və ya () — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü. Relikt olan endemik növdür. Talış avtoxtonudur. Bir çox alim bu kəpənəyi müstəqil növ deyil yarımnöv olaraq qeyd edirlər. Ümumi sayları çox azdır.
Qısa təsviri Qanadları ovaldır, enlidir, fonu qara-qonurdur. Ön qanadın uzunluğu 58–62 mm-dir. Qanadlar üzərindəki naxış növbələşən açıq rəngli və tünd dalğalı xətlərlə və qanad kənarındakı əyri-üyrü haşiyə ilə təmsil olunur.
Arealı Azərbaycanda əsasən Talış dağları ərazisində və qonşu İran ərazilərində müşahidə edilir. Nadir növdür, 3-cü dövr reliktidir, Xəzərin cənub-qərb sahilinin endemikidir.
Onlar əsasən relik subtropik meşə ərazilərində hündürlüyü 1000 metr olan ərazilərdə yayılmışdır. İl ərzində bir dəfə nəsil verir. Tırtılları iyun-iyul aylarında müşahidə edilir. Pup şəklində qışlayır.
Məhdudlaşdırıcı amillər Kəpənəklərin həvəskar kolleksiyaçılar tərəfindən intensiv surətdə tutulması.
Qorunması üçün qəbul olunmuş tədbirlər Azərbaycanın "Qırmızı kitab"ına daxil edilmişdir. Hirkan Milli Parkında qorunur. Kəpənəklərin tutulması və tırtılların toplanması qəti qadağan edilməlidir. Kəpənəyin populyasiyasının vəziyyəti barədə dəqiq məlumatlar əldə etmək məqsədilə yaşayış sahələrinə müntəzəm monitinqlər təşkil etmək, sayını nəzarətdə saxlamaq lazımdır.
İstinadlar
Kateqoriya:1848-ci ildə təsvir edilən heyvanlar Kateqoriya:Asiya həşəratları