— Trigger studiyası tərəfindən istehsal olunmuş anime serialı. Kimsəsiz məktəbli qız Ryuko Matoyun atasının qatilinin axtarışına çıxmasından, Honnoci Akademiyasının məktəb şurasının prezidenti Satsuki Kiryuin ilə münaqişəyə girməsindən və anasının dəb imperiyasından bəhs edir.
"Kill la Kill" Trigger studiyasının ilk orijinal anime serialıdır. Anime serialının rejissoru Hiroyuki İmayşi, ssenari müəllifi Kazuki Nakaşimadır. Onlar daha əvvəl "Gurren Lagann" animesi üzərində birlikdə işləmişdilər. Anime Yaponiyada 4 oktyabr 2013-cü ildən 28 mart 2014-cü ilə kimi yayımlanmışdır.
Anime serialı ABŞ-nin Adult Swim kanalının Toonami blokunda 8 fevral 2015-ci ildə göstərilməyə başlamışdır. Ryo Akuzuki tərəfindən hazırlanan manqa adaptasiyası Kadokawa Shoten nəşriyyatının "Young Ace" jurnalında 4 oktyabr 2013-cü ildə nəşr olunmağa başlamışdır. 3 sentyabr 2014-cü ildə anime serialının əslində 25-ci seriyası olan OVA seriyası buraxılmışdır.
Məzmun "Kill la Kill"-də hadisələr Tokio körfəzinin Honno şəhəri adasında yerləşən uydurma baş verir. Akademiyada Satsuki Kiryuin tərəfindən başçılıq edilən şura dominantlıq edir. Tələbələr geyinirlər. Goku uniformalarını geyinənlər super güclərə malik olurlar, çünki bu uniformalar adlandırılan xüsusi materialdan hazırlanır. Akademiyaya yeni gələn tələbə Ryuko Matoy Goku uniformalarını kəsə bilən qayçıyabənzər qılıncı ilə silahlanaraq atasının qatilini tapmaq üçün şuraya meydan oxuyur. İlk başda uduzmasına baxmayaraq Ryuko tamamilə Həyat lifindən hazırlanmış və adi Goku uniformasından qat-qat güclü olan və şüurlu xüsusi forma növü — tapır və ona Senketsu adını verir. Ryuko Senketsunun köməyi ilə Kiryuin və onun köməkçilərinə qarşı döyüşə bilir. Ryuko hiperaktiv sinif yoldaşı Mako Mankanşoku ilə dostlaşır və onun ailəsi ilə yaşamağa başlayır.
Tezliklə Satsuki Goku uniformalarının zəif yerlərini tapmaq üçün Yarayan adamlar seçkisi adlı döyüş seriyası keçirir və Ryuko 3 ulduzlu Goku uniformaları geyinən Elit dördtlük ilə üzləşir. Son dueldə Nui Harime gəlir və atasının qatilinin o olduğunu deyir. Doğan döyüşdə Ryuko kontrol edilə bilməyən bədheybətə çevrilir.
Satsuki Üç Şəhər Reydi başladır və Yaponiyanın digər regionlarında yerləşən əsas məktəbləri tərkibinə qatır. Səfər zamanı Satsuki Ryukonun müəllimi olan Aykuro Mikisuqi tərəfindən idarə edilən adlı yarı-hərbi təşkilatı məhv edir. Satsuki bütün dünyada paltar bazarında hegemon olan şirkətinin CEO-su və Honnoci Akademiyasının direktoru olan anası Raqyo Kiryuini qarşılamaq üçün festival təşkil edir. Mikisuqi aşkar edir ki, REVOCS şirkəti tərəfindən istehsal olunan paltarların tərkibində olan Həyat lifləri əslində yadplanetli parazitlərdir və onları geyinənləri məhv edirlər. Parazitlər festivalı izləyən kütləni "yeməyə başlayanda" Satsuki anasına xəyanət edir və məlum olur ki, onun həmişə əsas məqsədi Raqyonu məhv etmək olub. Lakin üsyan qısa çəkir, çünki Raqyo əslində çox güclüdür. Məlum olur ki, Ryuko əslində Raqyonun öz qızı, Satsukinin isə kiçik bacısıdır. Ryuko körpə ikən Raqyonun Həyat lifi təcrübələrinin birindən sağ çıxıbmış və Raqyonun itmiş əri İşşin Matoy tərəfindən böyüdülübmüş.
