Qəmərşah Sultan () — 8. Osmanlı sultanı II Bəyazidin qızı.Yavuz Bahadıroğlu, Resimli Osmanlı Tarihi, Nesil Yayınları (Ottoman History with Illustrations, Nesil Publications), 15th Ed., 2009, ISBN 978-975-269-299-2 (Hardcover).

Həyatı Eynişah Sultan 1476-cı ildə Amasyada dünyaya gəldi. Atası Fateh Sultan Mehmedin oğlu və o illərdə Amasya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə onun kənizlərindən Gülrux Xatundur. Uşaqlıq illəri Amasyada keçən Qəmərşah Sultan 1491-ci ildə Qoca Mustafa Paşayla nigahlandı. Bu nigahdan adı məlum olmayan bir qızı dünyaya gəldi və bu qızını Məsih bəylə evləndirdi.

Atası və qardaşları arasında gedən taxt mübarizəsində ögey qardaşı Şahzadə Əhmədi dəstəklədi. Ancaq bu mübarizədə digər qardaşı Yavuz Sultan Səlim qalib gəldi və əri Qoca Mustafa Paşa 10 aylıq sədarətin ardından edam olundu. Ərinin edamından sonra Bursaya sürgün edilən Qəmərşah Sultan qalan ömrünü burada keçirdi. 1520-ci ildə vəfat edən Qəmərşah Sultan anasının Muradiyə külliyəsində özü üçün inşa etdirdiyi türbəsinə dəfn edildi.

Övladları

... xanım Sultan — Məsih bəylə nigahlanmışdır.

Mənbə

Türe, Fatma; Keşoğlu, Birsen Talay (July 12, 2011). Women's Memory: The Problem of Sources. Cambridge Scholars Publishing. p. 63. ISBN 978-1-443-83265-6 Majer, Hans Georg (2002). Frauen, Bilder und Gelehrte: Studien zu Gesellschaft und Künsten im Osmanischen Reich, Volume 1. Simurg. p. 105. ISBN 978-9-757-17263-5 Sakaoğlu, Necdet (2008). Bu mülkün kadın sultanları: Vâlide sultanlar, hâtunlar, hasekiler, kadınefendiler, sultanefendiler. Oğlak Yayıncılık. ISBN 978-9-753-29623-6

İstinadlar

Kateqoriya:Osmanlı sultanlarının qızları