Modern Talking () – Tomas Anders və Diter Bolendən ibarət disko üslubunda rəqs mahnıları ifa etmiş alman musiqi dueti. Alman pop-musiqi tarixində ən uğurlu duetlərdən biri hesab olunur.
Yaranma tarixi 1980-ci illərin sonlarında Modern Talking Avropanın ən məşhur qrupları sırasında dururdu. Duet iki musiqiçi: Diter Bolen (7 fevral 1954, Oldenburq) və Tomas Andersdən (əsl adı Bernd Vaydunq, 1 mart 1963, Münstermayfeld) təşkil olunur. Bu musiqiçilərin görüşməsinə əsas səbəkar "Hansa" Berlin səsyazma studiyası olmuşdur. Bəstəkar və prodüser Diter Bolen özünün " Was macht das schon" adlı mahnısını ifa etmək üçün Tomas Andersi Hamburqa dəvət edir. Diterin təklifinı cavab olaraq Tomas dərhal Hamburqa uçur və mahnı üzərində çalışmalara başlayır.
1983–1984-cü illərdə musiqiçilər ən uğurlusu "Wovon traumst du denn" olmaqla alman dilində 5 sinql buraxırlar. Lakin Diter tədricən başa düşür ki, beynəlxalq uğuru yalnız ingiısi dilində manhılar ifa etməklə əldə etmək olar və nəticədə 1984-cü ildə musiqiçilər Real Life qrupunun "Catch me İ`m falling" hit mahnısının kaver-versiyasını işləyirlər. Lakin layihə hazırlandıqdan sonra musiqiçilərin adları hallanmır və layihə Headliner adı altında tanınır, musiqnin müəllifi kimi isə Steve Benson adı hallanır (Diter Bolenin yaradıcı psevdoadlarından biri).
Duetə məşhurluq gətirən ilk mahnı isə 1984-cü ilin sentyabrında buraxılan "You`re my heart, you`re my soul" superhiti olur. Mahnı ilk əvvəl musiqisevərlərin layiqli qiymətini ala bilmir və yalnız Formel Eins proqramından sonra əsl populyarlığına qovuşur. Sinql ilk əvvəl alman, sonra isə Avropa hit-paradlarını fəth edir. Dünya şöhrətli Adidas idman geyimləri kompaniyası Diterlə geyimlərinin qrupun klip və konsertlərində nümayiş etdirilməsi barədə müqavilə bağlayır.
1985-ci ilin martında Modern Talking növbəti hitlərini – "You can win if you want" mahnısını, az sonra isə ilk albomlarını "The First Album" buraxır. Albomda mahnıların əksəriyyətində vokal hissəni Tomas Anders ifa edirdi, yalnız bir mahnını "There`s Too Much Blue In Missing You" Diter Bolen ifa edir və bu Diterin qrupun 20 illik tarixində yeganə vokal ifası olur. Bütövlükdə albom böyük uğur əldə edir. Məşhur "Peter`s Pop Show" televiziya layihəsində qrupa 75 "qızıl" və "platin" disk təqdim olunur. Modern Talking super-pop-qrup statusunu əldə edir və bütün Avropa boyu böyük və sədaqətli pərəstişkar ordusu toplayır. Qrupun buraxdığı albomlar böyük tirajlarla satılır.
Fikri ayrılığı və tənəzzül Bununla belə qrup üzvləri arasında get-gedə fikir ayrılığı yaranır və bu sonda qrupun dağılması ilə nəticələnir. Tənəzzülün son səhnəsi 1986-cı il konsertlərin birində baş verir. Diter və Tomas arasında mübahisənin əsas səbəbi qrupun ifaçı heyəti ilə bağlı olur. Mətbuat və ictimaiyyət isə qrupun dağılmasında əsas səbəb kimi Tomasın şöhrətpərəst həyat yoldaşı Nora Balllinqi göstərirdi. Bu hadisədən sonra qrup daha iki il, kontraktın bitməsinə qədər fəaliyyət göstərir və bu müddətdə daha iki albom ("Romantic Warriors" və "In The Garden Of Venus") buraxmağa nail olur. Nəhayət qrup üzvləri 1987-ci ildə qarşılıqlı razılıq əsasında ayrılırlar.
Tənəzzüldən sonra Ayrılıqdan sonra Tomas solo-karyeraya başlayır və ABŞ-yə yollanır. Diter də yeni Blue System qrupu ilə yaradıclıq fəaliyyətinı davam edir. Hər iki musiqiçi kifayət qədər məşhur olsalar da, heç biri Modern Talkingin uğurunu təkrarlaya bilmir. Diter Bolen "Blue System"dən əlavə C. C. Catch, Kris Norman, Bonni Tayler, Errol Braun kimi müğənilərə mahnılar yazır, Tomas Anders isə konsertləində tez-tez Modern Talkingin mahnılarına müraciət edir.
Modern Talking 1998-ci ilin yazında təntənəli şəkildə yenidən səhnəyə qayıdır. Tomas və Diter tezliklə "Back For Good" adlı yeni-könhə albomu buraxır. Belə ki, albom əsasən qrupun köhnə manhılarınn remikslərindən təşkil olunur. Yeni albomun dünya üzrə satışı 26 milyon nüsxə təşkil edir. 1999–2003-cü illər aralığında qrup 5 albom buraxır. Qrupun üslubu demək olar ki, yüngül müasir rəqs musiqisi olaraq dəyişilməz qalır. Bəzi mahnılar amerikalı reper Erik Sinqletonun iştirakı ilə yazılır. Səbəb qrupun Amerika tamaşaçılarını fəth etmək olur, lakin arzuları həyata keçmir. Qrupda reperin iştirakı köhnə pərəstişkarlarda mənfi reaksiya oyadır. 2003-cü qrup rəsmi olaraq mövcudluğunu dayandırır.
Diskoqrafiya
Albomlar Ad Albom Yüksək mövqe SertifikasiyalarThe 1st Album Göstərildiyi tarix: 1 Aprel 1985 Leybl: Hansa Formatlar: CD, Vinil, kaset 1 2 — — — — 9 5 5 12 2 GER: Platin SPA: QızılLet's Talk About Love Göstərildiyi tarix: 14 Oktyabr 1985 Leybl: Hansa Formatlar: CD, Vinil, kaset 2 4 — — — — 16 3 3 4 1 GER: Platin SPA: QızılReady for Romance Göstərildiyi tarix: 26 May 1986 Leybl: Hansa Formatlar: CD, Vinil, kaset 1 1 — — — — 7 5 4 6 1 GER: Platin SPA: PlatinIn the Middle of Nowhere Göstərildiyi tarix: 10 Noyabr 1986 Leybl: Hansa Formatlar: CD, Vinil, kaset 1 2 — — — — 19 8 5 9 3 GER: Qızıl SPA: PlatinRomantic Warriors Göstərildiyi tarix: 8 İyun 1987 Leybl: Hansa Formatlar: CD, Vinil, kaset 3 6 — — — — 35 10 9 15 8 SPA: Platin In the Garden of Venus Göstərildiyi tarix: 30 Noyabr 1987 Leybl: Hansa Formatlar: CD, Vinil, kaset 35 — — — — — — — 23 49 — SPA: QızılBack for Good Göstərildiyi tarix: 30 Mart 1998 Leybl: Hansa Formatlar: CD, kaset 1 1 1 2 1 14 3 1 6 1 1 GER: Qızıl FIN: Platin FRA: Platin SPA: Platin SWE: 2× Platin SWI: 2× Platin Alone Göstərildiyi tarix: 19 Fevral 1999 Leybl: Hansa Formatlar: CD, kaset 1 2 4 11 1 — — 9 12 5 3 GER: Platin AUT: Qızıl FIN: Qızıl SPA: Qızıl SWE: Platin SWI: Platin Year of the Dragon Göstərildiyi tarix: 28 Fevral 2000 Leybl: Hansa Formatlar: CD, kaset 3 5 22 — 3 — — 26 — 18 4 GER: Platin SWI: Qızıl America Göstərildiyi tarix: 19 Mart 2001 Leybl: Hansa Formatlar: CD, kaset 2 7 — — 5 — — — — 37 10 GER: Gold Victory Göstərildiyi tarix: 18 Mart 2002 Leybl: Hansa Formatlar: CD, kaset 1 7 — — 10 — — — — — 14 GER: Gold Universe Göstərildiyi tarix: 31 Mart 2003 Leybl: Hansa Formatlar: CD, kaset 2 10 — — 24 — — — — — 25 GER: Qızıl "—" bu işarə albomun heç bir hit-paradda yer tutmadığını bildirir.
