Vilkiski adası — De-Lonq adalarına daxil olan, Şərqi Sibir dənizində yerləşən ada. İnzibati cəhətdən Yakutiya ərazisində yerləşir.

Tarix Vilkiski adası ilk dəfə 1913 ildə Rusiya imperator ekspedisiyasının rəhbəri Boris Vilkiski tərəfindən aşkarlanmışdırС. В. Попов. Морские имена Якутии. — Якутск: Якутское книжное издательство, 1987. — С. 106. — 166 с.

Coğrafiyası Ada Şərqi Sibir dənizinin şimal-qərbində, Yeni Sibir adalarının şimal-şərqində yerləşir. De-Lonq adalarının cənubunda qərarlaşır. Qrupun ən kiçik adasıdır. Ən yaxınadaları: Joxov adası — 40 kilometr şimal-qərbdə, Bennett adası — 130 kilometr şimal-qərbdə, Yeni Sibir — 74 kilometr cənub-qərbdə. Vilkiski adası il boyu buzlarla örtülü olur.

Geologiya Ada əsasən bazalt suxurlarından ibarətdir.

İstinadlar

Mənbə De Lonq adaları "Taymır" və "Vayqaç" qəmiləri

Kateqoriya:Şərqi Sibir dənizi adaları Kateqoriya:Anju adaları Kateqoriya:De-Lonq adaları Kateqoriya:Yeni Sibir adaları arxipelaqının adaları Kateqoriya:Yakutiyanın yaşayış olmayan adaları