Azərbaycan SSR-də sənayeləşdirmə xətti — Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra həyata keçirilən sosialistcəsinə yenidənqurma siyasətinin əsas istiqamətlərindən biri.
Azərbaycan SSR-də sənayeləşdirmə xəttinin həyata keçirilməsi zərurəti 1925-ci ilin sonlarına yaxın müttəfiq respublikalarda, o cümlədən Azərbaycan SSR-də əsasən Birinci Dünya müharibəsindən əvvəlki səviyyə bərpa olundu. Yeni iqtisadi siyasət azad iqtisadiyyatın, işgüzarlığın və təsərrüfat təşəbbüskarlığının inkişafına şərait yaratdı. Buna baxmayaraq, ölkə texniki və iqtisadi cəhətcə olduqca geri qalırdı. Sənayenin müasir sahələrini yaratmaq, ölkənin elmi-texniki potensialını yüksəltmək lazım idi. Beləliklə, ölkənin sənayeləşdirilməsini inkişaf etdirmək zəruriyyəti meydana çıxmışdı. Cəmiyyətin ictimai-iqtisadi, maddi həyatının obyektiv tələblərinə uyğun yeniləşdirilməsi zərurəti ilə əlaqədar olaraq, 1925-ci ilin dekabrında ÜK(b)P XIV qurultayı SSRİ-də sənayeləşdirmə xəttini götürdü. Lakin bunun üçün öz yığımı olmayan ölkə "sosialist sənayeləşdirməsinə" iqtisadiyyatı inzibati-amirlik yolu ilə nizamlamaq, kəndi istismar etmək, fəhlə əksəriyyətinin "inqilaba və sosializmə" hədsiz inamı və ruh yüksəkliyi hesabına gedirdi.
Sənayeləşdirmənin başlanması Sənayeləşdirmə bütün xalq təsərrüfatının "sosialistcəsinə" yenidən qurulması, fəhlə sinfinin artmasına şərait yaranması, onun zəhmətkeş kəndlilərlə ittifaqının möhkəmlənməsi və şəhərlə kəndin istehsal əlaqəsi üçün əsas açar hesab olunurdu.
Bütün müttəfiq respublikalarda yeni sənaye müəssisələrinin tikintisinə başlandı. Sosialist sənayesinin yeni nəhəngləri, Dnepr su-elektrik stansiyası, qüdrətli maşınqayırma və avtomobil zavodları, Türküstan-Sibir dəmir yolu ("Türksib") və s. meydana çıxdı.
Sənayeləşdirmə, keçmiş çar Rusiyasının müstəmləkələri olmuş digər milli respublikalarda olduğu kimi, Azərbaycanda da iqtisadi-texniki geriliyi aradan qaldırmaqda həlledici rol oynamalı idi.
Neft sənayesinin inkişafı Bir çox sənaye sahələrinin tam bərpası əslində 1927-ci ilə qədər uzanır və onlarla yanaşı, yeni sənaye müəssisələri, ilk növbədə neft sənayesi müəssisələri yaradılması prosesi gedirdi.
Neft sənayesinin sonrakı inkişafı üçün Azərneftin yanında ilk dəfə geoloji-kəşfiyyat bürosu yaradıldı. Neftli sahələrin ardıcıl olaraq öyrənilməsinə başlandı. Balaxanı-Sabunçu rayonunda kəşfıyyat quyuları qazmaqla Kirməki və Kirməkialtı laylarda zəngin neft yataqları aşkar edildi. Yeni neft yataqlarının mənimsənilməsinə başlandı. Təcrübəli fəhlələrin təşəbbüsü ilə (buruq ustası İsazadə və N. Buniyadov)Киров СМ. Избранные статьи и речи (1912–1934). М., 1957 Balaxanı-Sabunçu rayonunda, "Saldat bazarı" adlanan yerdə ilk sovet mədəni yaradıldı. Onun yaradılmasında buruq ustaları A. Səlimov və Q. Səlimov, dartayçılar Seyfulla Oruc və İsmayıl Əli və b. fərqləndilər. Əgər 1922-ci ilin mayında birinci sovet mədənində cəmisi iki neft quyusu vardısa və ayda 15 min pud neft verirdisə, üç ildən sonra onlar 66 olub, 1,5 milyon pud neft verirdi.Обзор Азербайджанской нефтяной промышленности за пять лет национализации 1920–1925 гг. Баку, 1925, səh. 34
Hələ 1922-ci ildə Bibiheybət buxtasında dənizdən fəth edilmiş sahədə yeni mədən-"İliç buxtası"nı yaratmaq üçün başlanmış iş daha da sürətləndi. 1923-cü ilin mayında orada ayda 49 min pud neft verən iki neft buruğu var idisə, 1925-ci ilin mayında hasilatı 912 min pud neft olan 19 quyu işləyirdi. Beləliklə, Bakı ətrafında yeni neft buruqları meşəsi salınmağa başladı.
