Asim Xəlil oğlu Xudiyev — azərbaycanlı hakim-inspektor, Neftçi PFK-nun sabiq futbolçusu və keçmiş FIFA referisi, UEFA müfəttişi, Futbolun İnkişaf Fondunun Himayəçilər Şurasının üzvü.
Bioqrafiya Futbolla orta məktəb №100-də məşğul olmağa başladı. 4-cü sinifdən etibarən maarif şöbəsinin nəzdindəki futbol məktəbində - rəhbər Ələkbər Məmmədov.
1973-cü ildə "Neftçi"nin dublyorlar heyətinə namizəd idi, komandaya qəbul edildi.
1976-cı ildə ikinci liqa komandası "Avtomobilist" Bakının heyətində oynadı.
1977-1984-cü illərdə "Neftçi"nin heyətində ali liqada 180 oyun keçirdi. İkinci liqa komandalarında - "Dinamo" Kirovabad (1985-1986), "Vosxod" Sumqayıt (1987), "Göyəzən" Qazax (1991) çıxış edib.
1989-cu ildə üç ay "Neftçi"də baş məşqçi Ağasəlim Mircavadovun köməkçisi kimi işlədi.
1989-cu ilin sonundan hakim kimi işləməyə başladı, 1993-cü ilin sonundan respublika kateqoriyalı hakimdir.
1995-ci ildən beynəlxalq oyunlarda çalışırdı.
2002-ci ildə hakimlik karyerasını başa vurdu.
2004-cü ildən UEFA hakim-inspektorudur.
Qadın futbol yığmasına rəhbərlik edib (2003-2007), qadın yığmasının müvəqqəti səlahiyyətlərini icra edən prezidenti (noyabr 2007 - yanvar 2010).
Fəaliyyəti Futbol üzrə Azərbaycan çempionatının yüksək liqa qarşılaşmalarında 212 dəfə baş hakim olmuşdurYüzün astanasında olan hakimlər və onların sərt qərarları - LAYİHƏ . apasport.az, 18.06.2016 .
Mükafatları 25 dekabr 2025-ci ildə — Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda idmanın inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
İstinadlar
Kateqoriya:Azərbaycan futbol hakimləri Kateqoriya:SSRİ futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Kəpəz PFK futbolçuları Kateqoriya:Azərbaycan futbol məşqçiləri Kateqoriya:SSRİ futbol hakimləri Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimləri