Yuxarı Kilsə, Kilsə - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Quqark rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
Tarixi Rayon mərkəzindən 14 km cənub-şərqdə yerləşir.
Toponim cəhət, fərqləndirici əlamət bildirən yuxarı sözü ilə dini mərkəz bildirən kilsə sözündən əmələ gəlmişdir. Kəndin Kilsəsonradan Yuxarı Kilsə-İ.B adlarıdırılması XV yüzillikdə Yuxarı Kilsə kəndində tikilmiş alban kilsəsi ilə bağlıdırErmənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, «Gənclik», 1995. s.317.
Alban kilsəsi 1935-ci ildə dağıdılıb. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Əhalisi Kənddə 1922-ci ildə 96 nəfər, 1926-cı ildə 130 nəfər, 1918-ci ildə 154 nəfərerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) . Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.54-55, 132-133, 1987-ci ildə 575 nəfər azərbaycanlı yaşamışdır.
Kəndin əhalisi 1988-ci ilin noyabr-dekabr aylarında Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından zorla qovulmuşlar. İndi burada ermənilər yaşayır.
İstinadlar
Kateqoriya:Pəmbək kəndləri Kateqoriya:Loru mərzinin yaşayış məntəqələri