Kimya Əlizadə (; ) — 2020-ci ilə qədər İranı, 2021-ci ildən isə Bolqarıstanı təmsil edən taekvondoçu. İranın idman tarixində Olimpiya medalı əldə edən ilk qadın idmançı.
Həyatı 1998-ci ildə İranın Kərəc şəhərində azərbaycanlı ailəsində anadan olmuşdur. Atası Təbriz şəhərinin yaxınlığında yerləşən Zunuz şəhərindən, anası isə Ərdəbil şəhərindəndir.
Karyerası Kimya 2014-cü ildə Taybeydə keçirilən Gənclər arasında Dünya Çempionatında qızıl medal qazanıb. Eyni ildə Nankində keçirilən Yeniyetmələrin Yay Olimpiya Oyunlarında da qızıl medal qazanmağı bacarıb. O, ilk döyüşdə seneqallı Elsa Nqassanı 23:0 hesabı ilə məğlub edərək, 1/4 finala yüksəlib. Növbəti rəqibinə — belçikalı Amber Pannemansa da şans verməyib — 15:2. Yarımfinalda isə kolumbiyalı Nataliya Qomezi 12:2 hesabı ilə üstələyərək, adını finala yazdırıb. Həlledici görüşdə isə Kimya Rusiya taekvondoçusu Yuliya Turutinanı 10:7 hesabı ilə üstələyərək, çempion olub.
Kimya 2015-ci ildə Çelyabinsk şəhərində keçirilən Dünya Çempionatında və 2016-cı ildə Rio-de-Janeyro şəhərində keçirilən Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb.
2017-ci ildə Cənubi Koreyanın Muju şəhərində keçirilmiş Dünya Çempionatında gümüş medal qazanıb. O, final görüşündə Kot-d'İvuar təmsilçisi Rut Qbaqbiyə 19:9 hesabı ilə məğlub olub.
2020-ci ildə İran hakimiyyəti onun uğurlarını şəriətlə əlaqələndirdiyinə görə, mühacir kimi Avropaya köçüb.
İstinadlar
Xarici keçidlər Rəsmi saytı (farsca)
Kateqoriya:İran taekvondoçuları Kateqoriya:İran azərbaycanlısı idmançılar Kateqoriya:Kərəcdə doğulanlar Kateqoriya:2016 Yay Olimpiya Oyunları bürünc medalçıları Kateqoriya:2024 Yay Olimpiya Oyunları bürünc medalçıları Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında taekvondoçular Kateqoriya:2020 Yay Olimpiya Oyunlarında taekvondoçular Kateqoriya:2024 Yay Olimpiya Oyunlarında taekvondoçular Kateqoriya:Taekvondo üzrə Avropa çempionları Kateqoriya:Olimpiya bürünc medalına sahib Bolqarıstan idmançıları Kateqoriya:Taekvondo üzrə Dünya Çempionatının medalçıları Kateqoriya:Bolqarıstan azərbaycanlıları Kateqoriya:2014 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında taekvondoçular Kateqoriya:İranın döyüş sənəti ustaları Kateqoriya:İran şəxsləri Kateqoriya:Farslar Kateqoriya:İranlı şiə müsəlmanları Kateqoriya:2014 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında medal qazananlar