Xeyirbəyli — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2

Tarixi Rayon mərkəzindən 36 km qərbdə, Araz çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.264

Toponim xeyirbəyli nəsil adı əsasında əmələ gəlib "xeyirbəyli nəslinin yaşadığı kənd" mənasını ifadə edir. Patronim toponimdir. Quruluşca sadə toponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25. V.1967-ci ü fərmanı ilə adı dəyişdirilib Yervandaşat qoyulmuşdur.

Əhalisi Kənddə 1831-ci ildə 301 nəfər, 1873cü ildə 342 nəfər, 1886-cı ildə 379 nəfər, 1897-ci ildə 466 nəfər, 1908-ci ildə 414 nəfər, 1914-cü ildə 438 nəfər, 1916-cı ildə 416 nəfər yalnız azərbaycanlı yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) . Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.62–63, 138–139.

1918-ci ildəkənd erməni təcavüzünə məruz qalaraq sakinləri — azərbaycanlılar deportasiya olunmuş və kəndə ermənilər köçürülmüşdür. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş kənd sakinlərindən sağ qalanlar tarixi-etnik torpaqlarına qayıda bilmişdir.

Burada 1922-ci ildə 334 nəfər azərbaycanlı, 11 r, erməni, 1926-cı ildə 266 nəfər azərbaycanlı, 116 erməni, 1931-ci ildə 327 nəfər azərbaycanlı, 119 erməni yaşamışdır.

SSRİ hökumətinin xüsusi qərarı ilə azərbaycanlılar 1948–49-cu illərdə tarixi-etnik torpaqlarından zorla Azərbaycana köçürülmüşdür. İndi ermənilər yaşayır.

İstinadlar

Kateqoriya:Sərdarabad kəndləri Kateqoriya:Armavir mərzinin yaşayış məntəqələri