İlqar Fəti oğlu Fəti-zadə () — Azərbaycan iqtisadçısı, Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini (1999–2022).
Həyatı İlqar Fəti oğlu Fəti-zadə 1956-cı il sentyabrın 30-da hazırkı Gəncə şəhərində anadan olmuşdur. 1978-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə-statistika fakültəsini bitirmişdir. 1978–1980-ci illərdə hərbi xidmətdə olmuşdur.
İlqar Fəti-zadə əmək fəaliyyətinə 1978-ci ildə Azərbaycan SSR Maliyyə Nazirliyinin Ştat İdarəsində başlamışdır. 1980–1988-ci illərdə həmin idarədə böyük iqtisadçı, baş iqtisadçı, şöbə müdiri, 1988–1992-ci illərdə isə Maliyyə Nazirliyinin Dövlət Orqanları Aparatının Maliyyələşdirilməsi İdarəsinin rəisi vəzifələrində işləmişdir.
1992-ci ilin aprel ayından maliyyə nazirinin müavini, 16 dekabr 1992-ci ildən isə Dövlət Sosial Müdafiə Fondu sədrinin birinci müavini olunmuşdur. 23 sentyabr 1999-cu ildə maliyyə nazirinin birinci müavini təyin edilmişdir.
İlqar Fəti-zadə 14 aprel 2022-ci ildə vəfat etmişdir. "Qurd qapısı" qəbiristanlığında dəfn olunmuşdur.
Ailəli idi. Bir övladı var.
İstinadlar
Kateqoriya:Azərbaycan Respublikasının nazir müavinləri Kateqoriya:Azərbaycan iqtisadçıları