Aleksandr Aleksandrov (9 aprel 1990, Sofiya) — Bolqarıstanı və Azərbaycanı təmsil edən idmançı.
Karyerası Aleksandr Aleksandrov 2007-ci ildə Polşanın Poznan şəhərində baş tutan Avropa Çempionatında fərdi turnirdə bürünc medalın sahibi oldu.
2010-cu ildə Azərbaycan Kanoe Federasiyası Aleksandr Aleksandrovu Azərbaycan yığmasının heyətinə cəlb etdi. Aleksandr Aleksandrov 2012-ci ildə Azərbaycanı London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil etdi. Aleksandr Aleksandrov bu idman növü üzrə Azərbaycan Olimpiya Oyunlarında təmsil edən birinci idmançı olaraq tarixə düşdü. Fərdi turnirdə çıxış edən Aleksandr Aleksandrov olimpiada da iyulun 28-də mübarizə apardı. Təsnifat mərhələsinin C qrupunda çıxış edən Aleksandr Aleksandrov 6:48.80 dəqiqə nəticə göstərdi. Bu nəticələrə əsasən Aleksandr Aleksandrov altı idmançı sırasında üçüncü pillənin sahibi oldu və dörddəbir final mərhələsinə adladı. İyulun 31-də bu mərhələnin B qrupunda çıxış edən Aleksandr Aleksandrov 6:56.36 dəqiqə nəticə göstərdi və qrupu altı idmançı sırasında üçüncü pillədə başa vurdu. Bu nəticələrə əsasən Aleksandr Aleksandrov yarım-final mərhələsinə adladı. Bu mərhələ avqustun 1-də baş tutdu. Yarım-final mərhələsinin B qrupunda çıxış edən Aleksandr Aleksandrov 7:20.80 dəqiqə nəticə göstərdi. Bu nəticələrə əsasən Aleksandr Aleksandrov altı idmançı sırasında üçüncü pillənin sahibi oldu və olimpiadanın final mərhələsinə vəsiqə qazandı. Avqustun 2-də baş tutan final mərhələsində altı idmançı mübarizə apardı. 7:08.42 dəqiqə nəticə göstərən Aleksandr Aleksandrov London Olimpiadasını dördüncü pillədə başa vurdu.
Olimpiadadan sonra Aleksandr Aleksandrov Azərbaycan Kanoe Federasiyası tərəfindən Bolqarıstandan cəlb edilən digər idmançı Boris Yotovla duet oldu. Aleksandr Aleksandrov və Boris Yotov dueti 2014-cü ilin mayında Serbiyanın Belqrad şəhərində baş tutan Avropa Çempionatını gümüş medalla başa vurdu.
2015-ci ilin sentyabrında Fransada baş tutan Dünya Çempionatının nəticələrinə əsasən isə Aleksandr Aleksandrov və Boris Yotov dueti olimpiya lisenziyasına sahib oldu.
Aleksandr Aleksandrov və Boris Yotov dueti 2016-cı ilin avqustunda Azərbaycanı Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Aleksandr Aleksandrov və Boris Yotov dueti avqustun 6-da mübarizə apardı. Təsnifat mərhələsinin A qrupunda çıxış edən Aleksandr Aleksandrov və Boris Yotov dueti 6:40.52 dəqiqə nəticə göstərdi. Bu nəticələrə əsasən Aleksandr Aleksandrov və Boris Yotov dueti beş idmançı sırasında sadəcə Yeni Zelandiya nümayəndələrindən geri qaldı olimpiadanın yarım-final mərhələsinə adladı. Bu mərhələ avqustun 8-də baş tutdu. Yarım-final mərhələsinin B qrupunda çıxış edən Aleksandr Aleksandrov və Boris Yotov dueti uğursuz çıxış etdi və 6:36.48 dəqiqə nəticə göstərdi. Bu nəticələrə əsasən Aleksandr Aleksandrov və Boris Yotov dueti altı idmançı sırasında sonuncu — altıncı pillənin sahibi oldu və olimpiadanın final mərhələsinə vəsiqə qazana bilmədi. Avqustun 11-də baş tutan təsəlliverici B finalında isə 7:24.02 dəqiqə nəticə göstərən Aleksandr Aleksandrov və Boris Yotov dueti Rio-de-Janeyro Olimpiadasını 12-ci pillədə başa vurdu.
İstinadlar
Kateqoriya:Azərbaycanın kişi avarçəkənləri Kateqoriya:Azərbaycanın olimpiya avarçəkənləri Kateqoriya:2012 Yay Olimpiya Oyunlarında avarçəkənlər Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında avarçəkənlər Kateqoriya:Azərbaycanda legioner Bolqarıstan idmançıları Kateqoriya:Azərbaycan olimpiya idmançıları Kateqoriya:Azərbaycan vətəndaşlıq hüququnu almış şəxslər