1926-cı il fevralın 3-də Q. Musabəyov (sədr), H. Sultanov, D. Bünyadzadə və başqalarından ibarət respublikanın sənayeləşdirilməsi komissiyası yaradıldı.Azərbaycan Respublikası Dövlət Siyasi Partiyalar və Ictimai Hərəkatlar Arxivi, f. 1, s. 74, i. 156, v. 1, 11. Komissiyanın yanında xammal və fəhlə qüvvəsi, sənaye, elektrik stansiyaları və sairənin təşkili şöbələri yaradıldı. Komissiyaya təcili surətdə sənayeləşdirmə planı hazırlamaq tapşırıldı. 1926-cı ilin mayında Azərbaycan SSR-in sənayeləşdirilməsinin beşillik inkişaf proqramı məsələsi AK(b)P MK plenumunda müzakirə edildi. Həmin planda, hər şeydən əvvəl, neft sənayesinin gələcəkdə daha güclü inkişafı və texniki cəhətcə yenidən qurulmasının başa çatdırılması, eləcə də yeni toxuculuq kimya və sənayenin başqa sahələri üzrə yeni müəssisələrin tikilməsi nəzərdə tutulurdu. Azərbaycan qəzalarında yeni sənaye ocaqlarının yaradılmasına xüsusi əhəmiyyət verilirdi. Onlar gələcəkdə Azərbaycanın simasını dəyişdirməli və onu qabaqcıl sənaye respublikasına çevirməli idi.
1926-cı ilin sentyabrında Azərbaycan MİK-nin IV sessiyası Gəncədə yeni güclü toxuculuq fabrikinin, Zurnabadda su-elektrik stansiyasının və yeni suvarma kanallarının tikilməsini nəzərdə tutan inkişaf planını təsdiq etdi.Azərbaycan Respublikası Dövlət Arxivi (bundan sonra — ARDA), f. 379, s. 16, i. 49, v. 140–141. Sessiya hökumətə respublikanın elektrikləşdirilməsi planını hazırlamağı tapşırdı.
Azərbaycanın sənayeləşdirilməsinin özünəməxsusluğu ondan ibarət idi ki, burada onun əsas və aparıcı sahəsi tarixən yaradılmış neft sənayesi idi. Əsas sərəncam verən Mərkəz Azərbaycanda "qara qızıl" çıxarılması sürətinin artırılmasında daha çox maraqlı idi. Çünki neft sənayesi Sovet İttifaqının sosialist sənayeləşdirilməsi planının ən mühüm tərkib hissəsi idi. O, ölkənin xalq təsərrüfatının bütövlükdə inkişafı üçün həlledici əhəmiyyətə malik olub, iqtisadi cəhətcə xeyirli və effektli idi. Buna görə də sənayeləşdirmənin ilk illərində əsas diqqət Azərbaycanda neft sahəsinin inkişafına verilmişdi. Digər tərəfdən bu onunla əlaqədar idi ki, ölkənin eyni zamanda bütün sənaye sahələrini inkişaf etdirmək üçün kifayət qədər vəsait yox idi, ona görə də ən tez gəlir verən sahələrə seçmək lazım gəlirdi.
