Aynur Tofiq qızı Məmmədova () – Paralimpiyaçı Taekvondo üzrə 3 qat dünya və 4 qat Avropa çempionuİkiqat dünya çempionu Aynur Məmmədova: "Oğluma söz verdim ki, qızıl medal gətirəcəyəm" www.news.lent.az , Azərbaycan Respublikasının əməkdar idman ustası və ictimai-siyasi xadim, Paratekvando üzrə Azərbaycan Milli Yığmasının üzvü, Prezident Mükafatçısı, Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası ictimai birliyinin sədri.
Həyatı Aynur Tofiq qızı Məmmədova 21 fevral 1979-cu il tarixdə Azərbaycan SSR-in Ucar rayonunun Təzə Şilyan kəndində anadan olmuşdur. Uşaqlığı Təzə Şilyan kəndində keçmişdir. 1997-ci ildən Bakı şəhərində yaşayır. MirKamal Bəşirli adlı bir oğlu var.
Təhsili 1996-cı ildə Təzə Şilyan kənd orta məktəbini bitirib. 2001-ci ildə Bakı Maliyyə İqtisad Kollecini bitirib. 2014-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasıda təhsil almış, 2019-cu ildə bitirmişdir.
Fəaliyyəti 1998-ci ildən ictimai-siyasi və xeyriyyəçilik fəaliyyəti fəal məşğul olmuşdur. 1998–2000-ci illərdə Azərbaycan Əlil Qadınlar Cəmiyyəti İdarə Heyətinin üzvü, 2000–2004-cü illərdə Azərbaycan Respublikası Müharibə Veteranları Cəmiyyətinin Sədr müavini, 2004–2009-cu illərdə "Pənah" Əlillər Cəmiyyətinin İdarə Heyətinin üzvü vəzifəsini tutmuşdur. Həmçinin Azərbaycanda fəaliyyət göstərən müxtəlif Qeyri-Hökumət təşkilatlarının ictimai-xeyriyyə tədbirlərində daima iştirak etmişdir. Aynur Məmmədova hal hazırda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində çalışır. Aynur Məmmədova həmçinin 2013-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
2016-cı il iyunun 29-dan "Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyasi" İctimai Birliyini təsis etmişdir. Məqsədi Əlilliyi olan uşaqları idmana cəlb etmək cəmiyyətə qazandırmaqdır. Bir çox layihələr həyata keçirmişdir. "Maariflən Qurbana Çevrilmə", "Həssas qrupdan olan şəxslərə psixoloji dəstək", "Gələcəyinə rəng qat", "Biz də Təbiət istəyirik", "Sərhədləri birlikdə aşaq", "Sağlam Həyat tərzi xoşbəxtlikdir" adlı layihələr keçirmişdir. Təşkilatlar- Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası.
Peşəkar idman fəaliyyəti Profesional Parataekvondoçu Aynur Məmmədova, eyni zamanda peşəkar Atçılıq idmanı ilə də fəal məşğul olmuşdur. Ancaq 2010-cu ildən Paraolimpiya oyunları və olimpiadalarında iştirak etmək üçün peşəkar Parataekvondo üzrə fiziki məşqlərə başlamışdır.
Parataekvondo üzrə Azərbaycan Milli Yığmasının Qusarda keçirilən ilk Təlim-Məşq toplantısının iştirakçısı olan Aynur Məmmədova 2010-cu ilin mayında Paraolimpiya təsnifatlı, Sankt Peterburqda keçirilən Parataekvondo üzrə ilk Dünya çempionatında Azərbaycan Respublikasını təmsil etmiş və 3-cü yeri qazanmışdır. 2011-ci ildə isə Azərbaycan idmançısı Moskvada keçirilən Parataekvondo üzrə Dünya çempionatında məhz 1-ci yeri qazanmış və Dünya çempionu titulu əldə etmişdir.İkiqat dünya çempionu Aynur Məmmədova: "Oğluma söz verdim ki, qızıl medal gətirəcəyəm" www.lent.az
Proefessional Parataekvondoçu olan Aynur Məmmədova daha sonra bir sıra beynəlxalq uğurlara imza ataraq müxtaəlif olimpiada və turnirlərdə Parataekvondo üzrə 3 qat Dünya və 4 qat Avropa çempionu titullarına sahib olmuşdur.
Peşəkar Parataekvondo üzrə uğurları Tarix Çempionat Yer 2010 Parataekvondo üzrə Dünya Çempionatı (Sankt Peterburq, Rusiya Federasiyası) 3 2011 Parataekvondo üzrə Avropa Çempionatı (Moskva, Rusiya Federasiyası) 1 2012 Parataekvondo üzrə Dünya Çempionatı (Oranyestad, Aruba) 1 2013 Parataekvondo üzrə Avropa çempionatı (Buxarest, Rumıniya) 3 2014 Parataekvondo üzrə Dünya Çempionatı (Moskva, Rusiya Federasiyası) 2 2014 Parataekvondo üzrə Avropa Çempionatı (Antalya, Türkiyə) 1 2015 Parataekvondo üzrə Dünya Çempionatı (Samsun, Türkiyə) 1 2015 Parataekvondo üzrə Dünya Olimpiya Oyunları (Soçi, Rusiya Federasiyası) 1 2016 Parataekvondo üzrə Avropa Çempionatı (Varşava, Polşa) 3 2018 Parataekvondo üzrə Avropa Çempionatı (Plovdiv, Bolqarıstan) 1 2019 Parataekvondo üzrə Dünya Çempionatı (Antalya, Türkiyə) 5 2019 Parataekvondo üzrə Afrika Çempionatı (Misir) 2 2019Parataekvondo üzrə Avropa Çempionatı (İtaliya, Bari) 1 2021 Bolqarıstanın Sofiya şəhəri, Tokio YayParalimpiya oyunlarına lisenziya yarışı 1
İstinadlar
Xarici keçidlər Parataekvondoçu Aynur Məmmədova Dünya çempionu oldu — www.respublik.info Millimiz Avropa birinciliyinə — www.taekwondo.az Kateqoriya:Azərbaycanın idman ustaları