Vicdan haqqı — Rövşən İsaxın quruluşçu rejissorluğu ilə çəkilmiş Azərbaycan teleserialı.
Məzmun Qohumu İmranın (İlham Hüseynov) ardınca Rusiyaya işləməyə getmiş ədəbiyyat müəllimi Kamil (Elxan Yunis), orada başına gələn hadisələrdən sonra, Larisa (Çimnaz Sultanova) adlı bir rus qadınla evlənir. Kamilin Azərbaycanda da ailəsi var. Həyat yoldaşı Dilarə (Kəmalə Müzəffər), qızı Nərgiz (Ülviyyə Xəlilbəyli) və oğlu Fariz (Murad İsmayıl) onun yolunu gözləyir. Rusiyada yaşadığı 8 il müddət ərzində Larisa ilə nikahdan bir oğlu da olur. Kamil düşdüyü çətin vəziyyətdən yaxa qurtarandan və bütün maddi problemlərini həll etdikdən sonra Azərbaycana qayıdır. Çox keçmir ki, Larisa da öz oğlu ilə onun yanına gəlir. Bu hadisədən isə yalnız İmran, Minayə (Hicran Nəsirova) və Afaqın (Təzəgül Hidayət) xəbəri var. Lakin hadisələr elə cərəyan edir ki, Kamil bu xəbəri digər ailə üzvlərindən də çox gizlədə bilmir.
Serial haqqında Serialın ilk mövsümü 5 fevral 2016 – 24 iyun 2016-cı il tarixlərini əhatə etmişdir. Bu müddətdə 20 seriya yayımlanmışdır. İkinci mövsüm 16 sentyabr 2016 – 16 iyun 2017-ci il tarixlərində efirə çıxmışdır. Bu müddətdə növbəti 38 seriya nümayiş olunmuşdur. Üçüncü mövsüm isə 6 oktyabr 2017 – 6 iyul 2018-ci il tarixlərində göstərilmişdir. Bu müddətdə son 39 seriya nümayiş olunmuşdur. Serialın çəkilişləri Bakıda, Qəbələnin Vəndam kəndində, Tufan Dağ-Xizək Kompleksində, İsmayıllı rayonunun İvanovka kəndində, Gəncənin Hacıkənd qəsəbəsində, Göygöl rayonunun Yeni Zod və Toğanalı kəndlərində aparılmışdır. 33-cü seriyadan etibarən serialın ssenari müəllifləri sırasına Elşən Zeynallı, Şəbnəm Tofiqqızı və Flora Hüseynova da əlavə olunmuşdur. 53-cü seriyadan etibarən isə həmin ssenaristlər serialdan ayrılmış və Zəhra Rüstəmovanın həmmüəllifliyi ilə davam edilmişdir. 59-cu seriyadan Z. Rüstəmovanın əvəzinə Asif Bağırov ssenarist qismində seriala qoşulmuşdur. Dilarə obrazının ifaçısı Kəmalə Müzəffər 42-ci seriyadan sonra layihədən ayrılmışdır. Aktrisa serialdan ayrılma məsələsinə belə aydınlıq gətirmişdi: "Vicdan haqqı" serialına qayıtmayacağam. Amma məndə olan məlumata görə, başqa bir aktrisa bu obrazı canlandıracaq. İnşallah, daha möhtəşəm, daha uğurlu və daha fərqli ifa tərzi ilə sizin qarşınıza çıxar və sevginizi qazanar. Serialın quruluşçu rejissoru da aktrisanın dediyi sözləri təsdiq etmişdi:
62-ci seriyadan etibarən bu rolu vokalçı Aygün Zeynalova ifa etmişdir. İfaçının Dilarə roluna dəvət almasında onun öz istəyinin xüsusi rolu olub. Rövşən İsaxa tamaşaçı təşəkkürünü bildirən Aygün Zeynalova, həmçinin rejissorun ekran işlərində çəkilmək arzusunu dilə gətirmişdi. 3 iyul 2018-ci ildə Nizami Kino Mərkəzində serialın sonuncu bölümünün premyerası keçirilmişdir.
