Firidun bəy Köçərli () — Azərbaycan maarifçisi, pedaqoq, metodist, ədəbiyyatşünas, publisist, Azərbaycan ədəbiyyat tarixçiliyi elminin banisi.
Həyatı və təhsili Firidun bəy Köçərli 26 yanvar 1863-cü ildə Şuşa şəhərində anadan olub. 1872–1876-cı illərdə Şuşada Mirzə Kərim Münşinin mədrəsə məktəbində təhsil almışdır. Daha sonra 1876-cı ildə Şuşadakı rus məktəbinə daxil olur.1878-ci ildə Aleksey Çernyayevski Zaqafqaziya müəllimlər seminariyasına tələbə toplamaq məqsədilə bu məktəbə gəlir və Firidun bəyi də təhsil almaq üçün Qoriyə aparır. 1879–1885-ci illər ərzində o Zaqafqaziya müəllimlər seminariyasında təhsil alır. Təhsil aldığı müddətdə müəllimləri A. O. Çernyayevski və M. Kipiani ilə yaxın münasibət saxlayır.
Fəaliyyəti 150px|thumb|left|Həyat yoldaşı Badisəba xanım Köçərli ilə birlikdə Bakı 1920-ci il. thumb|263x263px|Firidun bəy Köçərli Şuşada qohumları ilə.(1915) 1885-ci ildə seminariyanı bitirdikdən sonra İrəvan gimnaziyasına təyinat alır.H. Əhmədov. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Elm və təhsil, 2014. — səh. 198–204. 1885–1890-cı illərdə İrəvanda fəaliyyət göstərdiyi dövrdə gimnaziyada ana dili, hüsnxətt fənlərini tədris etmiş, pansion mürəbbisinin köməkçisi vəzifəsini daşımışdır.Literaty Criticism by Shams Rufullayeva Pedaqoji sahədə müvəffəqiyyətlərinə görə dəfələrlə mükafatlandırılmışdır. Ona "Kollecski sekretar", "Titulyar sovetnik" və "Statski sovetnik" rütbələri verilmişdir. 1893–1894-cü illərdə yenidən İrəvan gimnaziyasında fəaliyyət göstərir. 1895-ci ildə isə İrəvan şəhərini tərk edir. Elə həmin ildə Qori Müəllimlər Seminariyasının "tatar şöbəsi"-nin Azərbaycan dili və şəriət müəllimi təyin edilir. 1918-ci ilə qədər Qoridə pedaqoji fəaliyyətini davam etdirir. 1897-ci ildə Vəkilovlar nəslindən olan Badisəba xanım Köçərli ilə ailə həyatı qurur. 1910-cu ildə Qori Seminariyasının Azərbaycan şöbəsinin müvəqqəti təlimatçısı sonradan isə seminariyanın Azərbaycan şöbəsinin inspektoru vəzifəsinə təyin olunmuşdur. 1916–1917-ci illərdə seminariyanın Azərbaycana köçürülməsi üçün təşəbbüs göstərmiş, təkliflər irəli sürmüşdür. Siyasi proseslərə qoşularaq, Müsavat partiyasına üzv olmuşdur.
1918-ci ildə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini tədris ləvazimatı və avadanlığı ilə birlikdə öz xərcinə Qazax şəhərinə köçürmüş, bunun əsasında Azərbaycan Müəllimlər Seminariyası yaradılmışdır. Firidun bəy Köçərli seminariyanın direktoru təyin olunur. 17 sentyabr tarixindən Qazax Müəllimlər Seminariyasında ilk dərslər başlayır. Sonradan Qazaxda ilk uşaq evi açır. 1918-ci il 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü seçilir və İstiqlal bəyannaməsini imzalayır. 1919-cu il fevralın 1-də Müsavat partiyasının səyyar bürosunun Mərkəzi Komitəsinin təşəbbüsü ilə təşkil edilmiş Qazax şöbəsinə sədr seçilir. Sovet işğalına qədər Qazax Müəllimlər Seminariyasına rəhbərlik edir.
