— Namanienin rəssamlığı Mizuki Misuşiro tərəfindən yazılan ranobe seriyası. Ranobenin adı "Psycho" və "Comedy" sözlərinin birləşməsindən yaranmışdır. Enterbrain Famitsu Bunko imprinti altında 2013-cü ilin fevralından 2014-cü ilin avqustuna qədər ranobenin 6 cildini nəşr etmişdir. 29 noyabr 2014-cü ildə adlı əlavə ranobe buraxılmışdır. Yen Press ranobe seriyasını Şimali Amerika üçün lisenziyalaşdırmışdır.

Məzmun İşləmədiyi cinayətə görə təqsirləndirilən Kyosuke Kamiya Purqatorium Reabilitasiya Akademiyasına göndərilir. Kyosuke qəflətən cazibədar, lakin qatil olan qızların əhatəsinə düşür. Daha da pisi isə 12 nəfərin ölümündən məsul olan "Düjün iblisi" ləqəbli "qatil" olduğuna görə buradakı hər kəs tərəfindən tanınır. Kyosuke qaz maskası geyinən gözəl Renko Hikava ilə rastlaşanda ölüm ilə arzu arasındakı fərqlər lap "incə" olur. Lakin Kyosuke akademiyadan ölmədən məzun olmaq fikrindədir.

Media Ranobe Enterbrain tərəfindən ümumilikdə 6 cild nəşr olunmuşdur. İlk cild 28 fevral 2013-cü ildə, sonuncu cild isə 30 avqust 2014-cü ildə çapdan çıxmışdır. 29 noyabr 2014-cü ildə adlı əlavə ranobe buraxılmışdır. Yen Press isə Şimali Amerikada ilk cildi 21 iyun 2016-cı ildə buraxmışdır.

Cild siyahısı

Psycome: Unplagued Omnibus

Qəbul Anime News Network birinci cildin hekayəsinə B-, incəsənətinə B reytinqi vermiş, ümumilikdə isə cildi B- reytinqi ilə qiymətləndirilmişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2013-cü ilin Yaponiya romanları Kateqoriya:2014-cü ilin Yaponiya romanları Kateqoriya:Ranobelər Kateqoriya:Yaponiya sevgi romanları Kateqoriya:Yaponiya komediya romanları Kateqoriya:Yapon dilində romanlar Kateqoriya:Famitsu Bunko Kateqoriya:Yen Press komiks başlıqları