Amvrosi Maksimilianoviç Buçma (; ) — ukrayna sovet aktyoru, kinorejissor. Ukrayna SSR xalq artisti (1940). SSRİ xalq artisti (1944).

Həyatı Amvrosi Buçma 14 mart 1891-ci ildə Lvovda anadan olub. 1905-ci ildən Lvovdakı "Ruska besida" teatrının aktyoru olmuş, faciə, dram, vodevil, opera və operetta kimi müxtəlif janrlarda çıxış etmişdir. 1914-cü ildə Birinci Dünya müharibəsi zamanı Avstriya ordusuna çağırılmış, 1915-ci ildə Avstriya hərbi əsiri kimi Rusiyaya gətirilmişdir. 1917-ci ildən səhnə fəaliyyətinə qayıtmışdır. Kiyevdə Musiqili Dram İnstitutunda oxumuşdur. 1919-cu ildə "Yeni Lvov teatrı"nın rəhbəri olnuşdur. 1920-ci ildə İvan Franko adına teatrın yaradılmasında iştirak etmiş, 1921-ci ildə Çerkassı şəhərində İ. Franko adına Studiyanı yaratmışdır. 1922–1926 və 1930–1936-cı illərdə Kiyevdəki "Berezil" teatrının (1933-cü ildən Taras Şevçenko adına Xarkov teatrı) aktyoru olmuş, 1936-cı ildə yenidən İvan Franko adına Teatra qayıtmışdır. 1924-cü ildən kinoya çəkilmişdir. 1945–1948-ci illərdə Kiyev kinostudiyasının bədii rəhbəri işləmişdir. Kiyev Teatr Sənəti İnstitutunda dərs demişdir. Amvrosi Buçma 6 yanvar 1957-ci illərdə Kiyevdə vəfat etmişdir.

Mükafatları Ukrayna SSR əməkdar artisti (1932) Ukrayna SSR xalq artisti (1940) SSRİ xalq artisti (1944) Stalin mükafatı (1941, 1949) Lenin ordeni (07.04.1951) Üç dəfə "Qırmızı əmək bayrağı" ordeni

Filmoqrafiya Taras Şevçenko (film, 1926) — Taras Şevçenko Arsenal (film, 1928) — eynəkli alman əsgəri Aleksandr Parxomenko (film, 1942) — Maqsud İvan Qroznı (film, 1945) — Aleksey Basmanov Yenilməz insanlar (film, 1945) — Taras Kəşfiyyatçının igidliyi (film, 1947) — aqronom Leşşuk

Xarici keçidlər

Амвросий Бучма на Мистецькій сторінці Амвросий Бучма. Судьба "умного Арлекина"

İstinadlar

Kateqoriya:Ukrayna SSR xalq artistləri Kateqoriya:SSRİ aktyorları Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:SSRİ teatr pedaqoqları Kateqoriya:Ukrayna kinorejissorları Kateqoriya:Ukrayna SSR əməkdar artistləri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:XX əsr aktyorları Kateqoriya:Ukrayna aktyorları Kateqoriya:XX əsr teatr rejissorları