Nataliya İqorevna Sinişina () — 2005–2014-cü illərdə Ukraynanı, 2014–2017-ci illərdə isə Azərbaycanı təmsil edən qadın güləşçi. Nataliya Sinişin 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında bürünc medal medala sahib olub.

Nataliya Sinişin həmçinin 2006-cı ildə Çində, 2007-ci ildə isə Azərbaycanda baş tutan Dünya Çempionatlarının bürünc medallarına sahib olub. Nataliya Sinişin həmçinin üç dəfə — 2009, 2012 və 2016-cı illərdə Avropa Çempionatlarının qalibi olub.

2015-ci ildə Azərbaycanda I Avropa Oyunlarının bürünc medalına sahib olan Natali Sinişin həm də 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının da gümüş medalına sahib olub.

Nataliya Sinişib Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli Sərəncamına əsasən "Tərəqqi" medalı ilə, 22 avqust 2016-cı il tarixli Sərəncamına əsasən isə Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edilib.

Həyatı Nataliya Sinişin 1985-ci il iyulun 3-də Lvov şəhərində anadan olub. 1998-ci ildən güləşlə məşğul olur. Ali təhsilini Odessa şəhərində Milli Pedaqoji Univeirsitetdə alıb.

Nataliya Sinişin 2013-cü ildə Gürcüstan güləşçisi Malxaz Kurdiani ilə evləndi. 2014-cü ilin aprelində qızı, 2018-ci ilin iyununda isə oğlu dünyaya gəldi.

Karyerası 2005-ci il: Gənclər arasında Avropa çempionluğu Nataliya Sinişin 2005-ci ilin mayında Fransanın Klermon-Feran şəhərində baş tutan Komandalararası Dünya Kubojunda mübarizə apardı və nəticələrə əsasən dördüncü pillədə qərarlaşdı.

2005-ci ilin iyulunda Nataliya Sinişin Litvanın Vilnüs şəhərində baş tutan gənclər arasında Dünya Çempionatında mübarizə apardı. Nataliya Sinişin 1/8 final mərhələsində Rumıniya nümayəndəsi Andrea Cuca 14:0 hesabı ilə qalib gəldi və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Polşa nümayəndəsi Anna Zviridovsxa oldu. Həmin görüşdə də Nataliya Sinişin rəqibinə qalib gəldi (4:0) və turnirin yarım-final mərhələsinə adladı. Finala gedən yolda isə onun rəqibi Yaponiya nümayəndəsi Kei Yamana oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Nataliya Sinişin rəqibinə 4:10 hesabı ilə məğlub oldu və mübarizəni bürünc medal uğrunda görüşdə davam etdi. Həmin görüşdə onun rəqibi Latviya nümayəndəsi Victoriya Grigoryeva oldu. Bu görüşdə də Nataliya Sinişin rəqibinə məğlub oldu (1:6) və gənclər arasında Dünya Çempionatını beşinci pillədə başa vurdu.

2005-ci ilin avqustunda isə 20 yaşlı Nataliya Sinişin Polşanın Vrotslav şəhərində baş tutan gənclər arasında Avropa Çempionatında mübarizə apardı. Finala gedən yolda bütün rəqiblərinə qalib gələn Nataliya Sinişin, final görüşündə Belarus nümayəndəsi Yuliya Ratkeviç üzərində də qələbə qazandı və gənclər arasında Avropa Çempionatının qızıl medalına sahib oldu.

2006-cı il: Dünya Çempionatında bürünc Nataliya Sinişin 2006-cı ilin mayında Yaponiyanın Naqoya şəhərində baş tutan Komandalararası Dünya Kubojunda mübarizə apardı və nəticələrə əsasən dördüncü pillədə qərarlaşdı.

2006-cı ilin əsas turniri Çinin Quançjou şəhərində baş tutan Dünya Çempionatı oldu. Nataliya Sinişin bu turnirdə mübarizə aparmaqla Dünya Çempionatlarında debüt etdi. Nataliya Sinişin 1/16 final mərhələsində Qazaxıstan nümayəndəsi Olqa Çerxaşevaya 2:0 (6:0, 6:0) hesabı ilə qalib gəldi və turnirin 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Çin nümayəndəsi Su Lihui oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan və üç hissə davam edən görüşdə Nataliya Sinişin rəqibinə 1:2 (1:1, 0:2, 0,1) hesabı ilə məğlub oldu və mübarizəni təsəlliverici qrupda davam etdi. Bu qrupun birinci görüşündə onun rəqibi Kanada nümayəndəsi Breanna Qraham oldu. Həmin görüşdə Nataliya Sinişin rəqibinə 2:0 (4:0, 1:0) hesabı ilə qalib gəldi və növbəti görüşə vəsiqə qazandı. Bu görüşdə onun rəqibi ABŞ nümayəndəsi Erin Tomeo oldu. Bu səfər də Nataliya Sinişin rəqibinə (2:0, 4:1) hesabı ilə qalib gəldi və bürünc medal uğrunda görüşə vəsiqə qazandı. Həmin görüşdə onun rəqibi Macarıstan nümayəndəsi Marianna Sastin oldu. Bu görüşdə də Nataliya Sinişin rəqibinə qalib gəldi (2:0, 2:1) və Dünya Çempionatını bürünc medalla başa vurdu.

