Qaraqala — İrəvan əyalətinin, Dərəçiçək nahiyəsində, İrəvan xanlığının, Dərəçiçək mahalıda, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, Ermənistan SSR, Razdan rayonunda, indiki Ermənistan Respublikası Kotayk mərzində kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2

Tarixi Misxana (Marmarik) çayının sahilində, Tayçarıx kəndinin yaxınlığında yerləşirdi. "İrəvan əyalətinin icmal dəftəri"ndəİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.81 qeyd edilmişdir.1728-ci ildən mə'lumdur.

Toponimi Toponim rəng bildirən qara sözü ilə qala sözünün birləşməsindən əmələ gəlmişdir. Kənd ərazidəki qara daşlardan tikilmiş qalanın yanında salındığı üçün Qaraqala adlandırılmışdır. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.

Əhalisi Kənddə 1831-ci ildə 76 nəfər, 1873-cü ildə 140 nəfər, 1886-cı ildə 227 nəfər, 1897-ci ildə 261 nəfər, 1908-ci ildə 290 nəfər, 1914-cü ildə 413 nəfər, 1916-cı ildə 247 nəfər azərbaycanlı yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) . Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.16–17, 102–103. 1918-ci ildə azərbaycanlılar qırğınlarla ermənilər tərəfindən qovulmuşlar. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılardan sağ qalanlar doğma kəndlərinə qayıda bilmişdir. Kənddə 1922-ci ildə 83 nəfər, 1926-cı ildə 132 nəfər, 1931-ci ildə 193 nəfər azərbaycanlı yaşamışdır. 1948–49-cu illərdə SSRİ Nazirlər Sovetinin xüsusi qərarına əsasən azərbaycanlılar zorla Azərbaycana köçürülmüş, tarixi-etnik torpaqlarından deportasiya olunaraq kənd ləğv edilmişdir. İndi xaraba kənddir. İkinci Dünya müharibəsindən sonra Razdan çayının üstündə su anbarının tikilməsi ilə əlaqədar olaraq kənd ləğv edilmişdir.

İstinadlar

Kateqoriya:Dərəçiçək kəndləri Kateqoriya:Ermənistanın ləğv olunmuş kəndləri Kateqoriya:Kotayk mərzinin yaşayış məntəqələri