Velle N'Diaye (5 aprel 1990-cı ildə anadan olub) — Yarımmüdafiəçi kimi çıxış edən Seneqal futbolçusu.

Karyerası Velle N'Diaye ilk peşəkar müqaviləsini 1 avqust 2010-cu ildə Sloveniya klublarından olan Qoritsa FK klubu ilə imzalamışdır. O, 2010-11 Sloveniya PrvaLiqa-sında heç bir görüşdə iştirak etməmişdir. 2011-ci ilin yanvar ayında Brda FK klubuna kirayələnmişdir. Geri döndükdən sonra yenidən Qoritsa klubunda çıxış etməyə başlamışdır. Velle 30 iyun 2014-cü ildə Maribor FK klubuna keçmişdir. Mariborda çıxış etdiyi dövr ərzində çoxlu sayda zədə almışdır. Müqalivəsi başa çatdıqdan sonra 2016-cı ilin iyun ayında klubu tərk etmişdir.

Uğurları Maribor Sloveniya PrvaLiqa: 2014–15 Sloveniya Super Kuboku: 2014 Sloveniya Kuboku: 2015–16

İstinadlar

Xarici keçidlər PrvaLiga profile

Kateqoriya:Seneqal futbolçuları Kateqoriya:Palermo FK futbolçuları Kateqoriya:Qoritsa FK futbolçuları Kateqoriya:Maribor FK futbolçuları Kateqoriya:Legioner Seneqal futbolçuları Kateqoriya:Seneqalın kişi futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri