Vahid Orucoğlu — aktyor, mətn oxuyan, film səsləndirən. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru.

Həyatı Vahid Orucoğlu 1986-cı il sentyabr ayının 2-də Bakı şəhərində doğulub. 2008-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Dram və kino aktyorluğu» fakültəsini bitirib. 2007-ci ildən Azərbaycan Dövlət Gənclər teatrında aktyor vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyorudur.

Teatr səhnəsində əsas rolları Teatr səhnəsində rolları . Mim - ("İmperator", Elçin) . Savalan - ("Məhv olmuş gündəliklər", İ.Əfəndiyev) . Vasif - ("İblis", H.Cavid) . Tülkü - ("Tülkü Həccə gedir", A.Şaiq) . Şir - ("Cəsur qurbağa balası", L.Ustinov) . Dəvəçi - ("Şeyx Sənan", H.Cavid) . Həbəş - ("Ezop", G.Fiqeyredo) . Banda üzvü - ("Oliver Tvistin macəraları", Ç.Dikkens) . Şagird - ("Mənim ağ öyərçinim", T.Vəliyeva) . Müəllim - ("Əcəl atı", V.Əlixanlı) . Döyüşçü - ("Romeo və Cülyetta", U.Şekspir) . Ağagül - ("Buzovna kəndinin əhvalatları", Elçin) . Qara div - ("Şahzadə Xəzərin nağılı", K.Ağabalayev, N.Kazımov) . Həsən - ("Əlincə qalası", Dilsuz) . Qaraçı - ("Qaraca qız", S.S.Axundov, A.Şaiq) . Nağılçı - ("Şəngülüm. Şüngülüm, Məngülüm", M.Müşfiq) . II Arlekin - ("Buratinonun macəraları", A.Tolstoy) . Rulle - ("Balaca və damda yaşayan Karlson", A.Lindqren) . Uşaq və kukla - ("Danışan gəlincik", A.Şaiq) . Aşbaz - ("Yatmış gözəl", B.Marvin) . I qatil - ("III Riçard", U.Şekspir) . Alabaş - ("Dəcəl keçi", P.Nurəliyeva) . Şirməmməd - ("Məlikməmməd və sehrli almalar", Azərbaycan xalq nağılı) . I çöl ördəyi - ("Çirkin ördək balası", H.X.Andersen) . Bosxomci - ("Qohumlar", V.Şuqrayeva, Ə.Əmirli) . Mələk; şagird; dost - ("Xortdanın cəhənnəm məktubları", Ə.B.Haqverdiyev) . Mixaylo - ("Ünvansız qatar", Əli Əmirli) . Alik - ("Yarımcıq qalmış", Y.Abramov, L.Bəyim) . Balqabaq - ("Çippolino", C.Rodari) . Tənbəl Əhməd - ("Tənbəl Əhməd", Azərbaycan xalq nağılı. Səhn.: Ə.Qurbanov) . Qldurbaşı - ("Sindbad", Ərəb xalq nağılı) . Səlim - ("Ana", H.Cavid) . Peggi Blunun atası - ("Tanrıya 14 məktub", E.E.Şmidt) . Mazandaranski - ("Oqtay Eloğlu", C.Cabbarlı) . Rasim - ("Şəhərin qış gecələri", Anar) . Toğrul – (“Balaca yaramaz məxluq” İsmayıl İman) . Stansiya rəisi– (“Kod adı VXA” Mehriban Ələkbərzadə)

Filmoqrafiya Məhkumlar (film, 2006) Sirat körpüsü (film, 2007) Tamahkar (film, 2007) Yaşananlar Tərsinə çevrilə dünya (film, 2011) Həyat varsa... (serial, 2012-2014) Səndən sonra (film, 2013) Oğurlanmış arzular (film, 2015) Əsirlər (film, 2015) Cehizsiz gəlinlər (film, 2016) Klimancaro (film, 2016) Ata ocağı (film, 2017) (serial) İmtahan (film, 2019) (serial) Bizim restoran (film, 2020) (serial) İfşa (film, 2021) (serial) Gecə yarısı (film, 2022) (serial) Son nəfəs (film, 2022) (serial) Mənim günahım (film, 2022) (serial) Bir qadın (film, 2023) (serial) Çarəsiz(teleserial)

Mənbə www.tyuz.az