() — aləminin şöbəsinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Botaniki xarakteristikası Vətəni Şimali Amerikanın qayalı dağlarıdır. Hündürlüyü 40–45 m, gövdəsinin diametric 1,2 m olan ağacdır. Çətiri konusvarı, bozumtul olub, aşağı tərəfdən torpaq səthinə kimi əyilir. Gövdəsinin qabığı nazik, çat-çatdır və pulcuqlarla ayrılır, bozumtul rənglidir. İynəyarapqları sərt tikanlı, kobuddur, uzunluğu 2-3 sm-dir, gümüşü-ağ və ya mavi-yaşıl rənglidir, budaqlara xüsusi yarpaq yastıcıqları vasitəsilə birləşir, budaq üzərində 6-9 ilə kimi qalır. Tumurcuqları şiş olur və xaricdən qatranla örtülmür. Qozaları silindrvarı olub, yaşımtıl-sarı, uzunluğu 10 sm-ə, diametric isə 3 sm-ə çatır, qozaları sentyabrda yetişir. Qanadları toxumu tam əhatə edir, lakin onunla birlikdə inkişaf etmədiyindən toxumdan asanlıqla ayrılır. Tikanlı küknar torpağa az tələbkardır, şaxtaya, rütubətə davamlıdır, uzunömürlüdür, 400-600 ilə kimi yaşayır. Sənaye şəhərlərində çirkli havaya dözümlülüyü tikanlı küknardan şəhərlərin yaşılaşdırılmasında geniş istifadə etməyə imkan verir. Tikanlı küknar Azərbaycanda Bakı, Gəncə, Quba, Zaqatala, Xankəndi və Lənkəranın küçə və parklarında əkilib becərilir. Tikanlı küknar, əsasən toxumla çoxalır. Lakin onu qələmlə də çoxaltmaq mümkündür. Tikanlı küknardan yaşıllıqlarda tək-tək, qrup halında və xiyabanların yaradılmasında istifadə olunması məqsədəuyğundur.

Sinonimləri Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:Şimali Amerika florası Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:35–39 ID olan Taksonbar