Zaunquz Qaraqumu (Şimal Qaraqumu; ) — Mərkəzi Asiyanın cənubunda, Türkmənistanın şimalında yerləşən qumlu səhra. Qaraqum səhrasının tərkib hissəsini təşkil edir. Sahəsi 102 000 km² təşkil edir.

Səhra bölgənin geoloji baxımdan ən qədim hissəsidir. Meridian istiqamətdə hündürlüyü 80–100 metr olan silsilələr keçir.

Cənub hissədə hündürlüyü 60–160 m olan pilləvari eniş müşahidə edilir. Unquz çökəkliyi ən dayaz nöqtədir. Geniş sahədə takırlara rast gəlinir.

Kateqoriya:Türkmənistan səhraları