Bardaça gölü () — Göl və bataqlıqlardan ibarət olan su sistemi Bosniya və Herseqovinanın tərkibinə daxil olan Bosniya Serb Respublikasının şimalında qərarlaşır. Bu su kompleksinə su basmış quru sahələri və meşə sahələri daxildir.
Xüsusiyyəti Göl təqribi olaraq Banya-Lukadan 30 kilometr aralıda yerləşir. Gölün uzunluğu 5,5 km, eni 1,7 km, maksimal dərinliyi 2,5 metrdir. Gölün ümumi sahəsi 7,32 km²-dir. Göl və ətrafında yerləşən bataqlıqlar qorunan təbiət abidəsi elan edilmişdir. Göl dəniz səviyyəsindən 100 metr yüksəklikdə qərarlaşır.
Gölün yerləşdiyi rayon ərazisindən üç çay axır: Matura, Stublaya və Brzaya. Bu üç çay naviqasiya üçün yararlı deyil. Bununla belə bu çaylar göllər kompleksinin qidalanmasında mühüm yer tutur.
Göl ətrafında bir sıra iri şəhərlər vardır: Qradişka — 25 km, Laktaşı — 30 km, Banya-Luka — 45 km. Gölün 20 km yaxınlığında magestral şose yolu keçir. 30 km aralıda isə Maxovlyani aeroportu yerləşir.
Göllər rigth|thumb| Bardaça gölü Komkleksin tərkibinə ölçülərinə görə müxtəlif göllər daxildir: Göl Sahəsi Preslaka 160 ha Luq 72 ha Rakitovas 80 ha Sinak 60 ha Nesik 40 ha Mali Daykovas 15 ha Brzayski 10 ha Veliki Daykovas 20 ha Duqo Pole 1 128 ha Duqo Pole 2 110 ha
Ekosistem Gölün bataqlıqlaşmış sahələrində 280 növ bitki, 178 növ quş və 26 növ balıq yaşayır. Göldə çoxlu sayda quşların yaşamasının müxtəlif səbəbi vardır. Yırtıcı heyvanlardan qorunmaları üçün əlverimli şərait vardır. Quşların bir qismi burada yuva quraraq bala çıxarır bir qismi isə qışlayır. Göl kənarında Qağayı, və s quşlara rast gəlmək olar. с V т е
Mənbə Агенција Републике Српске за воде обласног ријечног слива Саве: Језера у Републици Српској Хидрометеоролошки завод Републике Српске: Језера у Републици Српској Званични сајт Спортско рекреативног центра "Бардача" www.ramsar.org
İstinadlar
Kateqoriya:Bosniya və Herseqovina gölləri Kateqoriya:Kateqoriya BTMİ III