"Billie Jean" — Maykl Ceksonun dance-pop/R&B janrlarında olan mahnısı. Müğənninin altıncı solo albomu olan "Thriller" albomuna daxil olan mahnının mətninin və musiqisinin müəllifi o özü, prodüseri isə Kuinsi Consdur. İlk olaraq Consun bəyənmədiyi mahnı haqqında o və Cekson fərqli düşüncələrə malik idilər. Mahnı daha çox original bass xətti və Ceksonun vokal ifası ilə yadda qalmışdır. Mahnı səs mühəndisi Brüs Svidien tərəfindən ikinci yeni versiyasının hazırlanmasından sonra 91 dəfə yenidən işlənmişdir.

"The Girl Is Mine" sinqlının və "Thriller" albomunun qazandığı böyük uğurdan sonra, "Billie Jean" sinqlı 2 yanvar 1983-cü ildə, albomnan olan ikinci sinql kimi satışa çıxarılmışdır. Həm ABŞ-də, həm də dünyada çox böyük uğur qazanan mahnı, 1983-cü ilin ən çox satılan sinqllarından biri olmaqla, eyni zamanda həm ABŞ-də, həm də Birləşmiş Krallıqda hit-paradlara daxil olmuşdur. Digər ölkələrdə də böyük uğur qazanan mahnı, İspaniya və İsveçrədə birinciliyə qədər yüksəlmiş, Avstriya, İtaliya, Yeni Zellandiya, Norveç və İsveçdə ilk onluğa daxil olmuş, Fransada isə yalnız qırx beşinci yerə kimi irəliləyə bilmişdir. Mahnıya, 1989-cu ildə Recording Industry Association of America (RIAA) tərəfindən platinium sertifikat verilmişdir.

İki Grammy Awards, bir American Music Award kimi bir çox müxtəlif mükafatlar alan mahnı, maraqlı musiqisi və diqqətçəkən klipi ilə "Thriller" albomunun bütün zamanların ən çox satılan musiqi albomu olmasına təkan vermişdir. Mahnıya çəkilən qısa film xarakterli klip, MTV-nin irqi baryerini aşaraq efirdə yayımlanan qara dərili müğənninin ilk klipi olmuşdur. Ceksonun ilk dəfə moonwalk debütünü də etdiyi "Motown 25: Yesterday, Today, Forever" çərçivəsində "Billie Jean" mahnısının ifası zamanı göstərdiyi performans isə "Emmy" mükafatına layiq görülmüşdür. Mahnı həmçinin Maykl Ceksonun baş dərisinin şiddətli yanığa məruz qaldığı Pepsinin reklam çəkilişləri çərçivəsində də ifa edilmişdir. "Rolling Stone" jurnalı tərəffindən təşkil olunmuş "Bütün zamanların 500 ən böyük mahnısı" siyahısında "Billie Jean" mahnısı əlli səkkizinci yerdə qərarlaşmışdır. Bu yeganə mahnıdır ki, bütün versiyaları "King of Pop" albomuna daxil edilmişdir.

Ərəfə Mahnının sözlərinin nə anlama gəlməsiylə bağlı müxtəlif iddialar meydana gəlmişdir. Bəziləri inanırlar ki, mahnının mövzusu real həyatdan götürülməklə, Maykl Ceksonu, öz ekiz övladlarından birinin atası hesab edən zehni xəstə qadından bəhs edir. Bəzləri isə Ceksonun qızğın tenis fanatı olmasına diqqət çəkərək mahnının məşhur tennisçi Billi Ceyn Kinqə həsr olunduğunu iddia edirlər. Lakin Cekson özü müxtəlif vaxtlarda qeyd edib ki, mahnı o və qardaşlarından ibarət olan "The Jackson 5" qrupuna həsr edilib.Wadhams, pp. 418–422

"Billi Ceyn anonim insandır. O, bir çox qızlarla eyniləşdirilə bilər. Onlar öz otaqlarını ifaçıların şəkilləri ilə bəzəyir, şəhərə yeni ifaçı gələn kimi onunla tanış olmağa və birgə içməyə çalışırlar. Və mən düşünürəm ki, mahnını mən balaca olanda böyük qardaşlarımın topladığı təcrübə əsasında yazmışam. Bizim ətrafımızda çoxlu Billi Ceyn var. Bir çox qızlar çalışır ki, onun övladının mənim qardaşlarımdan biri ilə nəsə əlaqəsi olsun."

Maykl Ceksonun şəxsi bioqrafı J. Rendy Taraborrelli isə yazır ki, Billie Jean mahnısının mövzusu müğənninin 1981-ci ildə üzləşdiyi bir hadisədən götürülmüşdür. "The Magic & The Madness" sənədləri göstərir ki, gənc bir qadın Ceksona onun, yəni qadının ekiz uşaqlarından birinin atası olması ilə bağlı məktub göndərmişdir.Taraborrelli, pp. 223–224 Eyni məzmunlu məktubları dəfələrlə alan Cekson isə heç vaxt həmin qadını görmədiyini bildirmiş və iddianı rədd etmişdir. Lakin qadın Ceksona məktub göndərməyi davam etdirərək, onu sevdiyini və onunla olmaq istədiyini bildirmişdir. O, bildirirdi ki, əgər onlar uşağı birgə böyütsələr çox şad olacaq. O düşünürdü ki, Cekson necə öz ətindən və qanından olan uşaqdan imtina edə bilər. Uzun müddət davam edən məktublar müğənnini bezdirmiş və o, qarabasmalardan əziyyət çəkməyə başlamışdır.

