Klyuçevskaya Sopka (Klyoçevskoye vulkanı) — Kamçatka ərazisində fəaliyyətdə olan vulkandır. Hündürlüyünə görə bütün Avrasiya materikinin ən hündür vulkanıdır. Vulkanın yaşı təxminən 7000 il hesablanırПри написании этой статьи использовался материал из Энциклопедический словарь Брокгауза и Ефрона(1890–1907).Кравчук П. А. Географический . — Киев: Радянська школа, 1988. ISBN 5-330-00384-9Петр Кравчук. Рекорды природы. — Любешов: Эрудит, 1993. — 216 с. ISBN 5-7707-2044-1..
Onun hündürlüyü 4750 – 4850 m arasında dəyişir. 15 avqust 2013-cü ildə sonuncu partlayışdan öncə onun hündürlüyü 4835 metr təşkil edirdi. Klyuçevskaya Sopka Rusiyanın, Qafqazda yerləşən zirvələri istisna olaraq, ən hündür zirvəsidir.
Aktivliyi Güc baxımından Avrasiyanın ən güclü vulkanıdır. Tarixə düşmüş məşhur püskürmələr: 1737-ci il 1932-ci il 1938-ci il 1944–1945-ci illər 1946-cı il 1951-ci il 1953-cü il 1956-cı il 1966-cı il 1980-cı il 1983-cü il 1984-cü il 1987-ci il 1988–1989-cu illər 1993-cü il 1994-cü il 2002-ci il 2004–2005-ci il 2008-ci il 2009-cu il 2012-ci i 2013-cü il, 2023-cü il
1932-ci il Adətən, il ərzində 5–6 püskürmə baş verir. 25 yanvar 1932-ci ildə vulkanın ətəyində püskürmə baş verib. Bu zaman vulkanın ətəklərində 450–500 m yüksəklikdə yeni axıntılar yaranır. 1 sentyabr 1935-ci ildə Kamçatka vulkanik stansiyası tərəfindən uzaq məsafədən vulkanın tətqiqi aparılır.
1938-ci il Bilyakaya konusunda baş verən püskürmə 7 noyabr 1938-ci ildən başlayır və 13 ay davam etmişdir. Burada 5 km uzunluğunda, 1000–1900 m yüksəkliklərdə çatlara rast gəlinir.
1944–45-ci illər Növbəti güclü püskürmə 1944-cü ilin dekabrında və 1945-ci ilin yanvarında baş verir. Ətrafa kül yayılır. 1945-ci ildə Krestov novu ilə lava axınları gedir. .
1945-ci il 19 iyun 1945-ci ildə vulkanın cənub-şərq yamacında 1100–1450 m yüksəklikdə, 2 km uzunluğunda çat əmələ gəlir və axıntılar baş verir.
1946-cı il 23 oktyabr 1946-cı ildə cənub-şərq yamacında 1500 m yüksəklikdə bir ay davam edən püskürmə baş verir.
1994-cü il thumb|Klyoçevskaya Sopka 7 sentyabr 1994-cü ildə güclü partlayış baş verir. Bomba effekti verən patlayışlar zamanı vulkan kütlələri 2–2,5 km səmaya atılır. Palçıq axınları 25–30 km məsafədə hərəkət edərək Kamçatka çayına çatır.
2009-cu il Püskürmə sentyabrda başlayır. Vulkanın hündürlüyü 5000 metrə çatır.
2012-ci il 15 oktyabr 2012-ci ildə fəvvarə şəklində vulkan püskürməsi baş verir. Püskürmə təhlükə doğururdu. Ətrafa zəhərli qazlar yayılmışdı
2013-cü il thumb|17 oktyabr 2013-cü il püskürməsi 15 avqustda püskürmə başlayır. Dağdan axan dörd lava axını müşahidə edilir.Volcano observatory notification to aviation (VONA) KVERT, ИВиС ДВО РАН
2023-cü il Yarım kilometr hündürlüyə lava püskürüb.
Galereya
İstinadlar
Ədəbiyyat Черноморец С. С., Сейнова И. Б. Селевые потоки на вулканах . — Москва: Издательство УНЦ ДО, 2010. — 72 с. ISBN 978-5-88800-341-1 Сейнова И. Б., Черноморец С. С., Тутубалина О. В., Баринов А. Ю., Соколов И. А. Условия формирования селевых потоков в районах активного вулканизма (на примере вулканов Ключевской и Шивелуч, Камчатка). Часть 1. Криосфера Земли, 2010, т. XIV, № 2, с. 29–45 Сейнова И. Б., Черноморец С. С., Тутубалина О. В., Баринов А. Ю., Соколов И. А. Условия формирования селевых потоков в районах активного вулканизма (на примере вулканов Ключевской и Шивелуч, Камчатка). Часть 2. Криосфера Земли, 2010, т. XIV, № 3, с. 29–36
Mənbə Вебкамеры Aktivlik Klyoçevskaya Sopka haqqında məlumat Информация о Ключевской сопке Kateqoriya:Asiya dağları Kateqoriya:Aktiv vulkanlar Kateqoriya:Müqəddəs dağlar Kateqoriya:Rusiyadakı stratovulkanlar