Mahir Mahir oğlu Emreli (əvvəlki adı Mahir Anar oğlu Mədətov; ) — azərbaycanlı futbolçu. Almaniyanın "Kayzerslautern" klubunda (hazırda icarə əsasında Polşanın Rakuv klubunda) və Azərbaycan milli futbol komandasında hücumçu mövqeyində çıxış edir. "Bakı" Futbol Klubunun yetirməsi olan Emreli, uzun müddət klubun aşağı yaş qruplarında və əvəzedici heyətində oynayıb. 2015-2021-ci illərdə "Qarabağ"da çıxış edən futbolçu, 5 dəfə Azərbaycan Premyer Liqasının və 2 dəfə isə Azərbaycan Kubokunun qalibi olub.
Həyatı Mahir Emreli 1 iyul 1997-ci ildə Rusiyanın Tver şəhərində anadan olub. Orta təhsilini 47 nömrəli tam orta məktəbdə tamamlamışdır. Futbola 2007-ci ildə 10 yaşında Bakı Futbol Klubunda başlamış, 2014-cü ilə qədər də Bakı FK-nın müxtəlif yaş qruplarında və əsas heyətində oynamışdır. Aşağı yaş qruplarında oynayarkən Bakı FK-nın Atletiko Madrid və Lans klubları ilə əməkdaşlıqları çərçivəsində bu klubların futbol akademiyalarında olmuş və məşqlərdə iştirak etmişdir.
Klub karyerası
Bakı FK 2014/15 mövsümünü "Bakı"nın heyətində çıxış edib. Daha əvvəllər Bakı klubunun aşağı yaş qruplarında çıxış etsədə peşəkar olaraq 2014-cü ildən əsas heyətdə oynamağa başlayıb. Bakı klubunun əsas komandasında debüt oyunu 27 sentyabr 2014-cü il Premyer Liqada Araz Naxçıvanla oyuna təsadüf edib. Əsas heyətdə cəmi 19 oyun keçirib və 1 qol vurub. Bakı klubunda yarımmüdafiəçi mövqeyində oynayıb.
Qarabağ FK Bakı klubunda və 19 yaşlılardan ibarət milli komandanın heyətində "Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnir"də sərgilədiyi oyunla Qarabağ klubunun məşqçilər heyətinin xüsusilə də Qurban Qurbanovun diqqətini cəlb edən Mahir Emreli 2015-ci ildə Qarabağ klubuna transfer olunub. İlk oyunlarda ehtiyatda qalan Mahir daha sonra əsas heyətdə meydana çıxmağa başlayıb və Qarabağın heyətində rəsmi görüşlərdə debüt oyunu 23 avqust 2015-ci il tarixində Azal ilə Premyer Liqa oyununa təsadüf edib. Meydana çıxdığı ilk oyundaca rəqib qapısına yol tapmağı bacarıb. Bakı klubunda daha çox yarımmüdafiəçi mövqeyində çıxış edən futbolçu Qarabağda Qurban Qurbanov tərəfindən hücumçu mövqeyində oynadılır.
Mahir Emreli "Qarabağ" klubunun "Arsenal" klubuna qarşı keçirtdiyi və Azərbaycan milli futbol komandasının Malta milli futbol komandasına qarşı keçirtdiyi matçda qol epizodlarından yararlana bilmədiyi üçün hər iki matçda azərkeşlər tərəfindən fitə basılmışdır. O, Azərbaycan Premyer Liqasının 2017/2018 mövsümündə çox təriflənsə də növbəti mövsümdən bəri azərkeşlərin sərt tənqidlərinə məruz qalır. "1news.az" saytının redaktoru Emrelinin "yay fasiləsindən sonra sanki şişdi"yini bildirib. Onun fikrinə görə, Emreli 2018/2019 mövsümündə "irəli addım atmaq əvəzinə tələbkarlığı azaltdı".
Legiya Varşava FK 2021-ci ilin yayında Emreli Polşanın "Legiya" klubuna azad agent kimi keçib. Mahir Emreli "Legiya" ilə 3 illik müqavilə imzalayıb. Qeyri-rəsmi xəbərə görə, Emreli Legiyada ilinə 300 min avro maaş alırdı. 2021–2022 mövsümünün başlanğıcında ilk 18 oyunda 10 qol vuraraq Varşava klubundakı uğurlu oyununa görə Emrelinin transfer qiyməti 1 milyon 200 min avro məbləğində artaraq 2 milyon avroya çatıb. Nəticədə M.Emreli Polşa Liqasının ən bahalı oyunçuları sırasında 10-cu pillədə yer alıb. Ümumilikdə, M.Emreli 2021/2022 mövsümünün ilk yarısına aid statistik göstəricilərinə görə Varşava təmsilçisinin ən yaxşı oyunçusu olub. O, həmin dövrdə bütün turnirlər daxil olmaqla, 11 qol vurub və 2 qolun ötürməsini verib. Mahir klubda bu mövsüm ən çox qol vuran futbolçu olub.
