Seyid Bağır Kazimi () — İran xarici işlər vəziri.

Həyatı Bağır xan Məhəmməd Kazımi Mötəsimüddövlənin oğludur. Anası şahzadə Əfsər xanım Salurdur. 1891-ci ildə anadan olmuşdu. İranın İraqda, Əfqanıstanda və Osmanlı dövlətlərində səfiri olmuşdu.

Bağır xan Mühasibüddövlə İranın Daxili İşlər, Səhiyyə, Yollar və Xarici İşlər nazirliklərinə başçılıq etmişdi. Məhəmmədəli Müsəddiq dönəmində baş nazirin müavini olmuşdu.

Bağır xan Mühasibüddövlə 1977-ci ildə vəfat edib.

Ailəsi Bağır xan Mühasibüddövlə şahzadə Eynülmülk xanım Salurla ailə qurmuşdu.

Mənbə Ənvər Çingizoğlu, Qacarlar dövrünün diplomatları, Bakı, "Mütərcim", 2012. 334 səh.

Həmçinin bax İran Xarici İşlər nazirləri

Xarici keçidlər

Kateqoriya:İran diplomatları Kateqoriya:Tehranda vəfat edənlər Kateqoriya:İranın Türkiyədəki səfirləri Kateqoriya:İranın xarici işlər nazirləri Kateqoriya:XX əsr İran siyasətçiləri Kateqoriya:İran şəxsləri Kateqoriya:Farslar