaya Türkmənistan da daxil edilsə də, 1892-ci ildə Rusiya hökumətinin tələbi ilə Həştərxan yeparxiyasına verildi. 1853-cü il məlumatlarına əsasən 34 kilsə və 31 kilsə işçisi vardı. 1890-cı ildə bu say 39 kilsəyə çatmışdı.
Azərbaycan Demokratik Respublikası qurulandan sonra yepiskop Baqrat Vardazaryan tərəfindən kilsə mərkəzi Bakıdakı Müqəddəs Qriqori kilsəsinə köçürüldü. Bu dövrdən sonra yeparxiya Bakı Yeparxiyası kimi tanınmışdır. Cumhuriyyətin süqutundan sonra isə 3 sentyabr 1920-ci ildə yeparxiya müvəqqəti olaraq Gəncə vikarlığı ilə birləşdirildi və Gəncədən Səmərqəndəcən geniş bir yurisdiksiyaya çevrilərək "Bakı-Türkmənistan yeparxiyası" adlandırıldı. 3 il sonra Gəncə yenidən yeparxiyadan çıxarılaraq əvəzində Nişapur və Məşhəd kimi İrandakı erməni kilsələri tabe edilərək "Bakı-Türküstan yeparxiyası" quruldu. 1927-ci ildə o vaxtadək Qarabağ yeparxiyasının tərkibində olmuş Lənkəran da bu yurisdiksiyaya verildi.Xristian Ermənistan Ensiklopediyası // Şamaxı yeparsiyası, 2002, ISBN 5-89700-016-6 1930-cu illərdə yeparxiyanın fəaliyyətinə son verilmişdir. Yeparxiyanın ərazisində sonradan Erməni Qriqorian Kilsəsinin Bakı yeparxiyası fəaliyyətə başlamışdı.
Məktəbləri Yeparxiya ərazisində müəyyən dini məktəblər açılmışdı. Bunlar 1864-1885-ci illərdə fəaliyyət göstərən Saqiyan kəndindəki Müqəddəs Şəhid Stepannos monastırı məktəbi, Şamaxı teoloji seminariyası (1844-cü ildə tikilib), Mədrəsə kəndi prixod məktəbi, Bakıda 1869-cu ildə açılmış Mesrop prixod məktəbi, Müqəddəs Hripsime Qız məktəbi, 1873-cü ildə Dərbənddə fəaliyyətə başlamış Məryəmyan məktəbi idi.
Bilinən yepiskopları
Hovhannes Şahxatunyants (1838-1840) Daniel Şahnazaryants (~1863) Mesrop Smbatyants (1887-1894)Gevorg Stepanyan, 2016, Arxiyepiskop Mesrop Smbatyants Şamaxıdakı Erməni Yeparxiyasının başçısı kimi (Erməni dilində) Makar Bərxudaryan (1895-1896) Yeprem Sukiasyan (1900-1904) Karapet Ter-Mkrtçyan (1914-1915)Karapet Ter-Mkrtçyan - Bioqrafiya (Erməni dilində) Baqrat Vardazaryan (~1918)
İstinadlar
Həmçinin bax
Xarici keçidlər
Kateqoriya:Azərbaycanda xristianlıq Kateqoriya:Azərbaycanda din tarixi Kateqoriya:1815-ci ildə yarananlar Kateqoriya:1930-cu illərdə ləğv olunanlar