2007-ci il: Avropa Çempionatında final Nataliya Sinişinin 2007-ci ildə birinci turniri 16–22 apreldə Bolqarıstanın Sofiya şəhərində baş tutan Avropa Çempionatı oldu. Avropa Çempionatlarında debüt edən Nataliya Sinişin 1/8 final mərhələsində Rumıniya nümayəndəsi Georgiana Filipa 2:1 hesabı ilə qalib gəldi və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Fransa nümayəndəsi Anna Qomiş oldu. Həmin görüşdə də Nataliya Sinişin rəqibinə qalib gəldi (2:0) və turnirin yarım-final mərhələsinə adladı. Finala gedən yolda isə onun rəqibi Moldova nümayəndəsi Lyudmila Krista oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan və üç hissə davam edən görüşdə Nataliya Sinişin rəqibinə 2:1 hesabı ilə qalib gəldi və Avropa Çempionatının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Rusiya nümayəndəsi Nataliya Qolts oldu. Bu görüşdə Nataliya Sinişin rəqibinə məğlub oldu və Avropa Çempionatının gümüş medalına sahib oldu.

2007-ci ilin əsas turniri isə 16–24 sentyabrda Azərbaycanda şəhərində baş tutan Dünya Çempionatı oldu. 2008-ci il olimpiadasına lisenziya verən Dünya Çempionatında Nataliya Sinişin 1/16 final mərhələsində Cənubi Koreya nümayəndəsi Kim Hi-Yona 2:0 (4:1, 1:0) hesabı ilə qalib gəldi və turnirin 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Rusiya nümayəndəsi Larisa Kanayeva oldu. Həmin görüşdə Nataliya Sinişin rəqibinə 2:0 (4:0, 8:0) hesabı ilə qalib gəldi və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi üç dəfə Dünya Çempionatının qalibi olan Yaponiya nümayəndəsi Ayaxo Şoda oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Nataliya Sinişin rəqibinə 2:1 (0:1, 1:0, 2:0) hesabı ilə qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Fransa nümayəndəsi Adrey Prieto oldu. Gərgin idman mübairizəsi şəraitində baş tutan görüşün birinci dəqiqəsində Nataliya Sinişin rəqibinə məğlub oldu və mübairizəni bürünc medal uğrunda görüşdə davam etdi. Həmin görüşdə onun rəqibi Kolumbiya nümayəndəsi Sandra Roa Velandi oldu. Bu görüşdə Nataliya Sinişin rəqibinə qalib gəldi (4:0, 4:1) və Dünya Çempionatını bürünc medalla başa vurdu.

2008-ci il: Olimpiada da uğursuzluq Nataliya Sinişinin 2008-ci ildə birinci turniri 1–6 apreldə Finlandiyanın Tampere şəhərində baş tutan Avropa Çempionatı oldu. Keçən il Avropa Çempionatının finalçısı olan Nataliya Sinişin 1/8 final mərhələsində Latviya nümayəndəsi Victoriya Grigoryevaya 2:0 hesabı ilə qalib gəldi və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Azərbaycan nümayəndəsi Elvira Mürsəlova oldu. Həmin görüşdə də Nataliya Sinişin rəqibinə məğlub oldu (0:2) və mübarizəsini təsəlliverici qrupda davam etdi. Bu qrupun birinci görüşündə onun rəqibi Polşa nümayəndəsi Aqata Peterzi oldu. Həmin görüşdə Nataliya Sinişin rəqibinə 1:18 dəqiqə ərzində qalib gəldi və bürünc medal uğrunda görüşə vəsiqə qazandı. Həmin görüşdə onun rəqibi Belarus nümayəndəsi Tatyana Boxan oldu. Bu görüşdə Nataliya Sinişin rəqibinə qalib gəldi (2:0) və Avropa Çempionatının bürünc medalına sahib oldu.

2008-ci ilin əsas turniri 8–24 avqustda Çində baş tutan XXIX Yay Olimpiya Oyunları oldu. Avqustun 16-da mübarizə aparan Nataliya Sinişin 1/8 final mərhələsində ABŞ nümayəndəsi Mersi Van Dusen ilə üz-üzə gəldi. Görüşün birinci hissəsində Nataliya Sinişin rəqibinə 4:0 hesabı ilə qalib gəldi. Görüşün növbəti hissəsi isə gərgin idman mübairizəsi şəraitində baş tutdu və nəticədə rəqib son balı qazandığına görə Nataliya Sinişin məğlub oldu (1:1). Üçüncü hissədə isə Mersi Van Dusen Nataliya Sinişina 7:0 hesabı ilə qalib gəldi. Bununla da Nataliya Sinişin olimpiadanı 12-ci pillədə başa vurdu.

