Teya () — Günəş sisteminin ilkin dövrlərində mövcud olduğuna inanılan və Böyük toqquşma fərziyyəsinə görə bundan 4,31 milyard il əvvəl Yerlə toqquşaraq yox olan planet."The Theia Hypothesis: New Evidence Emerges that Earth and Moon Were Once the Same" . The Daily Galaxy. 2007–07-05. Fərziyyəyə görə Teya təqribən Mars ölçüsündə idi və 6000 km diametri vardı. Los-Anceles Kaliforniya Universitetində geoloq olan Eduard Yanq Apollon 12, Apollon 15 və Apollon 17 missiyaları zamanı gətirilən süxur nümunələrini müşahidə edərək, əvvəl təklif olunan fərziyyənin əksinə olan Teya planetinin Yerə üstdən dəydiyi düşüncəsini ortaya atmışdır.Nace, Trevor (2016–01-30). "New Evidence For 4.5 Billion Year Old Impact Formed Our Moon" . Forbes Təklif olunan toqquşma modelinə görə Teyanın qalıqları Yerin ətrafında toplanaraq tədricən Ayı formalaşdırmışdır. Bəzi alimlər düşünür ki, Yer ətrafı orbitə saçılan qalıqlardan əvvəlcə iki peyk formalaşdı və sonradan onlar birləşərək bu gün bildiyimiz Ayı meydana gətirdi.Jutzi, M.; Asphaug, E. (2011). "Forming the lunar farside highlands by accretion of a companion moon". Nature. 476 (7358): 69–72. Bibcode:2011Natur.476…69J. doi:10.1038/nature10289. PMID 21814278."Faceoff! The Moon's oddly different sides", Astronomy. Böyük toqquşma fərziyyəsi Yerin nüvəsinin gözləniləndən daha böyük olmasının səbəbini də açıqlayır. Belə ki, toqquşma nəticəsində Teyanın mantiya və nüvəsi Yerlə qarışmışdır."Faceoff! The Moon's oddly different sides" , Astronomy, Teya adı yunan mifologiyası ilə bağlıdır. Belə ki, Teya yunan mifologiyasında Ay ilahəsi hesab olunan Selenanın anasıdır.

Orbiti Teyanın Günəş sistemində Yerin L4 və L5 Laqranj nöqtələrindən keçən orbitinin olduğunu düşünürlər. Belə olacağı halda Teya Marsla müqayisə oluna biləcək şəkildə böyüyə bilərdi. Astronomlar belə hesab edir ki, Veneranın cazibə qüvvəsi Teyaya təsir edərək onu Yerlə toqquşma səviyyəsinə gətirmişdir."STEREO Hunts for Remains of an Ancient Planet near Earth" . NASA. 2009–04-09.

Toqquşma Böyük toqquşma fərziyyəsinə görə Teya Yerin L4 və L5 Laqranj nöqtələrində olan planetdi və Venera ya da Yupiterin cazibə qüvvəsinin təsirindən Yerlə toqquşmuşdur. Toqquşma baş verdikdən sonra orbitə saçılan maddələrdən Ay meydana gəlmişdir.Reufer, Andreas; Meier, Matthias M. M.; Benz, Willy; Wieler, Rainer (2012). "A hit-and-run giant impact scenario". Icarus. 221 (1): 296–299. arXiv:1207.5224free to read. Bibcode:2012Icar..221..296R. doi:10.1016/j.icarus.2012.07.021. Bəzi astronomların düşüncəsinə görə ilk vaxtlar Teyanın qalıqlarından Mars və Veneranın orbitləri arasında ikinci asteroid qurşağı da vardı. Buna baxmayaraq alimlər əsasən Teyanın qalıqlarının ətrafa saçılmadığını və Ayla Yerin tərkibinə qarışdığı düşüncəsini qəbul edirlər.Wolpert, Stuart (January 28, 2016). "Moon was produced by a head-on collision between Earth and a forming planet" . UCLA newsroom. UCLA. Ayın formalaşması ilə bağlı yaranan əsas suallardan biri də Ayın daha çox Teyanın yoxsa, Teyanın Yerlə toqquşması nəticəsində Yerdən qopan hissələrin qalıqlarından meydana gəlməsi idi.Daniel Clery (11 October 2013). "Impact Theory Gets Whacked". Science. 342 (6155): 183–185. Bibcode:2013Sci…342..183C. doi:10.1126/science.342.6155.183. Apollon proqramı çərçivəsində Aydan gətirilən süxur nümunələrinin izotop tərkiblərinin öyrənilməsi nəticəsində Aydakı izotop tərkiblərinin Yerdəki ilə demək olar ki, eyni olduğu məlum oldu. Bu da Ayın daha çox Yerdən ayrılan hissələrdən yaranması düşüncəsini möhkəmlətmişdir.Wiechert, U.; et al. (October 2001). "Oxygen Isotopes and the Moon-Forming Giant Impact" . Science. Science (journal). 294 (12): 345–348. Bibcode:2001Sci…294..345W. doi:10.1126/science.1063037. PMID 11598294.Pahlevan, Kaveh; Stevenson, David (October 2007). "Equilibration in the Aftermath of the Lunar-forming Giant Impact". EPSL. 262 (3–4): 438–449. arXiv:1012.5323free to read. Bibcode:2007E&PSL.262..438P. doi:10.1016/j.epsl.2007.07.055."Titanium Paternity Test Says Earth is the Moon's Only Parent (University of Chicago)" . Astrobio.net.

Həmçinin bax Böyük toqquşma fərziyyəsi Günəş sistemi Yer Ay

İstinadlar

Kateqoriya:Hipotetik planetlər Kateqoriya:Hipotetik toqquşma hadisələri Kateqoriya:Yer haqqında elmlər Kateqoriya:Günəş sistemi