Məktubların davam etdiyini görən Cekson fanatına şəklini, bir silah və məktub göndərərək onu qorxutmaq qərarına gəlir. Məktubda yazır ki, məşhur pop müğənni məlum gündə və xüsusi vaxtda özünü öldürmüşdür. Fanat da eyni hərəkəti etmək qərarına gələrək uşağını və özünü öldürür və bildirir ki, əgər onlar bu dünyada birgə ola bilmədilərsə, onda o biri dünyada olacaqlar. Qızın yemək otağından asılmış şəklini alan Ceksonun anası dəhşətə gəlir. Sonradan Ceksonlar öyrənirlər ki, fanat qadın ruhi xəstəxanaya göndərilmişdir.

İstehsalı Maykl Cekson "Billie Jean" mahnısını öz zehnində yaratdığı xanım fanat(lar)ına həsr etmiş və mahnının böyük uğur qazanacağına inanmışdır. "Musiqiçi yaxşı materialı seçə bilir. Hər şey yerindəcə hiss olunur. Bu sənə təsir edir və sən özünü yaxşı hiss edirsən. Necə ki, mən bu hissləri "Billie Jean"lə yaşamışdım. Mən mahnını yazanda artıq əmin idim ki, o böyük bir hit olacaq."

Lakin müğnni ilə mahnının porodüsseri arasında mahnyla bağlı çoxlu anlaşılmazlıqlar yaranmışdı. Kuinsi Cons istəmirdi ki, "Billie Jean" Thriller albomuna daxil edilsin. O, mahnının həddən artıq zəif olduğunu düşünürdü. Mahnının demo versiyasını dinləyən prodüser onu bəyənmir və bass xəttinə də fikir vermir.Halstead, pp. 36–37 thumb|180px|left|Kuinsi Cons "Billie Jean" mahnısının "Thriller albomuna salınmasına qarşı çıxaraq zəif mahnı olduğunu bildirmişdi"Cons mahnının o dövr üçün həddən artıq uzun olan 29 saniyəlik giriş hissəsini kəsmək istəyir. Lakin Cekson həmin hissənin də saxlanmasına israr edir. "Mən dedim ki, Maykl biz mahnının girişini kəsmək istəyirik" Cons sonralar deyirdi. "O cavab verdi, amma həmin hissə mahnının ən çirin yeridir. Onda mən rəqs etməyə necə məcbur edəcəksiz". Bu sözdən sonra hamı susdu və mahnınn kəsilməməsi ilə razılaşdı. Daha sonra Cons mahnıdan "Not My Lover" sözlərini çıxarmaq fikrinə düşür. Onun fikrincə bu sözlər insanlarda mahnıda Billi Ceyn Kinqdən bəhs olunması təəssüratı yarada bilərdi. Lakin Maykl Cekson sözlərin dəyişdirilməsinə də etiraz edir və Consdan mahnıya ikinci prodüser olmaq üçün icazə alır. Demo versiya Mayklın xoşuna gəlmişdisə, tam hazır versya onun tamamilə ürəyindn olur və uğur qazanacağına şübhə yeri qalmır. Bundan sonra Cekson əlavə təlif haqqı da tələb edir. Lakin Cons ona heç nə vermir.

Aralarındakı anlaşılmazlıqları çözdükdən sonra Cekson cə Cons mahnının arxa səslərini birgə ifa edirlər. Ceksonun girişdəki vokal ifası bir cəhdlə lentə alınmışdır. Bunun üçün o, hər səhər məşqlər edərək, mahnının istehsal gününə kimi vokal dərsləri almışdır. Mahnıda caz-saksafonist Tom Skotun ifasını ara-sıra sintezatorun ifası müşayiət edir. Gitarda isə Ceksonun ifasını bas gitarist Luis Conson müşayiət edir. Piano ifası isə Qreq Filinceynsə məxsusdur. O, qeyd edir ki, "mahnı hər cəhətdən çox yaxşıdır, ritmi, melodikliyi, sözləri, vokal ifası, bir sözlə hər şey mükəmməldir. Alətlərin səsi elə bölüşdürülmüşdür bütün alətləri aydınca dinləmık mümkündür. Mahnı insanın psixikası, emosiyalarına və ən əsası ruhuna müsbət təsir göstərir."

