Çeçersk ()- Belarusun Qomel vilayətində yerləşən şəhər. Çeçersk rayonunun mərkəzi şəhəridir. Çernobıl faciəsindən sonra radiasiyanın bir hissəsi bu şəhərə də yayılmışdır. Hal-hazırda şəhər ağır şəkildə çirklənmiş bir ərazidə yerləşmişdir.
Yerləşdiyi ərazi Şəhər Qomel çayının qollarından olan Çeçora və Soj çaylarından 67 km şimalda yerləşmişdir.
Əhalisi 2005-ci ildə 7600, 2013-cü ildə 8060, 2014-cü ildə 8086, 2015-ci ildə isə 8109 nəfərə bərabər olmuşdur.
Tarixi Çeçersk şəhəri XII əsrdə yaradılmışdır. Bu şəhər haqqında ilk məlumatlatlar 1159-cu ilə aiddir. Həmin mənbədə şəhərin adı Radimiçi Çeçersk kimi çəkilmişdir.
XIX əsrin ortalarına qədər (həmin vaxt Böyük Litva knyazlığına daxil idi) Çerniqov knyazlığının bir hissəsi olmuşdur.
1772-ci ilə kim Çeçersk adlanan yer Çeçerk vilayətinin mərkəzi olmuşdur ki, həmin dövrdə vilayət də Böyük Litva knyazlığının tabeliyində idi. 1772-ci ildə əvvəlcə Roqaçev rayonunun mərkəzi oldu, daha sonra isə mahalın kilsə mərkəzi kimi Rusiyanın bir hissəsi oldu.
1772-ci ildən sonra Çeçersk şəhəri Rusiyanın tabeliyinə keçdi. Şəhərin idarə olunması rus kraliçası Yekaterina tərəfindən rus general-qubernatoru Zaxar Çernişyova həvalə olundu. Şəhər klassik üslubda yenidən tikildi. Çernişov və onun varisləri tərəfindən şəhərdə şəhər zalı və üç kilsə tikilmişdir.
Qalereya
İstinadlar
Xarici keçidlər Чечерский районный исполнительный комитет Золотое кольцо гомельщины / Чечерск
Kateqoriya:Belarus şəhərləri Kateqoriya:Radimiçlər Kateqoriya:Belarusda Holokost yerləri