Yığmalar Ad Albom Yüksək zirvə You're My Heart, You're My Soul Göstərildiyi tarix: Aprel 29, 1988 Leybl: Ariola Express (Sony Music) Formatlar: CD, LP, kaset — — — — The Modern Talking Story Göstərildiyi tarix: 1988 Leybl: Hansa (Ariola) Formatlar: CD, LP, kaset — — — — Best of Modern Talking Göstərildiyi tarix: 1988 Leybl: Hansa (Ariola) Formatlar: CD, LP, kaset 16 — — — Romantic Dreams Göstərildiyi tarix: 28 Sentyabr, 1988 Leybl: Ariola Express Formatlar: CD, LP, kaset — — — — Greatest Hits Mix Göstərildiyi tarix: 1988 Leybl: N/A Formatlar: CD, LP, kaset — — — — The Collection Göstərildiyi tarix: 1 İyul, 1991 Leybl: Hansa Formatlar: CD, LP, kaset — — 93 — You Can Win If You Want Göstərildiyi tarix: 1991 Leybl: Hansa Formatlar: CD, LP, kaset — — — — You Can Win If You Want Göstərildiyi tarix: 17 Yanvar, 1994 Leybl: Ariola Express Formatlar: CD, kaset — — — — Selected Singles '85-'98 Göstərildiyi tarix: 2001 Leybl: Musicrama Formatlar: CD, kaset — — — — We Still Have Dreams – The Greatest Love Ballads of Modern Talking Göstərildiyi tarix: 2 Sentyabr, 2002 Leybl: Hansa Formatlar: CD, kaset — — — — The Golden Years Göstərildiyi tarix: 9 Sentyabr, 2002 Leybl: Ariola Express Formatlar: CD, kaset — — — — The Greatest Hits of Modern Talking Göstərildiyi tarix: 2003 Leybl: Sony/BMG Korea Formatlar: CD, kaset — — — — The Final Album Göstərildiyi tarix: 23 İyun, 2003 Label: Hansa Formatlar: CD, Cassette 3 39 — 53 Les Indispensables Göstərildiyi tarix: 2006 Leybl: RCA Formatlar: CD, kaset — — — — The Hits (2 CDs) Göstərildiyi tarix: 4 May, 2007 Leybl: Ariola Formatlar: CD, Digital download — — — — Remix Album Göstərildiyi tarix: 29 Fevral, 2008 Leybl: Hansa Formatlar: CD, Digital download — — — — All the Best — The Definitive Collection (Box Set) Göstərildiyi tarix: 29 Avqust, 2009 Leybl: Ariola Express Formatlar: CD, Digital download — — — — ''25 Years of Disco-Pop Göstərildiyi tarix: 22 Yanvar, 2010 Leybl: SME Media Formatlar: CD, Digital download 16 10 — — "—" bu işarə albomun heç bir hit-paradda yer tutmadığını bildirir.
Mahnılar Ad İlZirvə mövqeyi Sertifikasiyalar Albom"You're My Heart, You're My Soul" 1984 1 1 1 3 22 4 3 2 3 1 56 Almaniya:Qızıl Fransa: Qızıl The 1st Album"You Can Win If You Want"1985 1 1 2 8 39 6 — 2 — 2 70 GER: Qızıl FRA: Qızıl"Cheri, Cheri Lady" 1 1 3 18 6 10 1 1 3 1 — GER: Qızıl FRA: Gümüş Let's Talk About Love"Brother Louie"1986 1 2 6 6 3 20 8 1 1 2 4 Böyük Britaniya: Gümüş FRA: Gümüş Ready for Romance"Atlantis is Calling (S.O.S. for Love)" 1 2 4 21 13 6 8 2 3 3 55"Geronimo's Cadillac" 3 3 4 43 27 36 7 1 6 6 — In the Middle of Nowhere"Give Me Peace on Earth" 29 28 14 — — — — — — — —"Lonely Tears in Chinatown"(yalnız İspaniyada istehsal edilib) — — — — — — — 9 — — —"Jet Airliner"1987 7 10 14 — — 36 — 3 12 12 — Romantic Warriors"Don't Worry"(yalnız İspaniyada istehsal edilib) — — — — — — — 25 — — — "In 100 Years…" 30 — — — — — — 4 — — — In the Garden of Venus"You're My Heart, You're My Soul '98"1998 2 2 26 3 — — — — 6 4 — GER: Platin Belçika: Qızıl FRA: Qızıl Back for Good "Brother Louie '98" 16 17 — 2 — — — 2 9 21 — FRA: Qızıl İsveç: Platin"You Are Not Alone"1999 7 5 — 13 — — 4 5 15 12 — GER:Gold Alone"Sexy, Sexy Lover" 15 27 — — — — — 19 25 35 —"China in Her Eyes"2000 8 22 — — — — — 6 26 20 — Year of the Dragon "Don't Take Away My Heart" 41 — — — — — — — — — —"Win the Race"2001 5 14 — — — — — — 36 31 — America"Last Exit to Brooklyn " 37 44 — — — — — — — 92 —"Ready for the Victory"2002 7 20 — — — — — 11 — 62 — Victory "Juliet" 25 42 — — — — — — — 83 —"TV Makes the Superstar"2003 2 15 — — — — — — — 55 — Universe "—" bu işarə sinqlın heç bir hit-paradda yer tutmadığını bildirir.
İstinadlar
Xarici keçidlər Modern Talking Türkiyə Rəsmi səhifə
Kateqoriya:Almaniya musiqi qrupları Kateqoriya:1984-cü ildə yaranan musiqi qrupları Kateqoriya:Disko Kateqoriya:Musiqi duetləri Kateqoriya:RCA Records artistləri Kateqoriya:Almaniya rok-qrupları Kateqoriya:1998-ci ildə yaranan musiqi qrupları Kateqoriya:1983-cü ildə yaranan musiqi qrupları