Lakin "Legiya" fanatları Ekstraklasanın 18-ci turunda "Visla"ya 0:1 hesablı məğlubiyyətdən sonra komandanın futbolçularına hücum edib. Nəticədə Mahir Emreli başından xəsarət alıb. O, hadisədən sonra Varşava təmsilçisində oyuna və məşqlərə çıxmır. ABŞ-dən hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib və belə bir addımı atmasında "Legiya"nı günahlandırıb. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.
Dinamo Zaqreb FK Polşa "Legiya"sı ilə müqaviləsini qarşılıqlı razılaşma ilə pozan forvard 2022-ci ilin fevral ayında Xorvatiyanın Dinamo Zaqreb klubu ilə 4,5 illik sözləşmə imzalayıb. Yeni klubunda onun illik maaşı 500 min avro razılaşdırılıb.Mahir Emreli "Dinamo"da bu qədər maaş alacaq Dinamoda əsas heyətə düşməkdə çətinlik çəkən Mahir 2023-cü ilin fevral ayında icarə əsasında Türkiyə Premyer Liqasında oynayan "Konyaspor" klubuna keçib.
Nürnberq FK Dinamonun əsas heyətinə düşməkdə çətinlik çəkməyə davam edən Mahir Emreli nəhayət 2024-cü ilin avqust ayında Almaniyanın Bundesliqa 2 liqasında iştirak edən Nürnberq klubuna keçib. Mahir Emreli 2-ci bundesliqa oyunlarının birində topu 118,1 km/saat sürətlə vurmaqla mövsümün ilk yarısında "Nürnberq" futbolçuları arasında ən yüksək göstəriciyə sahib olub. Emreli həmçinin 2024-cü ildə Azərbaycanda ilin ən yaxşı futbolçusu sorğusunda 3-cü yeri tutub.
Kayzerlautern FK 2025-ci ilin iyun ayında Nürnberq klubu ilə müqaviləsi başa çatan Emreli həmin klubla müqaviləsini uzatmadı və Almaniyanın Bundesliqa 2 liqasında iştirak edən başqa klub Kayzerlautern ilə razılaşaraq 3 illik müqavilə imzaladı. 2026-cı ilin iyul ayında Ekstraklasa təmsilçisi “Rakuv” klubu M.Emrelini 1 illik icarəyə götürüb. Çenstoxova şəhərinin klubu həmçinin mövsümün sonunda M.Emrelini almaq hüququna malikdir.
Statistika Mənbə: KlubÇempionatMövsümLiqaKubokAvropaCƏMİOyunQolOyunQolOyunQolOyunQolBakıAzərbaycan Çempionatı2014/151703100201Qarabağ AğdamAzərbaycan Çempionatı2015/1616751102282016/1721353603162017/18248201113792018/1927164014045162019/201672112230102020/21221832623122Cəmi1265921750521672 Legiya Varşava Ekstraklasa2021/22152311473311Dinamo ZaqrebFutbol üzrə Xorvatiya çempionatı2021/228200201022022/2310300301332023/241441190245Cəmi329111404710Konyaspor (icarə)Super Liqa (Türkiyə)2022/231220000122NürnberqBundesliqa 22024/25241011002511KayzerslauternBundesliqa 22025/261211100132Karyerası Cəmi2388330127812346108
Milli komanda karyerası UEFA yarışlarında milli komanda səviyyəsində debüt oyunu 19 oktyabr 2012-ci iidə 17 yaşlılardan ibarət millimizin İspaniya ilə oyununda qeydə alınıb.
Bakı klubunda göstərdiyi oyunla 19 yaşlılardan ibarət millinin baş məşqçisi Nikolay Adamın diqqətini cəlb edən Mahir Emreli 24 iyul 2014-cü ildə milliyə dəvət olunur. U19 Azərbaycan millisinin heyətində 2014 və 2015-ci illər Avropa Çempionatı Seçmə mərhələsində, 2014-cü ildə Avropa Çempionatı Elit Roundda həmçinin Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə çıxış edib. Mahir Emrelinin U19 millisinin heyətində ilk rəsmi debüt oyunu 10 noyabr 2014-cü il Macarıstanla oyunda qeydə alınıb. 2014-cü il Avropa Çempionatı Seçmə Mərhələsində U19 Azərbaycan millisi Slovakiyanın ardından qrupda 2-ci yerə sahib olaraq elit round mərhələsinə vəsiqə qazanır. Bu seçmə mərhələdə bütün oyunlarda meydanda olan Mahir Emreli 1 qol vurmağa da müvəffəq olur. Elit round mərhələsində isə bütün oyunlarda millimizi meydana kapitan sarğısı ilə çıxardır.
Mahir Emrelinin ulduzu Valentin Qranatkin Beynəlxalq Turnirində parlamağa başlayır. Bu turnirdə özünü yaxşı tərəfdən göstərir. 6 oyunda 2 qol vurmağı bacarır və sürəti, texnikası ilə bir çox klubların maraq dairəsinə düşür.
