Müqəddəs İlyas monastırı (, ) - Mosul şəhərindən şimalda yerləşən qədim xristian monastırıdır. İraq ərazisindəki ən qədim xristian monastırı olmaqla, VI əsrə aiddir. Tarixi

Monastırın əsası 595-ci ildə, əvvəl Hiyrədə, daha sonra isə Türkiyə ərazisindəki Ezla dağlarındakı böyük monastırda təhsil almış assur rahibi Mar Elia tərəfindən qoyulmuşdur.Soldiers Visit Ancient Monastery , NewsBlaze, December 23, 2005, İstifadə tarixi:20 yanvar 2006Siirt xronikası 13: 445. Monastır daha sonra kəldani xristianlar tərəfindən istifadə olunmuşdur. Min illər boyu bölgədə xristianlığın əsas mərkəzi olmuş monastır, hər il noyabrın son çərşənbə günü Mar Elia bayramını qeyd etmək üçün hər yerdən bu əraziyə gələn ziyarətçiləri qəbul etmişdir.US troops safeguard Iraq’s oldest Christian Assyrian monastery , christiansofiraq.com, November 23rd, 2008, İstifadə tarixi: 20 yanvar 2016

XVII əsrdə monastır Hörmüzd Alquşnaya tərəfindən yenilənmişdir. 1743-cü ildə Nadir şah Əfşarın göstərişi ilə monastır ləğv edilmiş, burada yaşayan rahiblər isə öldürülmüşdür. XX əsrin əvvəllərinə kimi monastırın xarabalıqları saxlanılmış, həmin dövrdə isə bəzi otaqlar və zallar bərpa edilmişdir. Birinci Dünya müharibəsi zamanı monastırda qaçqınlar məskunlaşmış və abidənin bəzi hissələrində bərpa işləri aparmışlar. Ətrafındakı binalar və mineral bulaqlarla birlikdə monastır kompleksi Kəldani Katolik Kilsəsi tərəfindən qorunmuş, monastırın xarabalıqları isə dövrümüzə kimi xristianlar tərəfindən ziyarət edilmişdir.

Müasir dövrdə istifadəsi və dağıdılması 250px|thumbnail|left|ABŞ hərbiçiləri monastırda İraq müharibəsinin başa çatmasından sonra monastırın yaxınlığında yerləşən Marez Əməliyyat Bazasının hərbi qulluqçuları abidəni bir qədər bərpa etmişlər. İraq Respublikaçılar Qvardiyası tərəfindən amerikalılardan azad edildikdən sonra, ərazi, ABŞ-nin 101-ci Hava-Desant Diviziyası tərəfindən endirilmiş zərbələrə məruz qalmışdır. Daha sonra ABŞ-nin 94-cü Mühəndis Batalyonu monastıra topoqrafik baxış həyata keçirmişdir. Bundan sonra abidənin tam müdafiəsi təşkil edilmiş və hərbçi keşişlər ABŞ hərbçilərini buraya ziyarətə göndərməyə başlamışlar.Rebuilding a Monastery in Iraq , nytimes.com, İstifadə tarixi:20 yanvar 2016 Bütün bunlar yerli əhalinin müharibədən sonrakı vəziyyətə uyğunlaşdırılması və tarixi abidələrin müdafiəsi planı çərçivəsində həyata keçirilmişdir.

2008-ci ili mayında İraq arxeoloqları 2003-cü il İraqın işğalından sonra ilk dəfə əraziyə daxil ola bilmişlər. Bundan sonra abidənin mühafizəsi təmin edilmiş, tədqiq edilməmiş hissələrinin isə qarətçilərdən qorunması təşkil olunmuşdur.

20 yanvar 2016-cı ildə abidə İraq Şam İslam Dövləti tərəfindən dağıdılmış və İŞİD tərəfindən dağıdılmış mədəniyyət abidələri siyahısına düşmüşdür.

İstinadlar

Xarici keçidlər New York Times Article about restoration efforts of Dair Mar Elia Photo slideshow on the New York Times website of restoration efforts at Dair Mar Elia Article about restoration efforts from the Smithsonian Magazine

Kateqoriya:İraq abidələri Kateqoriya:İraq monastırları Kateqoriya:595-ci ildə yarananlar Kateqoriya:Kəldani Katolik Kilsəsi Kateqoriya:İŞİD tərəfindən dağıdılmış bina və tikililər Kateqoriya:Dağıdılmış görməli yerlər