Beləliklə, Azərbaycan qəzalarının sənayeləşdirilməsi məhdud idi və ləng gedirdi. Sənayenin inkişafında respublikanın mərkəzi ilə rayonları arasında ənənəvi uyğunsuzluq hələ də qalmaqda idi.
Azərbaycan neftinin Ümumittifaq, "beynəlmiləl" əhəmiyyətini daim vurğulayan sovet hökuməti, ilk növbədə neft sənayesini maliyyələşdirirdi. Sənaye cəhətdən geri qalmış Azərbaycan qəzaları onu maraqlandırmırdı. 1926/27-ci ildə SSRİ neft sənayesi üçün nəzərdə tutulmuş 150,5 milyon manat ümumi məbləğin yarıdan çoxu (83 milyon man.) SSRİ Əmək və Müdafiə Şurasının 24 dekabr 1926-cı il tarixli qərarı ilə Azərneft üçün ayrıldı.
Neft sənayesini yeni sahələrdə neft yataqları ilə təmin etmək üçün Abşeronun müxtəlif yerlərində — Zığda, Qaradağda, Putada kəşfiyyat quyularının qazılması genişləndirildi.Azərbaycan Respublikası Dövlət Arxivi (bundan sonra — ARDA), f. 2, s. 22, i. 22, v. 1 Artıq 1926-cı ildə Putada, 1928-ci ildə isə Neftçalada ilk qıryu istismara buraxıldı. 1928-ci ildə isə Qaraçuxurda birinci neft quyusu qazılmışdı.
Azərneftin yeni neft emalı müəssisələri yaradılırdı. 1926-cı ildə Bakıda ilk krekinq zavodun tikintisinə başlandı, 1927-ci ildə Vano Sturua adına neftayırma zavodu (indiki Azərbaycan Neft-Yağ İstehsalı Birliyi), yeni borulu ağ neft-benzin zavodu, Zığda karbid zavodu istismara verildi.Газета "Бакинский рабочий", 19, 28 августа 1924 г.
Neft sənayesinin istehsal bazasının yenidən qurularaq fırlama üsulu ilə quyu qazımağa keçilməsi, neftin qapalı, dərinlik nasosları ilə çıxarılması müxtəlif sənaye avadanlıqlarına böyük tələbat yaratdı. Ağır sənayenin mühüm sahələrindən biri olan maşınqayırmanı texniki cəhətcə yenidən qurmaq tələbi meydana çıxdı. Respublikanın L. Şmidt (indiki Səttərxan), Dzerjinski (indiki Suraxanı maşınqayırma zavodu), "Bakı fəhləsi" adına əsasən neft avadanlıqları hazırlayan maşınqayırma müəssisələri xeyli müvəffəqiyyət qazandılar. Onlar texnikanın yenilikləri ilə təchiz olunmuş güclü dəzgahlar və aqreqatlara malik idi. Levinson və Xatisov zavodları əsasında yaradılmış L. Şmidt adına zavodda on tonluq marten sobası 1924-cü ildə işə salındı. Alət və prokat sexləri yenidən quruldu. Fəhlələrin sayı 1920-ci ildə 30 nəfərdən, beş ilə 1172-yə çatdı.15 лет нефтяной промышленности Советского Азербайджана (1920–1935 гг.). Краткий стат. справочник, стр. 14, 63.
Zavod fırlama-qazıma dəzgahları və dərinlik nasosları istehsalına yiyələndi. 1923-cü ildə SSRI-də ilk dəfə burada bucurqad (ağırlıq qaldıran mexanizm) hazırlandı.С. М. Лисичкин. Очерки развития нефтедобывающей промышленности СССР. М., 1958, 1924-cü ildə ölkədə ilk dəfə dərinlik nasosları buraxıldı və onların ardıcıl istehsalına başlandı. Bunun zavoddakı bir günlük istehsal həcmi 1925-ci ilin avqustunda 8–10 ədədə çatdırıldı, 1927-ci ildə isə burada SSRİ-də ilk poladəridən qövsvari elektrik sobası işləməyə başladı.