Yaradıcılığı 300px|thumb|right|Qazax Müəllimlər Seminariyasının binası 1884-cü ildə Qori müəllimlər seminariyasında təhsil alarkən "Təlimi-Sokrat" əsərini yazıb. İrəvan gimnaziyasında çalışdığı illərdə Zöhrabzadə ilə birlikdə "Təlimi-lisani-türkü" adlı dərslik tərtib etmişdir. 1886-cı ildə ilk teatr tamaşasını qoymuşdur. 1890-cı ildə isə İrəvanda "Müsyö Jordan və dərviş Məstəli şah" komediyasını tamaşaya qoyub. 1891-ci ildə "Təlimi-Sokrat" adlı kitabı Bağçasarayda "Tərcüman" mətbəəsində 1892-ci ildə isə A. S. Puşkindən tərcümə etdiyi "Torçu və balıq" mənzum nağılı İrəvan şəhərində kitab halında çapdan çıxmışdır. M. Y. Lermontovun "Üç xurma ağacı" və A. Koltsovun "A kişi, niyə yatıbsan?" şeirlərinin tərcüməsindən ibarət kitabı Şuşada çap edilmişdir. "Tatar komediyaları" adlı ilk elmi məqaləsi "Novoye obozreniye" qəzetində dərc olunmuşdur. 1898-ci ildə "Ərəb əlifbası və onun qüsurları" silsilə məqaləsi "Qafqaz" qəzetində dərc olunur. 1900-cü ildə Müəllimlər Seminariyasının Ümumdünya Paris sərgisində Qori Seminariyasından nümayiş etdirilən eksponatlar sırasına F. Köçərlinin kitabları da daxil edilir. 1903-cü ildə Tiflisdə "Azərbaycan tatarlarının ədəbiyyatı" kitabı rus dilində çap edilir. Elə həmin ildə M. F. Axundovun "Aldanmış kəvakib" povestini rus dilinə çevirir. 1904-cü ildə A. P. Çexovun "At familiyası" hekayəsini tərcümə edib, kiçik bir müqəddimə ilə "Şərqi-Rus" qəzetində dərc etdirir. 1906-cı ildə "Molla Nəsrəddin" jurnalının nəşrə başlamasını təqdir edərək, jurnalın birinci üç aylıq fəaliyyəti barədə icmal hazırlayıb, "Tiflisskiy listok" qəzetində dərc etdirir. "İrşad" qəzetində "Bir darülmüəllimin kifayətdir" adlı məqalə ilə çıxış edərək, Azərbaycanda müstəqil Müəllimlər Seminariyası yaradılması məsələsini qaldırır. Cəlil Məmmədquluzadənin "Usta Zeynal" kitabçası haqqında eyniadlı məqaləni "Znaniye" qəzetində çap etdirir. 1911-ci ildə M. F. Axundzadənin anadan olmasının 100 illik yubileyi münasibətilə Tiflisdə keçirilən təntənəli yığıncaqda məruzə ilə çıxış edib. "Mirzə Fətəli Axundov" adlı kitabı çap olunub. 1912-ci ildə uşaqlar üçün yazdığı "Balalara hədiyyə" kitabı Bakıda "Kaspi" mətbəəsində çap olunur. 1913-cü ildə yazdığı "Azərbaycan ədəbiyyatı tarixi" adlı üç cildlik əsərini tamamlamışdır. 1920-ci ildə "Vətən dili"nin I hissəsinin yenidən işlənməsində xidmətləri olmuşdur. Onlarla dərsliyə düzəliş etmiş, nəzəri materialı, hekayələri artırmış, metodika və stilistikasını zənginləşdirmişdir. Ölümündən sonra 1925-ci ildə "Azərbaycan ədəbiyyatı tarixi materialları" kitabının I hissəsi 1926-cı ildə isə kitabın II hissəsi çap edilmişdir. Uşaqlar üçün yazdığı "Balalara hədiyyə" kitabı isə 1967,1972 və 2013-cü illərdə çap edilmişdir.
Ölümü 1920-ci ilin mayında Qazax kommunistləri Köçərlini və digər Müsavat funksionerlərini "xalqa xəyanətdə", "milli nifaq törətməkdə", "torpaq və mülk zəbt etməkdə", general-qubernator Ə. Xoyskinin etibarlı şəxsləri olmaqda ittiham etdilər. Qazax İnqilab Komitəsinin Gəncə Fövqəladə Komitəsinə təqdimatına əsasən, ədib həbs olunmuş, 20-ci diviziyanın 7-ci xüsusi bölməsi xüsusi şöbəsində şahidlər dindirilmədən, verilmiş izahatlar nəzərə alınmadan güllələnməsi haqqında qərar çıxarılmışdır. Qərar 7-ci xüsusi bölmənin rəisi Liberman və fövqəladə komissar Həmid Sultanov tərəfindən təsdiq edilmiş, hökm yerinə yetirilmişdir.
