Olesya Zamula () — 1999–2005-ci illərdə Latviyanı, 2007–2012-ci illərdə isə Azərbaycanı təmsil edən qadın güləşçi.
Karyerası Olesya Zamula Latviya yığmasının heyətində mübarizə apardığı 1999-2005-ci illərdə altı beynəlxalq turnirdə mübarizə apardı. 2003-cü ildə Riqa şəhərində (Latviya) baş tutan Avropa Çempionatında yeddinci pillənin sahibi olan Olesya Zamula digər turnirlərdə ciddi nəticələrə nail ola bilmədi.
2007-ci ildə Azərbaycan Güləş Federasiyası (AGF) Olesya Zamulanı Azərbaycan yığmasının heyətinə dəvət etdi. Həmin illərdə Azərbaycanda qadın güləşçilərdən ibarət yığma yeni-yeni formalaşdırılırdı. Olesya Zamula həmin dəvəti qəbul etdi və 2007-ci ildən Azərbaycan bayrağı altında beynəlxalq turnirlərdə mübarizə apardı.
2007-ci ilin avqustunda Sofiya şəhərində (Bolqarıstan) D. Kolov - N. Petrov beynəlxalq turnirində beşinci pillənin sahibi olan Olesya Zamula, sentyabrda Azərbaycanda baş tutan Dünya Çempionatını yeddinci pillədə başa vurdu və olimpiya lisenziyasına sahib oldu.
2008-ci ilin aprelində Finlandiyada Avropa Çempionatını və iyununda Azərbaycanda Qızıl Qran-Pri beynəlxalq turnirlərini beşinci pillədə başa vuran Olesya Zamula, avqustda Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında uğursuzluqla üzləşdi. Olimpiadanın 1/8 final mərhələsində Yaponiya nümayəndəsi Kaori İçoya 0:2 (0:2, 0:4) hesabı ilə məğlub olan Olesya Zamula, təsəlliverici qrupda ABŞ nümayəndəsi Randi Millera da 0:2 (0:2, 0:4) hesabı ilə məğlub oldu və olimpiadanı 16-cı pillədə başa vurdu. İlin sonunda Yaponiyada baş tutan Dünya Çempionatını isə Olesya Zamula beşinci pillədə başa vurdu.
2009-2010-cu illərdə də Olesya Zamula beynəlxalq turnirin medalına sahib ola bilmədi. 2009-cu ilin aprelində Vilnüs şəhərində (Litva) Avropa Çempionatını yeddinci pillədə başa vuran Olesya Zamula, iyulda Qızıl Qran-Pri beynəlxalq turnirində, sentyabrda da Dünya Çempionatında beşinci pillənin sahibi oldu. 2010-cu ildə Olesya Zamula Azərbaycanda baş tutan Avropa Çempionatının beşinci pillədə, Austrian Ladies Open və Qızıl Qran-Pri beynəlxalq turnirlərini isə beşinci pillədə başa vurdu.
2011-ci il isə Olesya Zamula üçün uğurlu mövsüm oldu. Olesya Zamula əvvəlcə fevralda İstanbul şəhərində Yaşar Doğu beynəlxalq turnirnin gümüş medalına sahib oldu, sonra isə martda İsveçdə baş tutan Klippan Lady Open beynəlxalq turnirini beşinci pillədə başa vurdu.
28 mart-4 apreldə isə Almaniyanın Dortmund şəhərində mövsümün birinci nüfuzlu turniri hesab olunan Avropa Çempionatı baş tutdu. Olesya Zamula 1/8 final mərhələsində Rumıniya nümayəndəsi Mihaela Panaita 2:0, 1/4 final mərhələsində Türkiyə nümayəndəsi Leyla Mətinə 2:0 hesabı ilə qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı. Bu mərhələdə Ukrayna nümayəndəsi Yuliya Taça 1:2 hesabı ilə məğlub olan Olesya Zamula, bürünc medal uğrunda görüşdə Latviya nümayəndəsi Laura Sujinaya 2:1 hesabı ilə qalib gəldi və Avropa Çempionatının bürünc medalına sahib oldu.
Daha sonra Olesya Zamula iyunda Austrian Ladies Open beynəlxalq turnirini yeddinci pillədə başa vurdu, iyulda isə Qızıl Qran-Pri beynəlxalq turnirinin bürünc medalına sahib oldu.
Olesya Zamula 2012-ci ilin fevralında Kiyev beynəlxalq turnirinin bürünc medalına sahib oldu, martda isə Belqrad şəhərində (Serbiya) baş tutan Avropa Çempionatını 14-cü pillədə başa vurdu.
Bu turnirdən sonra 28 yaşlı Olesya Zamula idmanla vidalaşdı.
Nəticələri SıraİlYarışEv sahibiNəticə Latviya11999Yeniyetmələrin Dünya Çempionatı Polşa12.22003Avropa Çempionatı Latviya7.3Gənclərin Dünya Çempionatı Türkiyə11.42004Dünya Olimpiya Təsnifat Turniri Tunis12.5Gənclərin Avropa Çempionatı Bolqarıstan7.62005Dünya Çempionatı Macarıstan22. Azərbaycan72007D. Kolov - N. Petrov Turniri Bolqarıstan5.8Dünya Çempionatı Azərbaycan7.92008Avropa Çempionatı Finlandiya5.10Qızıl Qran-Pri Azərbaycan5.11Olimpiya Oyunları Çin16.12Dünya Çempionatı Yaponiya5.132009Avropa Çempionatı Litva7.14Qızıl Qran-Pri Azərbaycan5.15Dünya Çempionatı Danimarka5.162010Avropa Çempionatı Azərbaycan5.17Austrian Ladies Open Avstriya7.18Qızıl Qran-Pri Azərbaycan7.192011Yaşar Doğu Turniri Türkiyə2.20Klippan Lady Openn İsveç5.21Avropa Çempionatı Almaniya3.22Austrian Ladies Open Avstriya7.23Qızıl Qran-Pri Azərbaycan3.242012Kiyev Turniri Ukrayna3.25Avropa Çempionatı Serbiya14.
İstinadlar
Kateqoriya:Riqada doğulanlar Kateqoriya:Latviyanın qadın güləşçiləri Kateqoriya:Azərbaycanın qadın güləşçiləri Kateqoriya:Azərbaycanın olimpiya güləşçiləri Kateqoriya:2008 Yay Olimpiya Oyunlarında güləşçilər Kateqoriya:Güləş üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Azərbaycanın Latviyadan milliləşdirilən idmançıları Kateqoriya:Azərbaycan olimpiya idmançıları