Binəqədi kərgədanı ( və ya ) — Kərgədanlara aid nəsli kəsilmiş növ. Sonuncu buz dövründə yaşamışlarР. Д. Джафаров. Новый представитель четвертичных носорогов бинагадинской фауны. — Бинагадинское местонахождение четвертичной флоры и фауны: Издательство Академии Наук Азербайджанской ССР, 1955. — С. 54.. Qalıqlar ilk dəfə 1938-ci ildə Binəqədi qır gölündə aşkarlanmışdır. Göl Abşeron yarımadasında Binəqədi rayonunun cənub-şərqində yerləşir.

Bu növ ilk dəfə ətraflı olaraq 1955-ci ildə Cəfərov tərəfindən araşdırılmış və qeydə alınmışdırRəhimbəy Cəfərov. Binəqədi kərgədanı. — Azərbaycan SSR Elmlər Akademiyası, 1960. — Т. 12. — 99 s. Müasir kərgədanlarda olduğu kimi binəqədi kərgədanında iki buynuzu olmuşdur. Onların dişləri Asiya növlərindən fərqlənir və daha çox Afrika kərgədanına yaxındır.

2010-cu ildə kərgədanın skleti nümayiş məqsədi ilə Neapola aparılmış və Sitta dellaSienza müzeyində nümayiş etdirilmişdir.

Ədəbiyyat Р. Д. Джафаров. Новый представитель четвертичных носорогов бинагадинской фауны. — Бинагадинское мстонахождение четвертичной флоры и фауны: Издательство Академии Наук Азербайджанской ССР, 1955. — С. 54. Р. Д. Джафаров. Бинагадинский носорог. — Издательство Академии Наук Азербайджанской ССР, 1960. — Т. 12. — 99 с.

İstinadlar

Kateqoriya:Kərgədanlar Kateqoriya:Asiya məməliləri Kateqoriya:Avropa məməliləri