Güllələnmə haqqında çıxarılmış qərar:
Mükafatları 1899-cu ildə III dərəcəli "Müqəddəs Anna" ordeni ilə 1902-ci ildə isə II dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif edilmişdir.
İrsi Firidun bəyin irsinin araşdırılması, Azərbaycan Milli Hərəkatı ilə əlaqəsinin olmasına görə sovet dövründə xüsusən də Stalinin hakimiyyəti dövründə demək olar ki mümkünsüz idi. İlk dəfə 1957-ci ildə Bəkir Nəbiyev onun irsini araşdırmışdır. O, arxiv materialları toplayaraq Firidun bəyin sağ qalan tələbələri ilə görüşərək 1960-cı ildə "F. Köçərlinin həyat və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 12 sentyabr 1967-ci ildən Respublika Uşaq Kitabxanası Firidun bəy Köçərlinin adını daşıyır. 2013-cü ildə Firidun bəy Köçərlinin anadan olmasının 150 illik yubileyi keçirilmişdir.
Firidun bəy Köçərlinin fikirləri
Firidun bəy Köçərli haqqında fikirlər
Biblioqrafiya
Əsərlərinin nəşri
Tərcümələri
Tərtib etdiyi və ön söz yazdığı kitablar
Haqqında yazılan kitablar
Yazdığı məqalələr İrəvandan məktub /Firidun bəy Köçərli //Kəşkül.- 1890.- № 104.- 20 aprel. "Müsyö Jordan və Məstəli şah" komediyasının tamaşaya qoyulması haqqında /Firidun bəy Köçərli //Kəşkül.- 1890.-20 aprel. Bir adama cavab /Firidun bəy Köçərli //Şərqi-rus.- 1903.- № 42.- 9 iyul. Cavab /Firidun bəy Köçərli //Şərqi-rus.- 1903.- № 23,24,25.- 25, 28, 30 may. Hörmətli "Şərqi-rus" ruznaməsinə bir neçə sözlər/Firidun bəy Köçərli //Şərqi-rus.- 1903.- № 17.- 9 may. Qarabağ (Şuşa) müsəlman müəllimlərinin himməti:[Şuşada gənc müəllimlərin hazırladıqları "Hacı Qara" tamaşası haqqında] /Firidun bəy Köçərli //Şərqi-rus.- 1903.- № 52.- 3 avqust. Qarabağdan (Şuşa), Tiflisdən şəhər məktəblərinə dərs verən müəllimlərin ictimai rəyi nədi /Firidun bəy Köçərli //Şərqi-rus.- 1903.- № 38.- 29 iyun. Qarabağdan Zaqafqaziya darülmüəlliminin Tiflisə nəql olunması /Firidun bəy Köçərli //Şərqi-rus.- 1903.- № 64.- 31 avqust. Müəllimlər ictimai /Firidun bəy Köçərli //Şərqi-rus.- 1903.- 29 iyun. 17-ci nömrənin mabədi /Firidun bəy Köçərli //Şərqi-rus.- 1903.- № 18.- 11 may. Cavan müəllimlər /Firidun bəy Köçərli //Şərqi-rus.- 1904.- 11 iyun. Cəmiyyəti-xeyriyyə /Firidun bəy Köçərli //Şərqi-rus.- 1904.- 19 avqust. Ədəbiyyat. Anton Çexovun hekayələrindən /Firidun bəy Köçərli //Şərqi-rus.- 1904.- № 104,105.- 16,18 iyul. Ədəbiyyatımıza dair məktub /Firidun bəy Köçərli//Şərqi-rus.- 1904.- № 252.-18 dekabr. Gözəl bir kitab /Firidun bəy Köçərli //Şərqi-rus.- 1904.- № 64.- 2 iyun. Sülh və barışıq /Firidun bəy Köçərli //Şərqi-rus.- 1904.- 28 dekabr. Təbriknamələr /Firidun bəy Köçərli //Şərqi-rus.- 1904.- 28 iyul. Təəssüf /Firidun bəy Köçərli //Şərqi-rus.- 1904.- 9 dekabr. Təzə kitab: [Məqalə "Otello" faciəsinin yeni nəşri münasibətilə yazılmışdır] /Firidun bəy Köçərli //Şərqi-rus.- 1904.- № 108.- 20 iyul. Üç günlük səfər /Firidun bəy Köçərli //Şərqi-rus.- 1904.