"Sonuncu yarpaq" () — amerikalı yazıçı O. Henrinin "Yanan Çıraq" seçilmiş hekayələrindən bir novella.
Məzmun Qrinviç-Villicdə kiçik bir məhəllədə, üçmərtəbəli bir evdə iki gənc rəssam qızlar, Syu və Coanna yaşayırlar. Coanna ağciyərlərin sətəlcəminə tututlur və o, ölüm ayağındadır. Onun otağının pəncərəsindən görünən sarmaşığın yarpaqları tökülmək üzrədir. Coanna əmindir ki, sarmaşığın sonuncu yarpağı düşən gün o öləcəkdir. Rəfiqəsi Syu onu bu sərsəm fikirdən çəkindirməyə çalışır. Elə həmin binanın alt mərtəbəsində 60 yaşlı uğursuz Berman adlı bir rəssam da yaşayır. Berman illərdi özünün şah əsərinin yaratmaq arzusundadır. Syu bir gün poza oturuşu üçün qoca rəssamın yanına gələrək, öz xəstə rəfiqəsi və onun sərsəm fikri haqqında ona danışır. Qoca rəssam bu sərsəm fikri axmaqlıq adlandıraraq:
Gecə küləkli və yağşlı keçir. Səhərisi gün sarmaşığın neçə yarpağının qaldığını bilmək üçün, Coanna rəfiqəsindən pəncərənin pərdəsini açmağı xahiş edir. Kərpic divara sarınmış sarmaşığın hələ də yarpağının qaldığını görən Coanna əmindir ki, bu son yarpaq düşən gün, onun da son günü olacaqdır. Sonrakı günlər də yarpaq sarmaşıqdan asılmış qalır. Coanna özünə ölüm arzu etməklə günah işlətdiyini hesab edir. Gündüz Coannaya baş çəkən həkim onun sağalma ehtimalının artdığını bildirir, sonra o, daha bir Berman soyadlı ağciyər sətəlcəminə tutulmuş halsız xəstəyə baş çəkəcəyini deyir. Səhərisi gün həkim Coannanın tam sağaldığını müəyyən edir. Həmin axşam Syu rəfiqəsinə xəbər verir ki, qoca rəssam Berman xəstəxanada vəfat etmişdir:
İstinadlar
Kateqoriya:Novellalar Kateqoriya:Filmlərə adaptasiya olunmuş hekayələr