— Seyci Kişinin rejissorluğu ilə P.A. Works və Aniplex tərəfindən istehsal olunmuş 13 seriyadan ibarət anime serialı. Anime serialının istehsalında Cun Maeda böyük rol oynamışdır. Ssenarini o yazmış, musiqini Anant-Garde Eyes qrupu ilə birlikdə bəstələmiş, Na-Ga ilə birlikdə personajları dizayn etmişdir. Maeda və Na-Ga vizual roman brendi olan Key şirkətinin əməkdaşlarıdırlar. 2015-ci ildə Key anime əsasında vizual roman istehsal edib buraxmışdır. "Angel Beats!" diskoqrafiyası iki studiya albomundan, bir yığma albomdan, səkkiz sinqldan, bir saundtrekdən və bir remiks albomundan ibarətdir.

Orijinal saundtrek 2010-cu ildə Key Sounds Label tərəfindən istehsal olunmuşdur. Saundtrek musiqisi Cun Maeda və Anant-Garde Eyes qrupu tərəfindən bəstələnmişdir. Uydurma Girls Dead Monster qrupu üçün 2010-cu ildə LiSA və Marina tərəfindən ifa olunan bir albom və beş sinql buraxılmışdır. Tema mahnısı da 2010-cu ildə buraxılmışdır. 2014-cü ildə Girls Dead Monster qrupunun minialbomu yayımlanmışdır. Vizual roman üçün tema mahnısı sinqlı 2015-ci ildə buraxılmışdır. Girls Dead Monster qrupu üçün bir sinql və bir piano albomu 2015-ci ildə buraxılmışdır. Əvvəlki vokal treklərin cəmləndiyi yığma albom isə 2016-cı ildə buraxılmışdır.

Albomlar Keep The Beats! "Keep The Beats!" Girls Dead Monster qrupu tərəfindən Yaponiyada 30 iyun 2010-cu ildə buraxılmış studiya albomudur. Key Sounds Label tərəfindən KSLA-0058 kataloq nömrəsi ilə buraxılmışdır. "Keep The Beats!" albomunun instrumental treklər daxil edildiyi versiyası 28 iyul 2010-cu ildə 256 səhifəlik musiqi qrupu kitabı ilə buraxılmışdır. Alboma LiSA tərəfindən ifa olunan 13 mahnıdan ibarət bir disk daxil edilmişdir. Albom Cun Maeda tərəfindən bəstələnmiş və Hikarişuyo tərəfindən qaydaya salınmışdır..

Angel Beats! Original Soundtrack

Rare Tracks

Holy

Angel Beats! Perfect Vocal Collection

Sinqllar Crow Song

Thousand Enemies

My Soul, Your Beats! / Brave Song

Little Braver

Last Song

Ichiban no Takaramono (Yui final ver.)

Heartily Song

Million Star

Hit-paradlarda AlbomBuraxılış tarixiLeyblFormatOricon-da ən yüksək yeri"Crow Song"23 aprel 2010Key Sounds Label (KSLA-0051)CD 7"Thousand Enemies"12 may 2010Key Sounds Label (KSLA-0052)CD 4"My Soul, Your Beats! / Brave Song"26 may 2010Key Sounds Label (KSLA-0053 and KSLA-0054)CD, CD+DVD 3"Little Braver"9 iyun 2010Key Sounds Label (KSLA-0055)CD 2Keep The Beats!30 iyun 2010Key Sounds Label (KSLA-0058)CD 6Angel Beats! Original Soundtrack28 iyul 2010Key Sounds Label (KSLA-0059—0060)CD 9"Last Song"8 dekabr 2010Key Sounds Label (KSLA-0064)CD 2"Ichiban no Takaramono (Yui final ver.)"8 dekabr 2010Key Sounds Label (KSLA-0065)CD 3"Heartily Song"1 aprel 2015Key Sounds Label (KSLA-0099)CD 17

İstinadlar

Kateqoriya:Anime saundtrekləri Kateqoriya:Key Sounds Label