Mahnının yeni (mix) versiyası Brüs Sviden tərəfindən işlənmişdir. Həmişə mahnıları yalnız bir dəfə işləyən Sviden "Billie Jean" mahnısının 91 yeni işlənmiş versiyasını hazırlamışdır. Lakin uzun fikir mübadiləsindən sonra Cekson və Sviden ikinci versiyanın üstündə dayanmışlar. Kuinsi Cons isə Svidenə mahnının zərb aləti səsi ilə işlənmiş versiyasını da hazırlamağı söyləmiş, səs mühəndisi isə mahnıya bəzi öz əlavələrini də edəcəyini bildirmişdi. "Mən zərb alətləri səsi əlavə etməyi və bəzi xırda düzəlişləri bitirdikdən sonra, mahnının dəyişik, maraqlı və gözəl bir versiyası alındı" deyə sonralar Brüs Sviden yazırdı.

Musiqisi "Billie Jean" bir dance-pop və R&B mahnısıdır. Mahnı bass səsləri ilə başlayıb, aldadıcı alt səslərlə davam edir. Sonra bütün mahnı boyu əsas musiqi qəlibi dəyişmədən davam edir. Dörd bass vuruşundan sonra eyni şəkildə vuruşlar dördlük şəklində davam etdirilir. Bu vuruşlar mahnının səkkizinci notundan başlayaraq tən yarısına kimi davam edir, yarıdan isə yeddinci notdan başlayaraq sona qədər gedir. Eyni zamanda melodiyaya da keçən bass səslər, not yazısında bass və melodiyanın qarışığı şəklində təsvir edilmişdir. Daril Hall qeyd edir ki, Maykl Cekson "We Are the World" mahnısını yazarkən "Billie Jean"in bass xəttindən istifadə etmiş, eyni zamanda "Billie Jean"I yazarkən də "Hall və Oates" duetinin 1981-ci ildə çıxardığı "Private Eyes" albomuna daxil olan "I Can't Go For That (No Can Do)" mahnısının bass xəttindən istifadə etmişdir. Hall deyir ki, o, Ceksona, onun mahnısındakı bass xəttdən yaxşı istifadə etdiyini demişdir.Classic Tracks: Hall & Oates "I Can't Go For That (No Can Do)" , Gary Eskow, Mix Online, April 1, 2006 "Listening to "I Can't Go for That" after letting it drift out of the mind for a while, one can clearly identify this track — one of the first pop hits to feature a drum machine — as a precursor to Michael Jackson's "Billie Jean" and the generation of songs built on drum machine tracks that came in its wake. "No question about it," Hall agrees. "Michael Jackson once said directly to me that he hoped I didn't mind that he copped that groove. That's okay; it's something we all do. [Eddie] Van Halen told me that he copied the synth part from ‘Kiss on My List’ and used it in ‘Jump.’ I don't have a problem with that at all.""He sort of clung to Diana Ross pretty much, but at one point I was off to the side and he came over to me and said, 'I hope you don't mind, but I stole Billie Jean from you,' and I said, 'It's all right, man, I just ripped the base line off, so can you!'"

"Inside the Hits"də qeyd edilir ki, mahnının sözlərində rəqs meydanında Billi Ceyn tərəfindən yaradılmış həyəcan nəzərdə tutulmuşdur. O, xüsusi şəkildə kütlənin içinə daxil olmuş və sonra öz cazibədar ətri ilə Maykl Ceksonu öz yataq otağına cəlb etməyə çalışmışdır. Mahnıda Ceksonunn səsi baritonla falset arasında dəyişir və o, adətən mahnıları yazanda səs imkanlarının geniş nümayiş olunmasına xüsusi fikir verir. Dörd notdan sonra xorun ifası başlayır və bu xətt davam etdirilərkən Maykl səsini tam oktavaya qədər yüksəldir. F# minor açarından ifa edilən mahnının hər dəqiqəsində 116 vuruş vardır. Xorun ilk ifasından sonra isə violonçel də ifaya qoşulur və bu üçüncü və dördüncü bəndlərdə də davam edir. Mahnıda qızın gözlərinin Ceksonu axtarmasının bildirilməsindən sonra, o, kədərli şəkildə "oh no" nidasını işlədir. Bu nida mahnıda Ceksonun musiqi imzası olan "hee hee" falset səsi ilə qarşılaşdırılır. Əsas giriş və xorun ifasının başlanğıcı istisna olmaqla, səs düzümü və əsas tonikin ardıcıllığı gözlənmişdir. Violonçelin ifası başlayandan dörd not sonra isə musiqiyə minor gitarın solo ifası da qoşulur. Solo ifa zamanı qışqırıq və gülüş səsləri əlavə edilmişdir. Bu hissədə akkord əvvəldən sona qədər dəyişdirilməmiş və Ceksonun hıçqırıqları ilə müşayiət edilmişdir. Bütün musiqi və vokal elementlər isə final xoru üçün zəmin hazırlayır. Mahnının sonunda Cekson Billi Ceynin uşağının atası olmadığını dəfələrlə təkrar edir.

Çıxarılması və təqdimatı right|thumb|320px|Maykl Cekson Dangerous konsert turu çərçivəsində 1997-ci ildə Almaniyanın Münix şəhərində "Billi Ceyn" mahnısını ifa edərkən (TV 1000 – də canlı yayımdan)