2015-ci ildə Qarabağa transfer olunduqdan sonra öz parlaq çıxışını davam etdirən Mahir bu dəfə 21 yaşlılardan ibarət Azərbaycan milli komandasına dəvət olunur. U21 millisinin heyətində debüt oyunu 24 mart 2016-cı ildə Avropa Çempionatı 2017 Seçmə mərhələsi çərçivəsində Rusiyalı həmyaşıdları ilə oyuna təsadüf edir. Mahir Emreli U21 millisinin heyətində də elə ilk oyununda qol vurmağı bacarır.
Mahir Emreli hazırda Azərbaycan millisinin əsas heyətində çıxışını davam etdirir.
MilliTurnirMövsümOyunQolAzərbaycan U19Avropa Çempionatı Seçmə Mərhələsi 20142014/1531Avropa Çempionatı Elit Round2015/1630Valentin Qranatkin Beynəlxalq Turniri2014/1552Avropa Çempionatı Seçmə Mərhələsi 20152015/1620Azərbaycan U21Avropa Çempionatı Seçmə Mərhələsi 20172016/1722Azərbaycan U23İslam Həmrəyliyi Oyunları 2017201752Azərbaycan milli futbol komandası201730Azərbaycan milli futbol komandası2018102Azərbaycan milli futbol komandası201962Azərbaycan milli futbol komandası202040Azərbaycan milli futbol komandası202190Azərbaycan milli futbol komandası202271Azərbaycan milli futbol komandası202370Azərbaycan milli futbol komandası202451Azərbaycan milli futbol komandası202560
Uğurları Qarabağ FK Azərbaycan Premyer Liqası
Qalib(4): 2015/16 , 2016/17, 2017/18, 2018/19
Bombardir(1): 2018/19 Azərbaycan Kuboku
Qalib(2): 2015/16 , 2016/17
2017 İslam Həmrəyliyi Oyunları
Oyun tərzi Emrelinin ən böyük üstünlüyü topla oynaması və texnikasıdır. Yüksək texnikası hesabına kiçik yerdə dominant ola bilir və özünün topa yaxşı ilkin toxunuşu və topu yaxında saxlaması hesabına təzyiqli vəziyyətdən çıxa bilir. Bunu həm də statistika təsdiqləyir. Həm öndə olduğu (hər 90 dəqiqəyə 3,2 dəfə), həm də qazandığı dribl (57%) nəticəsinə görə, həmçinin yüksək ötürmə dəqiqliyinə görə (87%) sol ayaqlı Emreli Xorvatiya çempionatındakı ortastatistik hücumçu göstərcisindən daha üstün olub. 1,87 metr boyuna malik olması ona topa sahibliyi qorumaqda kömək edir. Emreli həm də təkbətək situasiyalarda yaxşı sürətə və dinamikaya malikdir. Topla oynamasından əlavə Emreli həm də topsuz yaxşı oynayır. Hücumun mərkəzi yəqin ki, onun ən yaxşı yeridir. Bununla belə, bəzi oyunlarda cinah oyunçusu və ya 10 nömrə kimi də istifadə olunurdu. Bu çevikliyin səbəbləri Emrelinin keyfiyyətlərindədir. Bir oyunçu növü olaraq, onu hədəf oyunçu, əks-hücumçu və ya klassik qol vuran kimi açıq şəkildə təsnif etmək olmaz. Əksinə, Emreli müxtəlif bacarıqları birləşdirən mobil hücumçudur.
Şəxsi həyatı Mahir Emrelinin valideynləri prodüser Anar Mədətov və Elnurə Emrelidir, onun həmçinin Ayşə adında bacısı da var. 2019-cu ildə Mahir, atası Anar Mədətov anasından boşanmamış, başqa xanımla ailə həyatı qurmağa hazırlaşdığına görə atasının adı və soyadından imtina edərək anasının soyadını götürüb və Mahir Mədətov əvəzinə Mahir Emreli olaraq soyadını dəyişib. Mahirdən sonra bacısı da eyni addımı ataraq soyadını dəyişib.
Azərbaycan, türk, rus, ingilis və xorvat dillərini bilir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Legioner Azərbaycan futbolçuları Kateqoriya:Bakı FK futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Polşada legioner futbolçular Kateqoriya:Xorvatiya Futbol Liqası futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Almaniyada legioner futbolçular Kateqoriya:Türkiyədə legioner futbolçular Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:2. Bundesliqa futbolçuları Kateqoriya:Ekstraklasa futbolçuları Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:Azərbaycan milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Legiya Varşava FK futbolçuları Kateqoriya:Bakılı futbolçular Kateqoriya:Dinamo Zaqreb FK futbolçuları Kateqoriya:Futbol hücumçuları Kateqoriya:2017 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar Kateqoriya:Poliqlotlar