Ziya Əzizov () — Niderlandın "Den Boş" komandasının və 19 yaşlılardan ibarət Azərbaycan yığmasının heyətində çıxış edən peşəkar azərbaycanlı futbolçu. Mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edir.

Erkən illəri Əzizov 4 oktyabr 1998-ci ildə Rusiyanın paytaxtı Moskva şəhərində anadan olub. 5 yaşından futbol oynamağa başlamışdır. Futbolda ilk addımlarını "De Yonq"un futbol akademiyasında atıb. Bir müddət sonra, 2009-cu ildə "Den Boş"a keçmişdir. Bu komandanın məşqçiləri Əzizovun oyununu görmüş və baxışa çağırmadan birbaşa müqavilə təklif etmişdilər.

Klub karyerası Əzizov 17 yaşında "Den Boş"un aşağı yaş qrupundan əsas komandaya cəlb olunub. 8 avqust 2016-cı ildə futbol üzrə Hollandiya birinci divizionunda "Yonq PSV" komandasına qarşı keçirilmiş oyunda əsas komandanın heyətində debüt edib. 22-ci dəqiqədə meydana çıxan Əzizov 45-ci dəqiqədə 0:4 hesabı ilə geridə olan komandasının 1-ci hissədəki yeganə qoluna imza atıb. Ardınca o, "Den Boş"un 2-ci və 4-cü qollarının məhsuldar ötürməsini verib. Amma onun bu fəallığı komandasını məğlubiyyətdən xilas etməyib. "Den Boş" rəqibinə 4-5 hesabı ilə məğlub olub.

"Den Boş" 2 dekabr 2016-cı ildə futbol üzrə Hollandiya birinci divizionunun 17-ci turu çərçivəsində səfərdə "Dordrext" klubu ilə qarşılaşıb. Ziya bu görüşə start heyətdə başlayıb. O, matçın 33-cü dəqiqəsində qol vuraraq, komandasını hesabda önə keçirib - 2:1. Görüş 2:2 hesabı ilə başa çatıb.

29 dekabr 2016-cı ildə "Den Boş"la olan müqaviləsinin müddətini 2019-cu ilin yayınadək artırıb.

3 fevral 2017-ci ildə "Den Boş" doğma meydanda "NAK Breda" ilə qarşılaşıb. Görüş "Den Boş"un 2:1 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan və sonadək mübarizə aparan Əzizov matçın 76-cı dəqiqəsində komandasının qələbə qolunu vurub.

31 mart 2017-ci ildə "Den Boş" səfərdə "Eydhoven" klubunun qonağı olub. Qarşılaşma meydan sahiblərinin 4:2 hesablı qələbəsiylə başa çatıb. Əzizov bu görüşün 67-ci dəqiqəsində komandasının ikinci qolunu vurub.

Milli komanda karyerası 17 yaşlılar Əzizov 17 yaşlılardan ibarət Azərbaycan millisinin heyətində cəmi 1 oyunda çıxış edib. Onun debüt oyunu 28 oktyabr 2014-cü ildə 17 yaşlılardan ibarət Bosniya və Herseqovina milli komandasına qarşı keçirilmiş oyuna təsadüf edib.

19 yaşlılar Əzizov 4 sentyabr 2016-cı ildə Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində Avstriya yığması ilə oynanılan görüşdə 19 yaşlılardan ibarət Azərbaycan millisinin heyətində debüt edib. Ziya birinci hissədən sonra əvəzlənib. Bu görüş Avstriya millisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Klub statistikası

KlubMövsümLiqaÖlkə KubokuAvropaDigərCəmiÇempionatOyunQolÖtürməOyunQolÖtürməOyunQolÖtürməOyunQolÖtürməOyunQolÖtürməDen Boş2016–17Eerste Diviziya3045000——3045Cəmi3045000——3045Karyera cəmi3045000——3045

İstinadlar

Xarici keçidlər Soccerway profili Den Boş FK saytında səhifəsi

Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Den Bosx FK futbolçuları Kateqoriya:Legioner Azərbaycan futbolçuları Kateqoriya:Niderland azərbaycanlıları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Şamaxı FK futbolçuları Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Niderland Birinci Diviziyası futbolçuları Kateqoriya:Azərbaycan milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Niderlandda legioner futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Azərbaycanlı legioner kişi futbolçular