Kleanf (yun. Κλεανθης, ) – ellinizm dövrünün filosofu, stoa məktəbinin ardıcılı, Zenonun tanınmış öyrəncilərindən biri.
O, yeni ideyalarla çıxış etmiş, müəlliminin irsini yaymış və təbliğ etmiş, daha sonra stoa məktəbinə başçılıq etmişdir. Diogenes Laertiusa görə Kleantes çoxlu kitab yazmış, ancaq onlardan yalnız bəzi fraqmentlər zamanımıza çatmışdırDiogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915, p. 325.. Kleantes də bəzi digər filosoflar kimi könüllü olaraq yeməkdən imtina edərək ölmüşdür.
Kleantes panteist olmuşdur. O deyirdi ki, bu dünya tanrıdır, bəzən isə təbiətin Əqli və Ruhunu da tanrı adlandırırdıMarcus Tullius Cicero. On the Nature of the Gods / Translated by F. Brooks. London: Methuen, 1896, p. 31.. Tanrı bu dünyanı yandırır, sonra isə dirçəldir. O da, Zenon kimi təbiətə uyğun həyatın sürülməsini vacib hesab edirdi.
Mənbə
Həmçinin bax Stoaçılıq
İstinadlar
Kateqoriya:E.ə. 330-cu ildə doğulanlar Kateqoriya:E.ə. 232-ci ildə vəfat edənlər Kateqoriya:Antik fəlsəfə Kateqoriya:Fəlsəfə tarixi