Bir ay sonra Raqyo və Həyat lifləri bütün Yaponiyanı işğal edir, Satsuki isə Raqyonun əsirliyi altındadır. Elit dördlük Goku formalarsız qalır və Nudist çimərliyində Ryuko ilə gizlənməyə məcbur olur. Satsuki Elit dördlük tərəfindən xilas edilir, amma Raqyo Ryukonun zehnini kontrol edib Satsukiyə qarşı döyüşməsinə səbəb olur. Ryuko özünə gələndə Satsuki ilə birləşib bütün dünyanı işğal etməyə və Həyat liflərinə bütün kainatda yaymaq üçün çalışan Raqyoya qarşı meydan oxuyurlar. Ryuko açıq kosmosda Raqyo ilə döyüşür, qalib gəlir və bütün Həyat liflərini məhv edir.
OVA seriyasında Raqyonun köməkçisi Rey Honnoci Akademiyasının məzuniyyətinə hücum edir, lakin Satsuki Reyin fikrini dəyişdirə bilir. Honno şəhərinin batışı ilə Honnoci Akademiyası bağlanılır və hər kəs normal həyata başlayır.
İnkişaf Hiroyuki İmayşinin rejissorluğu ilə Trigger studiyası tərəfindən çəkilmiş anime serialı ilk öncə Kadokawa Shoten nəşriyyatının "Newtype" jurnalının 7 fevral 2013-cü ildə çıxan mart 2013 sayında tanıdılmışdır. "Kill la Kill" rəsmi olaraq 8 may 2013-cü ildə anons edilmişdir.
Rejissor İmayşiyə görə sözünün yapon dilindəki tələffüzü sözünün yapon dilindəki tələffüzü ilə çox bənzərdir, və sözləri homofondur, addakı sözü isə , və ya mənalarını verə bilər.
Buraxılış
Yayım "Kill la Kill" Yaponiyada 4 oktyabr 2013-cü ildən 28 mart 2014-cü ilə kimi MBS-in Animeism veriliş bloku vasitəsilə yayımlanmışdır. Bundan əlavə TBS, CBC və BS-TBS vasitəsilə də yayımlanmışdır.
Anime Aniplex of America tərəfindən Şimali Amerika üçün lisenziyalaşdırılmış, Daisuke, Crunchyroll və Hulu vasitəsilə nümayiş olunmuşdur. 8 fevral 2015-ci ildən 2 avqust 2015-ci ilə kimi Adult Swim-in Toonami bloku vasitəsilə Şimali Amerika göstərilmişdir.
Ev buraxılışı Yaponiya Blu-ray Disc və DVD-lərin buraxılmasına 8 yanvar 2014-cü ildə başlanılmışdır. Saundtrek CD-ləri birinci və beşinci cildlərə, istehsaldan bəhs edən DVD-lər üçüncü, yeddinci və doqquzuncu, dorama CD-ləri ikinci, dördüncü, altıncı və səkkizinci cildlərə daxil edilmişdir. OVA seriyası 3 sentyabr 2014-cü ildə doqquzuncu cildlə birlikdə buraxılmışdır. + Aniplex (II region) Cild Seriyalar Buraxılış tarixi İst. I cild 1–2 8 yanvar 2014 II cild 3–5 5 fevral 2014 III cild 6–8 5 mart 2014 IV cild 9–11 2 aprel 2014 V cild 12–14 7 may 2014 VI cild 15–17 4 iyun 2014 VII cild 18–20 2 iyul 2014 VIII cild 21–23 6 avqust 2014 IX cild 24 + OVA (25) 3 sentyabr 2014
İngilis Anime serialı Şimali Amerikada 5 BD/DVD cildi şəklində buraxılmışdır. İlk cild 15 iyul 2014-cü ildə buraxılmışdır. Los-Ancelesdə baş tutmuş Anime Expo 2014-də Aniplex ingilis dilinə dublaj edilmiş ilk seriyanı təqdim etmişdir. Tədbirdə Eyr Aoi mahnısı ilə çıxış etmiş, ssenarist Kazuki Nakaşimanın, rejissor Suşionun, prodüser Yosuke Tobanın, səsləndiricilər Ami Koşimizu və Ryoka Yuzukinin yer aldığı panel keçirilmişdir. + Aniplex of America (Region A/1) Cild Seriyalar Buraxılış tarixi İst. I cild 1–4 15 iyul 2014 II cild 5–9 21 oktyabr 2014 III cild 10–14 23 dekabr 2014 IV cild 15–19 24 fevral 2015 V cild 20–24 + OVA (25) 28 aprel 2015
Anime serialı All The Anime leyblı altında Anime Limited tərəfindən Böyük Britaniya və Fransa üçün lisenziyalaşdırılmış və Wakanim vasitəsilə yayımlanmışdır, daha sonra Netflix vasitəsilə rəqəmsal şəkildə buraxılmışdır. + Anime Limited (Region B/2) Cild Seriyalar Buraxılış tarixi İst. I cild 1–9 3 noyabr 2014 (DVD)1 dekabr 2014 (Blu-ray) II cild 10–19 23 mart 2015
Avstraliya və Yeni Zelandiyada animeni Madman Entertainment lisenziyalaşdırmışdır.
