İradə Rəşidova (tam adı: İradə Mehman qızı Rəşidova; d. 1975) — aktrisa.
Həyatı İradə Rəşidova 1975-ci ildə Azərbaycan Respublikası Bakı şəhərində doğulub. 1997-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyorluğu" fakültəsini bitirib. 1991-ci ildən Bakı Kamera Teatrının, 2009-cu il oktyabr ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisasıdır.
Çəkildiyi filmlər 1. Bianka – ("Otello", V. Şekspir)
2. Nastinka – ("Ağ gecələr", M. F. Dostoyevski)
3. Gülçöhrə — ("Müsyö Jordan və dərviş Məstəli şah", M. F. Axundov)
4. Pərizad – ("Hekayəti xırsi quldurbasan", M. F. Axundov)
5. Nisə xanım – ("Lənkəran xanın vəziri", M. F. Axundov)
6. Donna Anna – ("Daş qonaq", A. S. Puşkin)
7. Nina – ("Şeyx Sənan", H. Cavid)
8. Fryokin Tesman – ("Qedda Qabler", H. İbsen)
9. Varya – ("Albalı bağı", A. P. Çexov)
10. Jurnalist – ("Şah Edip", Sofokl)
11. Böyükxanım – ("Aydın", C. Cabbarlı)
12. Trudxen, ay, qu quşu – ("Şelkunçik", E. T. A. Hofman)
13. Melita – ("Ezop" G. Fiqeyredo)
14. Nisə xanım – ("Sərgüzəşti vəziri Xani Lənkəran" M. F. Axundzadə)
15. Fərə – ("Göyçək Fatma" Azərbaycan Xalq nağılı)
16. Səkinə – (Mən səni sevirəm – M. S. S" Ə. Əmirli)
17. Mələk – ("Roemo və Cülyetta" U. Şekspir)
18. Nailə – ("Buzovna kəndinin əhvalatları" Elçin)
19. Rəqqasə – ("Əlincə qalası" Dilsuz)
20. Qaraçı – ("Qaraca qız" S. S. Axundov, A. Şaiq)
21. Tereza, Liza – ("İtalyansayağı xoşbəxtlik" D. Fo, P. Filippo)
22. Anna — ("III Riçard", U. Şekspir)
23. çil toyuq, qadın — ("Çirkin ördək balası" H. X. Andersen)
Mənbə www.tyuz.az