Ras-Xafun () — Afrikanın şərqində 40 km uzunluğuna malik burun. Afrika materikinin şərq ucqar nöqtəsidir. Hind okeanı sahilində yerləşən burun Somali ərazisində yerləşir. İlk dəfə Osmanlılar tərəfindən məskunlaşılmışdır. Müasir Xafun Hazırda Xafunda 2500 balıqçı yaşayır. 2004-ci ildə Hind okeanında baş vermiş sunami burunda yerləşən şəhərə böyük ziyan vurmuşdur. Xüsusi ilə burnun qərb hissəsi dəniz səviyyəsindən cəmi 2 metr hündür olduğundan 813 ev dağılmış, 432-si isə ciddi ziyan görmüşdür. 19 cəsəd tapılsa da, 140 nəfər səssiz-səmirsiz itkin düşmüşdür. Ərazinin böyük hissəsi suyun altında qalsa da burnun əsas hissəsi mövcudluğunu qoruyur. Mənbə Новостное агентство Хафуна About Archaelogy entry on Opone Hafun tsunami videos Статья Би-би-си о последствиях цунами Hermann M. Fritz and Jose C. Borrero, «Somalia Field Survey after the December 2004 Indian Ocean Tsunami» , Earthquake Spectra, Vol. 22, No. S3, pp. S219-S233, June 2006
Kateqoriya:Hind okeanı burunları Kateqoriya:Somali burunları