Rava adası ()- Adriatik dənizinin Xorvatiya ərazisində yerləşən adadır. Xorvatiyanın Zadar şəhərinin tərkib hissəsidir. Adanın sahəsi- 3,63 km², sahil xəttinin uzunluğu isə 15995 kilometrdir.

Coğrafi mövqeyi thumb|left|200px|Rava adasının körfəzlərinin sxemi Ada Zadarskom arxipelaqına daxildir. Ada İj və Duqi-Otok adalarının arasında yerləşmişdir. Sahillərini İj və Ravs boğazları yuyur. Adanın sahil xətti girintili-çıxıntılıdır. Adada 15 körfəz yerləşmişdir: Тanko Valişina İvanoşeviça Pavaysko Pestexovaç Drajiçe Qolubovaç Martiniça Qrbavaç Qrbaçina Marniça (Mariniça) Paladiniça (Paladniça) Biçabok Lokvina Za Qrbiçu.

İqlimi Adada isti quru yay və yumşaq yağışlı qış, Aralıq iqlimi üstünlük təşkil edir. Orta illik temperatur -15 °C-dir.

Ən soyuq ay yanvar ayıdır. (orta temperatur — 7 °C) Ən isti ay isə iyul ayıdır. (orta temperatur — 23,5 °С) Orta illik yağıntı miqdarı - təxminən 900 mm-dir. Yağıntılar əsasən yağış formasında tökülür. Yağıntının əsas hissəsi qış ayında yağır.

Bitkilər aləmi Aralıq dənizinin yumşaq iqlimi Aralıq dənizi bitkilərinin bitməsinə şərait yaradır: Buraya zeytun ağaclıqları və üzüm bağları daxildir. Xırda yarpaqcıqlarla örtülmüş kiçik ölçülü ağaclar üstünlük təşkil edir. Palıd, kollar, şişuclu, böyürtkən və qulançar üstünlük təşkil edir. Son illərdə şam ağaclarının artımı müşahidə olunur. Mədəni bitkilər arasında zeytun və üzümdən başqa, əncir, badam, nar, portağal, limon, naringi və qoz geniş yayılmışdır.

Su təminatı Nisbətən böyük miqdarda yağıntının yağmasına baxmayaraq, Rava adasında göl yoxdur. Buna görə də, yağış yağan zaman əhali suyu yığıb saxlayır. Quraqlıq zamanı isə bu sudan istifadə edir.

Əhalisi Rava adasında iki yaşayış məntəqəsi yerləşmişdir: Rava və Kiçik Rava

XX əsrin ortasından başlayaraq adanın əhalisi stabil olaraq azalır. 2001-ci il məlumatlarına görə adada 98 nəfər məskunlaşıb. Əhalinin əsas hissəsini xorvatlar təşkil edir. Cədvəldə Rava adasının 1857-ci ildən 2001-ci ilə qədər əhali sxemi təsvir edilmişdir.

İllər üzrə Rava adasının əhalisi 1857 1869 1880 1890 1900 1910 1921 1931 1948 1953 1961 1971 1981 1991 2001 173 219 247 335 400 400 491 375 411 371 305 234 147 120 98

İstinadlar

Kateqoriya:Adriatik dənizi adaları