Martiros Sergeyeviç Saryan ( ; 28 fevral 1880 — 5 may 1972) — erməni sovet boyakarı. SSRİ xalq rəssamı (1960).

Həyat və yaradıcılığı Martiros Saryan 28 fevral 1880-ci ildə Rostov-na-Donda anadan olub. 1895-ci ildə şəhər məktəbini bitirmiş, 1897 — 1904-cü illərdə Moskva boyakarlıq, memarlıq və heykəltəraşlıq məktəbində Valentin Serov və Konstantin Korovindən təhsil almışdır. "Mavi qızılgül" (Голубая роза) "Rus rəssamları ittifaqı" (Союз русских художников), "İncəsənət dünyası" (Мир искусства) rəssamlıq birliklərinin üzvü olmuşdur. Erkən əsərlərində Şərq motivləri kompozisiyasının dekorativliyi ilə üzvi əlaqələndirilmişdir. 1910-1913-cü illərdə Türkiyə, Misir və İrana səyahət etmiş, bu ölkələrin həyat və təbiətinə dair tablolar çəkmişdir. Saryan Azərbaycan rəssamları Əzim Əzimzadə və Mikayıl Abdullayev ilə yaradıcılıq əlaqəsi saxlamışdır. 1954-cü ildə Mikayıl Abdullayevin portretini çəkmişdir. SSRİ Ali Sovetinin (2-4-cü çağırış) deputatı olmuşdur. Martiros Saryan 1972-ci ildə İrəvanda vəfat edib. Mükafatlar və adlar Sosialist Əməyi Qəhrəmanı (1965) SSRİ xalq rəssamı (1960) Lenin mükafatı (1961) Stalin mükafatı (1941) 3 dəfə Lenin ordeni "Şərəf nişanı" ordeni "Qafqazın müdafiəsinə görə" medalı Qalereya

Mənbə Azərbaycan Sovet Ensiklopediyası. VIII cild. Bakı, 1984. səh 301.

Kateqoriya:Erməni uzunömürlülər Kateqoriya:SSRİ Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin III çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin II çağırış deputatları Kateqoriya:Rusiya erməniləri Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin II çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin III çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin IV çağırış deputatları Kateqoriya:Ermənistan SSR-in xalq rəssamları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin Ermənistan SSR-dən olan deputatları Kateqoriya:XX əsr rəssamları