Filmin heyəti
Film üzərində işləyənlər Ssenari müəllifləri: Rövşən İsax, Vüqar Əmirov, Asif Bağırov, Elşən Zeynallı (33–52-ci seriyalar), Şəbnəm Tofiqqızı (33–52-ci seriyalar), Flora Hüseynova (33–52-ci seriyalar), Zəhra Rüstəmova (53–58-ci seriyalar) Quruluşçu rejissor: Rövşən İsax Quruluşçu operator: Hakim Ağayev Bəstəkar: Vasif Arifoğlu Baş prodüser: Rizvan Məmmədov İkinci rejissor: Vüqar Əmirov İkinci operator: Rasim Eyvazov Rejissor assistenti: Tural İsmayıl Montaj rejissoru: Rəhman Fürqətoğlu Səs rejissorları: Anar Quliyev, Ramil Məmmədov Qrafik dizayn: Ayaz Qasımbəyli İşıq rəssamları: Xəzər Sultanov, Əhməd Ağayev Qrim rəssamları: Sevinc Yusibova, Nuranə Altunbay, Həqiqət Bağırova Geyim rəssamları: Sevinc Yusibova, Nuranə Fərəcova, Sona Bağırova, Cəmilə Nuriyeva Hüquq məsləhətçisi: Ramin Kiçibəyov Mətbəx işləri: Lətifə Qüdrətova, Rəna Abbasova-Abdullayeva Sürücülər: Ramitdin Səfərov, Cəbrayıl Cəfərov, Cəfər Cəfərov Musiqilərindən istifadə edilən bəstəkar: Frederik Şopen Şeirlərindən istifadə edilən şair: Elçin Mirzəbəyli, Hüseyn Arif
Rollarda Aktyor Rol Mövqeyi Kəmalə Müzəffər(1–42-ci seriyalar)Aygün Zeynalova(62-ci seriyadan) Dilarə Babayeva Kamilin həyat yoldaşı. Evdar qadındır. Elxan Yunis Kamil Babayev Keçmiş ədəbiyyat müəllimi. Dilarə və Larisanın həyat yoldaşı, Fariz, Nərgiz və Raulun atasıdır. Çimnaz Sultanova Larisa Timofeyevna İvanova Milliyyətcə rus qadın. Rusiyada Kamillə ailə qurmuşdur. Bu nikahdan oğlu Raul dünyaya gəlib. Sonradan oğlu ilə birlikdə Kamilin ardınca Azərbaycana gəlib. Hicran Nəsirova Minayə Kamilin anası Ramiz Novruz Mahir Kərimov prokuror Murad İsmayıl Fariz Babayev Kamil və Dilarənin oğlu Ülviyyə Xəlilbəyli Nərgiz Babayeva Kamil və Dilarənin qızı Elşad Süleyman Fuad Telman və Şəfiqənin oğlu. Nərgizin nişanlısı Azad Şükürov Telman Fuadın atası Ceyran Qasımova Şəfiqə Ağazadə Fuadın anası İlham Hüseynov İmran Dərvişov Kamilin yeznəsi. Afaqın əri Təzəgül Hidayət Afaq Dərvişova Kamilin bacısı. İmranın arvadı Cavidan Novruz Əbdül Hüseynli Dilarənin qardaşı Məlahət Əhmədova Sevda Dilarənin bacısı. Yusifin arvadı Kamran Yunis Yusif Abbasov Sevdanın əri. Kamilin bacanağı İbrahim Çingiz Vüsal Dərvişov İmran və Afaqın oğlu Yağmur Şahbazova Nərmin Abbasova Yusif və Sevdanın qızı, Vüsalın həyat yoldaşı Natəvan Əfəndiyeva Fira (Firuzə) Vüsalın köhnə sevgilisi Sonaxanım Əliyeva Ofeliya Kamilin evində qulluqçu. Gizli olaraq əldə etdiyi məlumatları artıq maaş müqabilində ayrı-ayrılıqda ailənin bir neçə üzvünə ötürür. Nadir Əzməmmədov Saleh Dilbərin ögey atası və əmisi İlhamə Əhmədova Zərifə Dilbərin ögey anası Kəmalə Piriyeva Dilbər Rzayeva Saleh və Zərifənin qızlığı Yasin Avcı Erkan bəy "Sipark"ın rəhbəri Röya Əliyeva Aida "Sipark"ın insan