Media Saundtrek
Anime serialı üçün musiqini Hiroyuki Savano bəstələmişdir. İlk 15 seriya üçün istifadə olunmuş açılış mahnısı Eyr Aoi tərəfindən ifa olunan mahnısı, bağlanış mahnısı kimi Miku Savay tərəfindən ifa olunan mahnısından istifadə olunmuşdur. 16 seriyadan etibarən açılış mahnısı kimi Garnidelia (vokalist Maria və bəstəkar Tokudan ibarət duo) tərəfindən ifa olunan "ambiguous" () mahnısı, bağlanış mahnısı kimi isə Sayonara Ponytail tərəfindən ifa olunmuş mahnısı səsləndirilmişdir. Aoinin "Sanbika" mahnısından isə 3-cü, 7-ci, 11-ci və 13-cü seriyalardakı həlledici səhnələr üçün istifadə olunmuşdur.
Birinci saundtrek albomu 25 dekabr 2013-cü ildə buraxılmışdır. Aniplex USA 17 yanvar 2014-cü ildə albom üçün CD buraxmışdır. Alboma ingilis və alman dillərində ifa olunan 6 vokal mahnı daxil olmaqla 18 trek daxildir. Arxaplan musiqisi treklərinin başlıqları üçün istifadə olunmuş adlar "Kill la Kill" ifadəsinin tipoqrafik variantlarıdır.
İkinci saundtrek albomu 5-ci DVD/Blu-ray disk setinin bir hissəsi kimi 7 may 2014-cü ildə buraxılmışdır. İkinci alboma birinci albomdakı treklərin versiyaları da daxil edilmişdir.
Trek siyahısı
Manqa Ryo Akizukinin rəssamlığı ilə hazırlanmış manqa adaptasiyası Kadokawa Shoten nəşriyyatının "Young Ace" jurnalında 3 oktyabr 2013-cü ildə nəşr olunmağa başlamışdır. Manqa seriyası 17 fəsil davam etmiş və 4 fevral 2015-ci ildə nəşri başa çatmışdır. Udon Entertainment manqanı Şimali Amerika üçün lisenziyalaşdırmışdır.
Videooyun Arc System Works tərəfindən nəşr olunan və A+ Games tərəfindən hazırlanan adlı videooyun adaptasiyasının 2019-cu ildə buraxılması planlaşdırılır.
Qəbul "Kill la Kill" tənqidçilər tərəfindən müsbət rəylər almışdır. Japanator-un tənqidçisi Eliot Qey animeni "bənzərsiz əyləncəli, hətta həyəcanlandırıcı" adlandırmış, büdcə qısıntılarına baxmayaraq çox yaxşı anime çəkildiyini bildirmişdir. Kotaku-dan Riçard Eysenbeys animeni "komediya ilə döyüş janrlarının mükəmməl qarışımına" görə bəyənmişdir.
Döyüş səhnələrinin animasiyası, personajların hərəkətləri, "musiqinin incə seçimi" UK Anime Network-dan Robert Frazer tərəfindən təriflənmişdir. 2013-cü ildə "Kill la Kill" UK Anime Network mükafatının "ən yaxşı hazırda yayımlanan anime" kateqoriyasının qalibi olmuşdur.
Qeydlər
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2013-cü ilin anime serialları Kateqoriya:2013-cü ilin manqaları Kateqoriya:2014-cü ilin anime OVA-ları Kateqoriya:Döyüş anime və manqaları Kateqoriya:Maho-şoco anime və manqaları Kateqoriya:Komediya-drama anime və manqaları Kateqoriya:Apokaliptika anime və manqaları Kateqoriya:Seynen manqaları Kateqoriya:Qisas haqqında anime və manqalar Kateqoriya:Məktəb haqqında anime və manqalar Kateqoriya:Kadokawa Shoten manqaları Kateqoriya:Mainichi Broadcasting System verilişləri Kateqoriya:Tokyo Broadcasting System verilişləri Kateqoriya:Animeism Kateqoriya:Toonami Kateqoriya:Aniplex Kateqoriya:Orijinal ssenari ilə çəkilmiş animelər Kateqoriya:Trigger (şirkət) Kateqoriya:Uydurmada qan Kateqoriya:Uydurmada şüurlu obyektlər Kateqoriya:Uydurmada zehin kontrolu Kateqoriya:Uydurmada üsyanlar Kateqoriya:Uydurmada kütləvi qırğın silahları Kateqoriya:2019-cu ilin videooyunları Kateqoriya:Nintendo Switch videooyunları Kateqoriya:Eççi anime və manqaları Kateqoriya:Uydurmada tibbi təcrübələr Kateqoriya:Elmi fantastika anime və manqaları Kateqoriya:Yetkinliyə çatma haqqında anime və manqalar