— əsas hissəsi eyniadlı adada yerləşən Yaponiyanın ən cənub-qərbində yerləşən region. O, səkkiz prefekturadan ibarətdir: Fukuoka, Saqa, Kumamoto, Naqasaki, Oita, Kaqoşima, Miyazaki və Okinava.
Adı regionun adı keçmişdə onun əsas adanı bölən doqquz tarixi vilayət ilə bağlıdır.
Coğrafiya Region ərazisi əsas Kyuşu adasından və onun ətrafında yerləşən 1400 adasından ibarətdir. Kyuşunu şərqdə Kanmon boğazı Çuqoku regionu ilə, Hoyo boğazı və Bunqo kanalı isə əsas hissəsi Şikoku adasında yerləşən eyniadlı region ilə ayırır; regionun şimal-qərbində Koreya boğazı Yaponiyanın Koreya Respublikası ilə təbii sərhədi yaradır; qərbdə o, Şərqi Çin dənizi ilə, cənub-şərqdə isə Sakit okean ilə sulanır.
Dağlar Hiko dağı Homan dağı Sarakura dağı Sefuri dağı Aso dağı Unzen dağı Kucu dağı Omure dağı Sobo dağı Tsurumi dağı Yufu dağı İo dağı Kaimondake vulkanı Karakuni dağı Kirişima dağı Otake Şinmoedake Şiroyama dağı Byobu dağı Çitose dağı Qusuku dağı İşikava dağı Yae dağı Narahara dağı Omoto dağı Onna dağı Şinten dağı Yonaha dağı
Çaylar Onqa çayı Yamakuni çayı Çikuqo çayı Yabe çayı Matsuura çayı Rokkaku çayı Kase çayı Honmyo çayı Kikuçi çayı Şira çayı Midori çayı Kuma çayı Oita çayı Oono çayı Banco çayı Qokase çayı Omaru çayı Oyodo çayı Sendai çayı Kimotsuki çayı
Tarix Ryukyu adalarında yerləşən Okinava prefekturasının ərazisində keçmişdə Ryukyu Krallığı adlı müstəqil dövlət mövcud idi.
1945-ci ilin avqustun 9-da, regionun vacib Çin və Avropa təsirlərin mədəni mərkəzi olan Naqasaki şəhərində dünya tarixində ikinci dəfə atom bombalaması baş vermişdi.
İkinci dünya müharibəsinin sonundan, 1972-ci ilə qədər Okinava ABŞ hərb güclərinin kontrolun altında idi.
İstinadlar
Həmçinin bax