1926-cı ildə Suraxanıda işə düşənА. Амиров. Прогресс индустрии. Баку, 1970 Dzerjinski adına mexaniki zavod (indiki Suraxanı maşınqayırma zavodu) sovet mühəndislərinin yaratdığı yeni dərinlik nasosu buraxmağa başladı.Обзор Азербайджанской нефтяной промышленности за пять лет национализации 1920–1925 гг. Баку, 1925
Bu nailiyyətlərin nəticəsində xaricdən gətirilən neft sənayesi avadanlığının xüsusi çəkisi xeyli azaldı. Əgər 1924-cü ilin mayında Bakının bütün neft sənayesi avadanlığının 54 faizi xaricdən gətirilirdisə, 1927-ci ildə bu, 27 faizə endi, qalan 73 faizi isə SSRİ-nin neft avadanlığı istehsal edən zavodlarından gətirilirdi. Bunun 33 faizi Bakı neft maşınqayırma müəssisələrinin payına düşürdü.Н. И. Николаевский. Вопросы экономики нефтяной промышленности СССР. Исторический очерк. М., 1938, Bakı maşınqayıranlarının fədakar əməyi artıq 1929-cu ildə dərinlik nasoslarının xaricdən gətirilməsinə son qoydu.Azərbaycan Respublikası Dövlət Arxivi (bundan sonra — ARDA), f. 1393, s. l, i. 658, v. 436
Elektrikləşdirmə xətti Elektrikləşdirmə sahəsində də yeni işlər görülürdü. 1923–1924-cü illərdə Gəncədə, Qubada, Zaqatalada yeni elektrik stansiyaları işə salınmışdı.Газета "Заря Востока", 26 июля 1923 г. Naxçıvanda, Göyçayda, Xankəndidə isə onların tikilməsinə başlanmırdı.Краткий обзор материалов к докладу Закавказского правительства Зак. ЦИК VIII созыва. Тифлис, 1926, O zaman qəzalarda artıq 11 elektrik stansiyası var idi. 1924-cü ilin iyununda, hətta Zaqatala qəzasının Qax kəndində də xüsusi elektrik stansiyası işə düşdü və o, Azərbaycanda elektrikləşdirilmiş ilk kənd oldu. İlk elektrik işığı 1922-ci il sentyabrın 15-də Qazaxda, dörd aydan sonra isə Ağdaşda yandı.. Газета "Бакинский рабочий", 15 июня 1924 1924–1927-ci illərdə Şuşa, Lənkəran, Naxçıvan, Nuxa və digər yerlərdə 19 elektrik stansiyası tikilmiş və yenidən bərpa olunmuşdu.Sovet Azərbaycanının iqtisadiyyatı sosializmin əsaslarının qurulması dövründə, səh. 100;S. B. Quliyev, Q. Ə. Mədətov, A. A. Nadirov. Sovet Naxçıvanı, Bakı, 1984, səh. 60.
Sənayenin digər sahələrinin texniki cəhətdən yenidən qurulması Azərbaycan SSR AXTŞ-yə tabe olan sənayedə də texniki cəhətdən yenidənqurma prosesi gedirdi. Buna səbəb respublika sənayesinin inkişafı üçün kapital qoyuluşunun artması idi. 1926/27-ci ildə ona qoyulan xərclər 631,1 min manatdan 7 milyon 370 min manata qalxmışdı.С. Р. Асланов. В борьбе за Ленинский план индустриализации, Баку, 1965, Həmin ildə sənayenin digər sahələrini də inkişaf etdirmək planına başlanılmışdı. 1926-cı il oktyabrın 20-də AK(b)P MK-sı sənayeləşdirmə üzrə komissiyanın bu sahədə əməli təkliflərini təsdiq etdi. Azərbaycan SSR AXTŞ-yə Gəncə toxuculuq fabrikinin tikintisini başa çatdırmaq, elektrik, baramaaçan və balıqçılıq sahələrinin inkişafını təmin etdirmək tapşırığı verildi.Azərbaycan Respublikası Dövlət Siyasi Partiyalar və Ictimai Hərəkatlar Arxivi, f. 1, s. 74, i. 197, v. 62–73