resursları üzrə şöbə müdiri, Dilarənin iş yoldaşı və rəfiqəsi Tural İsmayıl Toğrul ATV telekanalının rejissoru Natəvan Hacıyeva Səbinə Əbdülün arvadı Niyaz İlyasoğlu Pərviz restoran inzibatçısı Asif Bağırov Məzahir Kamili qaçaq yolla sərhəd keçirməyə söz vermiş şəxs Raul Məmmədli Raul Babayev Kamil və Larisanın uşağı İlahə Bahəddin Təranə Telmanın işçisi. "Kilim" mebel mağazasının işçisi Rəna Sultanova Gülnarə Kamilin katibəsi. Soliton mebel mağazasının işçisi Rauf Şahsuvarov Neytulla Telmanın dostu Mətləb Səfərli Bayram Neytullanın tanışı, Fuadı qaçıran şəxs Cəfər Namiq Kamal Vaqif Kamilin dostu, hüquqşünas Şəlalə Şahvələdqızı Zinət əxlaqsız qadın Sədaqət Maarif Sona Kamilgilin köhnə qonşuları Niyaz Novruzov Cəbi Sonanın oğlu Rəna Abdullayeva Aybəniz Kamilgilin köhnə qonşuları Aytəkin Qədimli Validə Sevdanın qonşusu Ümman Budaqov Ramin Validənin oğlu, Nərgizi qaçıran şəxs Loğman İsayev Rafiq Müstəntiq, polis mayoru Kamil Nazim Elnur Qonşu Aybənizin oğlu Roma Ağamiroviç Roma Kamilin tanışı Məqsəd Məmmədov Məqsəd Raminin dostu. Nərgizi qaçırmaqda ona kömək etmiş şəxs Rauf Səfərli Rauf Raminin dostu. Nərgizi qaçırmaqda ona kömək etmiş şəxs Növrəstə Haşımova Südabə Məqsədin anası
Epizodlarda
Çəkilişə köməklik edən qurumlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Azərbaycan Respublikası Baş Prokurorluğu Bakı şəhər Baş Polis İdarəsi Binəqədi rayon Polis İdarəsi Yasamal rayon məhkəməsi Azərbaycan Hava Yolları Qəbələ "Duyma Otel" "Silk Way Travel" şirkəti Soliton İstanbul NS Klinika Grand Hospital "Şahənşah" düyüləri Beko Blomberg Grundig Kilim Soliton Mebel "Neptun" supermarketi Ağ çiçəyim Kübar Butik "Laləli" qadın geyimləri Romantic Tim-Sport (Sport Equipments) Miracle City "Bonita" qadın geyimləri X-Lady "Fayton" restoranı "Həyat" restoranı NLT Telecom "Şəfa" restoranı Xor Slavyanoçka
Çəkilişə kömək edənlər Ramil Usubov (general-polkovnik) Zakir Qaralov (I dərəcəli dövlət ədliyyə müşaviri) Ələddin Cəfərov Özal Aydınoğlu Paşa Keşamanski (Azərbaycan Hava Yolları QSC-nin mətbuat xidmətinin rəhbəri) Orxan İbrahimli ("Duyma Otel") Dağlar Səfərov ("Duyma Otel") Şirzad Əfəndiyev ("Silk Way Travel") Əvəz Rzayev Allahverdi Axundov İlham Kərimli Anar Əliyev Sahil Məmişov Əli Nağıyev Svetlana Zeynalova
İstinadlar
Mənbə "Dəfnə ağacı", "Vicdan haqqı" — Hər iki serial zövqləri oxşadı — VİDEO Aydın Kazımzadə: ""Vicdan haqqı" serialında yaxşı rejissor, operator işi var" "Kamil qayıdıb görsəydi ki, Dilarə başqası ilə yaşayır, neyləyərdi?"
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı
Xarici keçid Filmi izlə
Kateqoriya:2016-cı ilin Azərbaycan teleserialları Kateqoriya:Azərbaycan dilində teleseriallar Kateqoriya:Rus dilində teleseriallar Kateqoriya:Rövşən İsaxın filmləri