Futbol üzrə 2016-cı il Avropa Çempionatı ya da qısaca olaraq Avro 2016, UEFA tərəfindən təşkil olunan 15-ci Avropa Futbol Çempionatıdır. Fransanın ev sahibliyi etdiyi turnir 10 İyun — 10 iyul 2016 tarixləri arasında baş tutub. Turnirdə Portuqaliya millisi qələbə qzanmışdır."UEFA Euro 2016: Key dates and milestones" . UEFA.com. 1 Fevral, 2013UEFA Euro 2016 steering group meets in Paris. UEFA.com. 23 Oktyabr, 2013 Son iki Avropa Futbol Çempionatında İspaniya qalib gəlmişdir.
1996-cı ildən bəri 16 komandanın iştirak etdiyi Avropa Futbol Çempionatında ilk dəfə olaraq 24 komanda çıxış edəcək. Yeni formatda finalçılar 4 komandadan ibarət 6 qrupdan təşkil olunmuş qrup mərhələsindən sonra, üç turluq pley-off mərhələsi ilə ən sonda finalda yarışacaqlar. Turnirdəki 24 komandanın 19-u təsnifat mərhələsində qruplarda ilk iki yeri tutanlar və ən yaxşı nəticə göstərən üçüncü yerdəki komanda ev sahibi Fransa ilə birlikdə turnirə birbaşa vəsiqəni təmin etməklə, 4-ü isə üçüncü yeri tutan yerdə qalan komandaların səfərdə və evdə keçirdikləri pley-off matçlarından sonra turnirdə iştirak edəcək sonuncu komandaları müəyyən etmişdir.
Turnirə ev sahibliyi edəcək ölkə 28 may 2010-cu ildə İtaliya, Türkiyə ve Fransa arasından seçilmiş və Fransa ən sonda Türkiyəni bir xal qabaqlayaraq iştirak hüququnu əldə etmişdir. Matçlar 10 şəhərdə 10 fərqli stadionda oynanılacaq. Bunlar: Bordo, Lans, Lill, Lion, Marsel, Nis, Paris, Seynt-Denis, Seynt-Éttyen və Tuluzadır. Fransa bu turnirə 1960-cı ildəki açılış turniri ve 1984-cü ildən sonra ikinci dəfə ev sahibliyi edəcəkdir. Ev sahibi Fransa 1984-cü ildə ve 2000-ci ildə turnirdə qalib olmuşdur.
Turnirin qalibi olan komanda (Portuqaliya millisi) 2017-ci ildə Rusiyada keçiriləcək FİFA Konfederasiyalar Kubokuna birbaşa iştirak hüququ əldə edəcək.
Təşkilatçı seçimi prosesi
Təşkilatçı seçimi üçün son tarix olan 9 mart 2009-cu ilə qədər dörd təklif irəli sürülmüşdü. Fransa, İtaliya və Türkiyə tək təklif kimi təqdim olunarkən, Norveç və İsveç birgə təkliflə çıxış etmişdi. Norveç və İsveç öz təkliflərini ən son 2009-cu ilin dekabrında geri götürdülər.
Ev sahibi ölkə 28 may 2010-cu ildə seçilmişdir. +Seçim nəticələriÖlkəMərhələ1-ci (xallar)2-ci (xallar)43738623–Ümumi10413 1-ci mərhələ: UEFA İcra Komitəsinin 13 üzvündən hər biri 3 təklifi 1-ci, 2-ci və 3-cü olmaqla qiymətləndirir və 1-ci yeri tutan 5 xal, 2-ci yeri tutan 2 xal, 3-cü yeri tutan isə 1 xal alır. Təklif irəli sürən ölkələrin səs vermədə iştirakına icazə verilmir. 2-ci mərhələ: Həmin 13 üzv son iki finalçını qiymətləndirir.
İstinadlar
Kateqoriya:İllərinə görə UEFA Avropa Kuboku Kateqoriya:2016-cı ildəki hadisələr Kateqoriya:2016-cı ildə Avropa Kateqoriya:2016-cı ildə futbol Kateqoriya:Avropa çempionatları Kateqoriya:UEFA Avro 2016 Kateqoriya:2015/2016 mövsümündə Fransada futbol