Məhinbanu sultan (tam titulu: Banui Dövran Bilqüszamani, Nəvvab'i-Naibəyi-Səfəviyyə Məhinbanu sultan Səfəvi; ) — Səfəvi Sultanı, Şah I İsmayılın və Şah Sultanın qızı.

Həyatı Məhinbanu sultan Şah I İsmayıl ilə Taclı bəyim sultanın qızı idi.1516-cı ildə Təbrizdə doğulmuş, sərt saray təlim, tərbiyəsi almışdı. Ömrünün ilk çağları dövlət dərin mənəvi böhran keçirirdi. Mərhum atası Şah I İsmayıl qəfil ölümü vəziyyəti daha da gərginləşdirmişdi. Anası Taclı bəyim sayəsində qardaşı I Təhmasib taxta keçmiş, feodalların dövlətə laqeydliyi artmışdı. Lakin anasının güclü idarəsi sayəsində dövlət yenidən əvvəlki günlərinə geri dönmüşdü. Məhinbanu Sultan gözəl bir xanım olsa da, ailə həyatı qurmamış, talibləri qəbul etməmiş, ömrünü dövlət işlərinə sərf etmişdir.

Fəaliyyəti Məhinbanu Sultan qardaşının yanında söz və məşvərət sahibi olaraq 'Naibə' vəzifəsinə qədər yüksəlmişdi (1540). Güclü iradəsi ilə tədbirli bir xanım olan Məhinbanu Sultan, əsasən, saray çəkişmələrində tərəf tutmur, qardaşının səltənətin yaxşı olması üçün əlindən gələni edirdi. Müxtəlif müharibələrdə ona fikir və tövsiyələrini bildirdi. Hətta onun nüfuzu o qədər yüksəlmişdi ki, 1550-ci illərdə gedən Səfəvi-Osmanlı müharibələrində Qanuni Süleymanın zövcəsi Xürrəm Sultan və qızı Mehrimah Sultan Məhinbanu Sultana hədiyyələr göndərərk məktublarında qardaşı I Təhmasibin bu savaşı dayandırmasını istəmişdilər. Çünki Səfəvilər döyüşlərdə üstünlük təşkil edir, Osmanlıların qorxuya düşməsinə səbəb olmuşdular.

Məhz buna görə 1555-ci ildə Məhinbanu Sultanın da iştirakı ilə Amasya sülhü bağlanmışdır. Bacısı Fatimə Sultanın həyat yoldaşı (bibisi Fatma Sultanın oğlu) Şirvan bəylərbəyi Abdulla xanın da vəzifəsinə təyin edilməsində mühüm rol oynamışdır. Əslində bu rol ögey bacısı Fatimə Sultanın və onu anası Gülzar Sultanın təkidi idi.

Saray çəkişmələri Məhinbanu Sultan saray daxili çəkişmələrdə hər zaman anasıyla bir mövqedə dayanmış əsasən anasının yolundan getmişdir. Taclı Sultan qızını xüsusi olaraq siyasi cəhətdən biliki bir sultan kimi yetişdirmişdi. Lakin Taclı xanımın nüfuzunun artması vəziyyəti bir qədər dəyişdirdi. Məhinbanu Sultanın şaha israrına baxmayaraq, guya dövlət içində dövlət quran Taclı Bəyim Sultan Şiraza sürgün olundu və yolda vəfat edib, Şirazda dəfn edildi. Bu hadisə Məhinbanu Sultana çox təsir etdi. Sonrakı dövrlərdə Məhinbanu Sultan üzünü doğma qardaşlarına çevirdi. Onların tərəfində yer aldı. Ögey bacısı Xanış Sultan ilə bu dövrdən sonra mübahisələr daha da kəskinləşdi. Xanış Sultan Məhinbanu Sultanın nüfuzunu qırmaq, onun yerinə keçmək istəyirdi.

Varislik Məhinbanu Sultan öz qızı kimi istədiyi Şah Təhmasibin ikinci qızı olan II Pərixan Sultanın tərbiyəsi ilə də özü şəxsən məşğul olurdu, onda olan qeyri-adi duruşunu görüb gələcəkdə yerinə varis olaraq hazırlayırdı.II Pərixan Sultan da bu bibisini çox sevir, zaman-zaman özünü ona bənzədirdi.1562-ci ilin qışında anidən vəziyyəti pisləşən Məhinbanu Sultan yatağa düşür və bir neçə gündən sonra Qəzvində vəfat edir, ailə qəbirstanlığına dəfn olunur. Onu ikinci anası kimi sevən II Pərixan Sultan ölümündən sonra ona 1 ay yas saxlayır. Hələ 15 yaşı olmasına baxmayaraq, II Pərixan Sultan Məhinbanu Sultan sayəsində atası I Təhmasibin yanında xüsusi yer qazanmışdı. Buna görə də atası Məhinbanu Sultanın ölümündən sonra onu 'Naibəyi-Nəvvabi-Səfəviyyə' elan etdi. Xanış Sultan istəyinə yenə çata bilmədi, 2 il sonra da özü Həmədanda vəfat etdi. Pərixan Sultanın isə bu yaşda bu rütbəyə çıxması onu saray və dövlətdə nüfuz verdi. Məşhur kəslər onun yanında qərar buldu. "Ali — Səfəviyyə" əlyazmaları

İstinadlar

Xarici keçidlər Kateqoriya:Səfəvi şahzadələri