Dördnöqtəli ayıca () — pulcuqluqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid kəpənək növü.Azərbaycanın Qırmızı Kitabı, II Cild, Bakı, 2013.
Qısa məlumat Qanadları açılmış halda 50-52 mm uzunluğa malikdir. Ön qanadının uzunluğu 27-29 mm arasında dəyişir. Ön qanadları tünd qəhvəyi qara, yaşılımtıl rəngə çalır. Üzərində "v" şəklində sarımtıl ağ zolaq var. Arxa qanadları bir qədər açıq qırmızı rəngdədir. Qanadın yuxarı xarici kənarında uzunsov qara ləkə, altda isə qanadın ortasınada iki yumru qara rəngli ləkə mövcuddur. Sinə üzərində uzun qara zolaq keçir. Qarın nahiyəsi açıq qırmızıdır. Buğumlar üzərində kiçik qara rəngli nöqtələr mövcuddur. Kəpənəyi iyul və avqustda uçur. Tırtılı aprel, may, sentyabr, oktyabrda, bağayarpağı, inciyarpaq, yonca, naz və fıstıq üzərində yaşayır. Azərbaycanın Qırmızı Kitabı, II Cild, Bakı, 2013.
Yayılması Avropanın orta cənubu, Qafqaz, Kiçik və Orta Asiyada müşahidə edilirlər. Azərbaycanda isə Şamaxı-Qobustan, Şəki-Zaqatala, Lənkəran və Dağlıq Qarabağ təbii rayonlarında yayılmışdır.
Xüsusi ilə ön dağlıq və dağ meşələrinin tala ərazilərində yerləşən kolluqlarda müşahidə edilirlər.Ламперт К., Холодковский Н. Атлас Бабочек и гусениц Европы и отчасти Русско-Азиатских владений. С. Петербург, изд. А.Ф.Деврiена, 1913, с. 357 – 358.
Məhdudlaşdırıcı amillər Yaşadığı biotopların əkin üçün istifadə olunması, bu ərazilərdə kimyəvi gübrələrdən, insektisidlərdən istifadə olunması, mal qaranın otarıkması, həvəskar kolleksiyaçılar tərəfindən toplanması.
Qorunması üçün qəbul olunmuş tədbirlər Rusiya Federasiyasının Qırmızı kitabına daxil edilmişdir. Azərbaycanda heç bir tədbir görülməyib.
Qorunması üçün məsləhət görülən tədbirlər Yaşayış yerlərində yasaqlıq təşkil etmək, biologiyasını ətraflı öyrənmək, süni surətdə artıraraq təbiətə buraxmaq lazımdır.
İstinadlar
Ədəbiyyat Azərbaycanın Qırmızı Kitabı, II Cild, Bakı, 2013. Ламперт К., Холодковский Н. Атлас Бабочек и гусениц Европы и отчасти Русско-Азиатских владений. С. Петербург, изд. А.Ф.Деврiена, 1913, с. 357 – 358.
Xarici keçidlər Butterfly Conservation: Saving butterflies, moths and our environment Jersey tiger at UK moths vlindernet waarneming.nl
Kateqoriya:Ayıcalar Kateqoriya:Asiya faunası Kateqoriya:Avropa faunası Kateqoriya:Avrasiya həşəratları