2009-cu il: Litvada Avropa çempionluğu Nataliya Sinişinin 2009-cu ildə birinci turniri 31 mart-5 apreldə Litvanın Vilnüs şəhərində baş tutan Avropa Çempionatı oldu. 2007 və 2009-cu illərdə çempionatların gümüş və bürünc medalçısı olan Nataliya Sinişin 1/8 final mərhələsində Polşa nümayəndəsi Silviya Bilensxaya 2:0 hesabı ilə qalib gəldi və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi İtaliya nümayəndəsi Valentina Mincuzzi oldu. Həmin görüşdə də Nataliya Sinişin rəqibinə qalib gəldi (2:0) və turnirin yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Rumıniya nümayəndəsi Ana Mariya Paval oldu. Həmin görüşdə Nataliya Sinişin rəqibinə qalib gəldi və final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə onun rəqibi Belarus nümayəndəsi Alyona Filipava oldu. Bu görüşdə də Nataliya Sinişin rəqibinə qalib gəldi (2:0) və Avropa Çempionatının qalibi oldu.

Dünya Çempionatından əvvəl Nataliya Sinişin iyulda Azərbaycanda baş tutan Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran-Pri beynəlxalq turnirində mübarizə apardı və turniri 8-ci pillədə başa vurdu.

2009-cu ilin əsas turniri 20–28 sentyabrda Herninq şəhərində baş tutan Dünya Çempionatı oldu. Son Dünya Çempionatlarında bürünc medallara sahib olan Nataliya Sinişin bu səfər uğursuzluqla üzləşdi. Nataliya Sinişin 1/16 final mərhələsində Cənubi Koreya nümayəndəsi Um Ci-Una 1:35 dəqiqə ərzində qalib gəldi və 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi beş ay əvvəl Avropa Çempionatında qalib gəldiyi Rumıniya nümayəndəsi Ana Mariya Paval oldu. Görüşün birinci hissəsi gərgin idman mübarizəsi şəraitində baş tutdu, nəticədə son balı qazandığına görə Nataliya Sinişin qalib gəldi (1:1). Görüşün növbəti hissəsində isə Ana Mariya Paval rəqibinə 2:0 hesabı ilə qalib gəldi. Həlledici hissə də gərgin idman mübarizəsi şəraitində baş tutdu, nəticədə Ana Mariya Paval rəqibinə 1:22 dəqiqə ərzində qalib gəldi. Bununla da Nataliya Sinişin Dünya Çempionatında mübarizəsini dayandırdı və turniri 11-ci pillədə başa vurdu.

2010-cu il: Uğursuz mövsüm Nataliya Sinişin 2010-cu ilin yanvarında Rusiyada baş tutan İvan Yarıginin xatirəsinə həsr olunan Qızıl Qran-Pri beynəlxalq turnirində mübarizə apardı və turniri beşinci pillədə başa vurdu.

İlin birinci nüfuzlu turniri isə 12–18 apreldə Azərbaycanda baş tutan Avropa Çempionatı oldu. Son Avropa Çempionatının qalibi olan Nataliya Sinişin bu səfər uğursuzluqla üzləşdi və 1/8 final mərhələsindəcə Rumıniya nümayəndəsi Ana Mariya Pavala gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün nəticəsində məğlub oldu (1:2) və Avropa Çempionatını 10-cu pillədə başa vurdu.

Avropa Çempionatından üç ay sonra Nataliya Sinişin Azərbaycanda baş tutan Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnirdə mübarizə apardı. Bütün rəqibləri üzərində qələbə qazanan Nataliya Sinişin turnirin qalibi oldu.

2010-cu ilin əsas turniri 6–12 sentyabrda Rusiyada baş tutan Dünya Çempionatı oldu. Bu turnirdə də Nataliya Sinişin uğursuzluqla üzləşdi. Nataliya Sinişin 1/16 final mərhələsindəcə İsveç nümayəndəsi Yohanna Mattssona 0:2 (0:1, 0:4) hesabı ilə məğlub oldu və Dünya Çempionatını 22-ci pillədə başa vurdu.

2011-ci il: Tatyana Lazareva ilə rəqabət Nataliya Sinişin 2011-ci ilin yanvarında Rusiyada baş tutan İvan Yarıginin xatirəsinə həsr olunan Qızıl Qran-Pri beynəlxalq turnirində mübarizə apardı və turnirin bürünc medalına sahib oldu.

Apreldə Nataliya Sinişin ilin birinci nüfuzlu turniri hesab olunan Avropa Çempionatında mübarizə aparmadı. Onun əvəzinə turnirdə gənc İrina Xariv mübarizə apardı və nəticədə çempionatı 8-ci pillədə başa vurdu.

Avqustda isə Nataliya Sinişin Azərbaycanda baş tutan Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnirdə mübarizə apardı. Nataliya Sinişin 1/8 final mərhələsində İsveç nümayəndəsi Sofiya Mattssona qalib gəlsə də (2:0), 1/4 final mərhələsində həmyerlisi Tatyana Lazarevaya məğlub oldu (0:2) və turniri 8-ci pillədə başa vurdu.