Rutendo Nyahora (1 noyabr 1988) — Zimbabveli marafonçu. Rutendo Nyahora Zimbabveni 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi.
Karyerası Rutendo Nyahora birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 47 dəqiqə 32 saniyəyə qət edərək 157 marafonçu sırasında 92-ci yeri tutdu.
Mənbələr İstinadlar
Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında yüngül atletlər Kateqoriya:2024 Yay Olimpiya Oyunlarında yüngül atletlər