Herşel adası () — Yukon ərazisinin ən ucqar şimal nöqtəsidir. Adada hal-hazırda yaşayış yoxdur (2012).

Coğrafiya thumb|left|250px|Kosmosdan görünüşü Şimal Buzlu okeana daxil olan Bofort dənizində 69-cu paralel daxilində yerləşir. Materikdən 2 km aralıda yerləşir. Adanın uzunluğu 14,5 km, eni 8 km, ən hündür nöqtəsi 183 metr təşkil edir. Yerli əhali adanı kee keek ta ruk və ya Qi kiq daryuk adlandırırlar. Mənası "bu — ada" deməkdir.

Noyabrdan iyula qədər ada buzla örtülü olur. Adadan 90 km aralıda daimi buzlaqlar yerləşir. Cənub-şərqində yerləşən Paulin buxtasında liman vardır. Buxta yerləşməsi ilə əlaqədar güclü küləklərdən qorunur, üstəlik dərinliyin yüksəkliyi iri gəmilərin ora yan almasına imkan verir.

Tarixi thumb|150px|left 1826-cı ildə Con Franklin adanı aşkarlayır və öz dostu, alim Con Herşelin şərəfinə adlandırır. Adada vaxtı ilə Balina ovu mərkəzi mövcud olmuşdur. Hazırda isə bu obyektin qalıqları belə qalmamışdır.

Adada 13 arxeoloji mərkəz fəaliyyət göstərir

Ədəbiyyat Руал Амундсен Плавание Северо-Западным проходом на судне "Йоа". — Изд. 2-е. — М.: ТЕРРА—Книжный клуб, 2004. — 352 с. — (Сквозь белое безмолвие).

Həmçinin bax Barter adası

İstinadlar

Kateqoriya:Bofort dənizi adaları Kateqoriya:Bofort dənizinin yaşayış olmayan adaları