- 20 noyabr. Müharibə və sülh: rus-yapon dövlətləri arasında bağlanan sülh müqaviləsi haqqında /Firidun bəy Köçərli //Həyat.- 1905.- № 86.-18 oktyabr. Bir darülmüəlliminin kifayətmidir? /Firidun bəy Köçərli //İrşad.- 1906.- № 213.- 11 sentyabr. Bir müəllimin bizə cəvabı: [kənd müəllimlərinin öz vəzifələrini layiqincə yerinə yetirməmələri haqqında] /Firidun bəy Köçərli //İrşad.- 1906.- № 78.- 23 mart. C. Ə. Nəbati /Firidun bəy Köçərli //Rəhbər.- 1906.- № 1. Cavanşirdə kazakların rəftarı /Firidun bəy Köçərli//İrşad.- 1906.- № 87.- 27 mart. Ehtiyatlı olmaq kimə lazımdır?: [Tiflisdə keçirilən erməni-müsəlman məclisi haqqında] /Firidun bəy Köçərli //İrşad.- 1906.- № 52.- 2 fevral.- S.2. Ədəbiyyatımıza dair /Firidun bəy Köçərli //Rəhbər jurnalı.- 1906.- № 2.- S.8–11. Əqil əqildən ötkəm olar /Firidun bəy Köçərli //İrşad.- 1906.- № 62.- 7 mart. İdarəyə məktub /Firidun bəy Köçərli //Açıq söz.- 1906.- № 289.- 22 sentyabr. İdarəyə məktub: [məqalə erməni-müsəlman qırğınından bəhs edir] /Firidun bəy Köçərli //Dəvət-Qoç.- 1906.- № 13.- 17 iyul. Qarabağda Cavanşir mahalının əhvalü övzasina dair: [şair Zakir haqqında] /Firidun bəy Köçərli //İrşad.- 1906.- № 43–44.- 10,12 fevral. Məişətimizə dair (bir para bəyanat) /Firidun bəy Köçərli //İrşad.- 1906.- № 108.- 9 may. Məişətimizə dair: (Birtay buynuz öküz): [məqalədə çar məmurlarının ədalətsizliklərinə qarşı çıxmağa çağırılır] /Firidun bəy Köçərli //İrşad.- 1906.- № 65.- 11 mart. Məişətimizə dair: Müsəlmançılıq /Firidun bəy Köçərli //İrşad.- 1906.- № 143.- 19 iyun. Məişətimizə dair: (bir para bəyanat) /Firidun bəy Köçərli //İrşad.- 1906.- № 1.- 28 aprel. Məişətimizə dair: (Qaranlıqda qalanlarımız) [Azərbaycan dövlət məmurlarının xalqa əziyyət vermələri haqqında] /Firidun bəy Köçərli //İrşad.- 1906.- № 55.- 2mart. Məişətimizə dair: (Yarımçıqlarımız): "Anlayanın nökəri, anlamazın quluyam, dad yarımçıq əlindən": [Azərbaycan dövlət məmurlarının özbaşınalığı haqqında] /Firidun bəy Köçərli //İrşad.-1906. № 63.-8mart. Məişətimizə dair: El üçün ağlayan gözsüz qalar: [Haşım bəy Vəzirovun həbs olunması haqqında] /Firidun bəy Köçərli //İrşad.- 1906.- № 86.- 10 aprel. Məişətimizə dair: Əcəlsiz ölənlərimiz: [Zülfüqar bəy Hacıbəyovun dəfni və kəndlərdə həkim qıtlığı haqqında] /Firidun bəy Köçərli //İrşad.- 1906.- № 108.- 9 may. Məişətimizə dair: Təlim xeyir edənlərimizin cəzası: [İrəvanda rus-müsəlman məktəbinin müdiri Haşım bəy Vəzirovla ora cəmaatının rəncidəliyi haqqında] /Firidun bəy Köçərli //İrşad.- 1906.- № 129.- 2 iyun. Müəllimlər ictimainə dair: İşin ibtidası: [Bakıda çağırılan müəllimlər iclası haqqında] /Firidun bəy Köçərli //İrşad.- 1906.- № 202.- 23 avqust.- S.2. Müəllimlər neçün Bakıya qayıdır /Firidun bəy Köçərli //İrşad.- 1906.- № 63.- 8 mart; № 87,88.- 12,13 aprel. Niyə müəllimlər kəndlərdən qaçırlar? /Firidun bəy Köçərli //İrşad.- 1906.- № 76.- 20 mart. Seyid Əbdülqasım Nəbati /Firidun bəy Köçərli //Rəhbər.-1906.- № 3.